MÜBAHİSƏ NÖVLƏRİ

mübahisə-polemika1. Polemika (yunanca πολεμικά) hansısa konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz fikirlərini və mövqelərini rəgibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu söz yuyancadan “düşmənçilik” kimi tərcümə olunur. Çəkişmədən fərqli olaraq, polemikada tərəflər arasında ziddiyət təşkil edən tezis irəli sürülür və onun ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə çıxış edib öz mövqelərini sübut, rəqibin dəlillərini isə təkzib etməyə çalışırlar.

mübahisə-diskussiya

salam

2. Diskussiya (latınca discussio – baxılma, araşdırılmadır) hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiya yalnız dəlillərin ortalığa qoyulması ilə aparılır. Mübahisəli problemi müzakirə edərkən çəkişənlər öz mövqelərini təsdiq edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən ictimai mübahisələri də diskussiya adlanır. Diskussiyaların özəlliyi ondadır ki, orada hansısa bir konkret tezis irəli sürülmür. Bu özəllik onu polemikadan fərqləndirir. Söhbətlər zamanı hansısa mövzular, aktual problemlər müzakirə olunur. Elmi konfranslarda da tezislər irəli sürülmədən çəkişmələr gedir. Çəkişmələrin çeşidləri vardır:

  • Apodikdik diskussiyada tərəflər həqiqəti araşdırırlar;
  • Dialektik diskussiyada həqiqətə bənzərliyə iddia olunur;
  • Eristik diskussiyada bir tərəf rəqibini öz fikrini qəbul etdirməyə çalışır. Sofistikadan fərqli olaraq burada saxtakarlıqlar olmur;
  • Sofistik diskussiyada isə hansı yolla olursa olsun (hətta hilə və saxtakarlıq işlədərək) diskussiyada qalib gəlmək üçün aparılır.

3. Disput (latınca dispute) elmi mövzular üzrə tamaşaçılar önündə açıq çəkişmələrdir.

mübahisə-debat4. Debatlar (ingiliscə debate) tərəflərin üçüncü tərəfi (hakimləri, tamaşaçıları) inandırmaq üçün apardıqları çəkişmələrdir. Bu diskussiyanın bir çeşididir. Debatlər üçün bəlli qaydalar tərtib olunur. Udan və uduzan tərəf tamaşaçıların səsverməsi, yaxud hakimlərin rəyləri ilə təyin olunur. Debatlar televiziya vasitəsi ilə bir çox qərb ölkələrində seçkilər ərəfəsində iddiaçıların arasında keçirilir. Bir çox hallarda şou xarakteri daşıyır.

Mübahisələrin ayrılmaz hissəsi olan məntiq (yunanca – λογική/logike, doğru ağıl yürütmədir) hələ əski Hindistanda, Yunanıstanda və Romada məhkəmələr prosesləri və natiqlik üçün tətbiq edilirdi. Məntiq insanın dillə gərçəkləşən düçüncə fəaliyyətinin üsul, forma və qanunları haqqında elmdir. Onu düzgün düşünmə haqqında elm kimi də tərif edirlər.

Müəllif: Aydın Əlizadə

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın