MÜSƏLMANLARIN VƏZİYYƏTİ. KİMDİR GÜNAHKAR?

müsəlmanƏsrin əvvəllərində dünya daha sürətlə qarışmağa başlayıb. Sanki hər şey həndəsi silsilə ilə artır. Xüsusilə İslam coğrafiyasında baş verən bir çox hadisələr, ümumi dünya fonunda bu regionun maddi, sosial və mədəni durumu bu sualı verməyə məcbur edir:

Kimdir günahkar?!

Bəli, bu gün İslam dini böhran yaşayır. Əhatə etdiyi qaynar coğrafiya ancaq kədərli, ikrah yaradan hadislərlə anılır. İstər daxili, istərsə də xarici təsirlər ucbatından. Sanki bütün bunlar dinin təsirindəndir. Düşünürəm ki, bu, ilk öncə dinin özündən daha çox regional, coğrafi temprament məsələsidir. Din isə öz böhranını ən çox zahiriçilik, monoloji xitab və əndazəsiz müqəddəsləşdirmə ilə yaşayır. Məncə bu mövzuda Quran konkret kəlimə deyir:

“Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!” 3/182

Əslində İslam dini tarixi xronologiya ilə Xaçpərəstlikdən sonra ortaya çıxsa da renessansını daha tez başlamışdı. Ki, gözündə qoyudular. Sapıq zındıq dedilər, kəllələr getdi. Özü də müsəlmanların özü etdi bunu. Çünki o zamanlar onsuzda dünya gücü olaraq anılırdılar və böyük imperiyalar dünyanı İslam bayrağı altında fəth edirdi.
müsəlman.din.elmAvropa isə çox çətinliklə də olsa renessansını qazandı, dinçiliyi kilsəyə qədər sıxışdırdı. Elmin boşluğunu fəlsəfə ilə doldurmağa çalışdı. Elm və fəlsəfənin bir-biri ilə faydalı asılılığını yaratdı. Praqmatiq üslubu ələ alaraq irəli can atdı. Biz nə etdik? Biz isə burax elmi intellektual bazamızı dağıtmağı, hətta sonra Qərbin elm “qalıqları” ilə İslam sübut eləməyə çalışdıq. Həm elmi dinə düşmən gördük, həm də onunla din sübut eləməyə girişdik.

Doğrusu son zamanlar məyus olduğum bir məsələ var. Müsəlmanlar dini elmin sahəsinə salıb gülünc vəziyyətə qoyur. “Quranda o var, bu var”, “Bizimkilər bunu çoxdan deyib” kimi ibarələrlə. Əzizlərim, deyirəm elələrinə, vallah uduzursunuz, daha da aşağılayırsız kitabı. Dinin işi əxlaq, ruhaniyyat, insan mənəviyyatı işləməkdir. O öz sahəsində çox mükəmməl və gərəklidir. Onu duyğu xarici olan, çox sistemli, güclü rasional təməli və tutarlı praktikası olan elmin ayağına verməyə gərək yoxdur. Əslində dini elmlə sübut eləmək cəhdi, şüuraltı elmə daha çox güvənmə psixologiyasının məhsuludur.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Bir cavab yazın