MÜDRİK VƏ MÜDRİKLİK

Gündəlik dildə müdrik sözü, dünya ilə uyğun, öz-özünə kifayət edən, şüurlu yaşayan və hərəkətlərini düşünərək edən insan mənasını verir. Sinonimi də, ağıllı və bilikli insandır.

Müdrik, hər şey haqqında doğru və ağla uyğun qərar verə bilən bir kimsədir. Müdrik, daxili burulğanlardan və ehtiraslardan arınmasını bilən ağıllı bir insandır. Müdrikin ən böyük xüsusiyyəti, hər mövzuda ölçülü olmasıdır. Müdriklik isə, müdrik adamın xüsusiyyətidir. Ümumi olaraq, insanın şüurlu yaşaması anlamına gəlir. İnsan, məlumat əldə edərək müdrik ola bilməz; ancaq məlumatı yaxşı tətbiq edə bilər və həyata keçirə bilərsə, müdriklik yoluna girə bilər.

Müdrik, çox yaxşı dərəcədə bilən, özünə hakim, bildiyini özü və başqaları üçün faydalı olacaq şəkildə istifadə edə bilən insana deyilir.
Müdrik, çox yaxşı dərəcədə bilən, özünə hakim, bildiyini özü və başqaları üçün faydalı olacaq şəkildə istifadə edə bilən insana deyilir.

Müdrik, çox yaxşı dərəcədə bilən, özünə hakim, bildiyini özü və başqaları üçün faydalı olacaq şəkildə istifadə edə bilən insana deyilir. Ən əhəmiyyətli xüsusiyyəti,   ərdəmli olmağıdır. Çox yaxşı mühakimə etmə gücünə malikdir. Çünki müdrik, öyrəndiklərini ÖZ ilə əlaqələndirir. Qarşılaşılan böyük problemlər qarşısında insanları rahatlaşdırır. Bu xüsusiyyətləri ilə müdrik, alimdən fərqlidir.

Ümumi olaraq, öz xaricindəki şeylərin, insanların və hadisələrin məlumatına sahib olana alim, özünü bilənə də müdrik deyilir. Bir sıra məlumatları yaddaşa yerləşdirmək, insanı müdriklik yoluna aparmaz; hətta elə məlumatlar var ki, insanı müdrik etməsi bir tərəfə qalsın, onun üçün bir yükdür. Buna görə də müdrik, özünə faydası olmayan məlumatın arxasınca qaçmaz. Eyni hadisəyə müdrik və alim fərqli şəkildə baxırlar. Alim, bəzən hadisələrə mənfi məna yükləyə bilər və nəticə yaxşı olmaya bilər. Halbuki, müdrik, hər hadisədən dərs alar və  hadisələri öz şüurunu artıran bir vasitə olaraq görər. Müdrikə görə hər insan və hər hadisə, hər kəs üçün bir müəllimdir. Müdrik, hadisələrə mümkün qədər tərəfsiz bir şəkildə yaxınlaşar.  Ümumiyyətlə, heç bir şeyə etiraz etməz. Hər şeyin özünə və insanlığa verəcəyi töhfəni düşünər.

Müdriklik, hər şeydən öncə yüksək şüurluluq halıdır. Bu haldakı insan, hər şeyin insanın təkamülü üçün olduğunun fərqinə varar. Pis olaraq xarakterizə edilən hadisələrdən belə dərs alar. Müdrikin pis hadisələrdən aldığı dərs, adi insanın yaxşı hadisələrdən aldığı dərsdən çoxdur. Hər hadisə, fərqli gerçəkliyi olan insanlara fərqli dərs verər. Ağlını istifadə edə bilməyən, hadisələrdən çox az dərs alar. Müdrik isə, hadisələri, özünü inkişaf etdirmə fürsətinə çevirər. Heç bir şeyin, əhəmiyyətsiz deyə, üstündən keçməz. Bu şəkildəki baxışı ilə olduğu mühitə yüksək şüur gətirər. Onun olduğu mühit çox yüksək işıq verən bir lampa ilə işıqlandırılmış kimidir. İşıqlanmış mühitdə olan bütün insanlar da işıqlanmış olar. Bu yönü ilə, müdrik, iş olsun deyə deyil, özünə və digər insanlara faydalı olan məlumatları daşıyar.

Müdrikliyə yönəlmiş bir adam hər düşüncə və hərəkətə yaxşı tərəfindən baxar. O kainatdakı mükəmməlliyin fərqinə varmışdır. Bu şüurla, kainatı, daha da yaxşılaşdırmağa çalışar. Əvvəlcə, yaxşı bir insan olmağın yollarını axtarar.

müdriklik və müdrik insan
Müdrik insan, əvvəlcə, yaxşı bir insan olmağın yollarını axtarar.

Müdriklik, şüurun yüksəlməsi ilə başlayar. Bu şüur yüksəlməsi ilə insan, həyatın bir döyüş sahəsi olmadığının, bir inkişaf müddəti olduğunun fərqinə varmağa başlayar. Bu müddətdə başqalarına anlayış göstərər, onlarla hər şeyi paylaşmağa çalışar. Beləcə, dostluq və yoldaşlığa hər gün bir az da çox əhəmiyyət verər.

Sevginin alınıb verilməsi də müdrikliyin başladığına işarə edər; çünki sevgi ilə birlikdə insanın anlayış qabiliyyəti inkişaf edər. Bu qabiliyyətin inkişafı ilə birlikdə insanın  zehinində “kim və nə” olduğuna dair bir maraq oyanar. Bax, bu maraq, bütün potensial gücləri, hərəkətə keçirmək üçün yerindən oynadar. Potensial güclərin oyanması, fərdi inkişafı sürətləndirər.

Müdriklik yolunu seçən insan, həyatının idarəsini əlinə almış deməkdir. O, artıq öz həyatının ağası olmuşdur. İşlərini də mümkün olduğu qədər axarına buraxar. Axarına  buraxmaq, insanın öz içində olduğu vəziyyəti fərq etməsi və bu fərq etdiklərinə uyğunlaşmasıdır. Bu müddətdə özünü məcbur etmə yoxdur. Özünü inkişaf etdirən fərd, hər zaman “olmaqda olan” insandır.

Hər insan müdriklik qabiliyyətinə malikdir. Ancaq bu yüksək şüur səviyyəsinə çatmaq, müəyyən bir zaman və enerji sərfiyyatını gərəkli edir. Səy sərf edilməzsə, insanın içində olan bu gizli işıq sönər. İşığı söndürməmək üçün insanın fitrətində olan və bir yerə gəldikləri zaman, bir güc meydana gətirən sevgi, dostluq və yardımlaşma kimi insani xüsusuiyyətlərin inkişaf etdirilməsi şərtdir.

Müdriklik, insanı, məhsuldar olmağa təşviq edər. Bu baxımdan, toplumlar üçün müdrikliyin əhəmiyyəti böyükdür. Bir toplumda müdrik insanların sayının artması, o toplumun hər sahədə inkişafını təmin edər.

Mənbə: bilgelikyolu.wordpress.com
Tərcümə : Fidan Aslanova

Beyenmeler
16   1  
VN:F [1.9.16_1159]
Rating: +51 (from 81 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

9 comments

Bir cavab yazın