NƏDİR AXI İÇİMDƏKİ BURULĞAN?!

Qaranlıq otaqda gözlərim zillənib tavana… 

nədir içimdəki burulğan-cəmilə kərim
Gah ağlayır, gah məni ağladan içimdəki duyğular nifrət duyğularına çevrilib göz yaşlarımı qurudur

Yatmağa çalışıram, amma olmur. Yazı yazmaq istəyirəm, kompyüter yenə işləmir. Kağız parçası və qələmi alıram əlimə.  Yazmağa çalışıram, amma otaq lampası heç cürə işiqlanmır. Hövsələdən çıxır,  əsəbləşirəm… Yenə dilimdə şeytan və namaz məsəli. Axı mən də nə vaxtdır, məqalə yazmırdım. Çoxdandır, ürəyimdə düyünlənən sözləri qələmə almaqda israrlıyam. Lampanın zəif işığı qaranlıq otağa qərq ola-ola mən yazıma başlamaq istəyirəm. Hardan başlayım, necə başlayım bilmirəm. Bu sözlərin olmamağından deyil, əslində ürəyimdə düyünlənən sözlərin çözülməz düyünlər düzməsindəndir. Göz yaşlarına boğularaq yazmağa başlayıram. Gah ağlayır, gah məni ağladan içimdəki duyğular nifrət duyğularına çevrilib göz yaşlarımı qurudur. Ax bu kəlimələr…

Kəlimələri xəfifə almayın. Hələ tam yazmamışam, artıq məqaləyə çevrilib.  Nədir axı içimdəki burulğan?! Niyə belə olmuşam?! Off, hərdən o qədər pessimistləşirəm ki, özüm-özümdən bezirəm.  Məni narahat edən bir çox durum var. Dünyanı ağzına alan bəlalar, xəstəliklər, savaşlar…
 Xəstəlik? O hardan ağlıma gəldi? Hə, hər zaman gülərüz gördüyüm dostumun son gördüyüm üzgün siması yadımdan heç çıxmır. Axı necə unudum onun anası üçün nələr çəkdiyini, nələr yaşadığını? Məgər asandı? Onun üçün daha çətindir. Həyatımızın ən dəyərli varlıqları valideynlərdən söhbət gedirsə, bu problemlərin ən çətinidir.  Hər gecə kim bilir onunla bərabər neçə nəfər ağladı, neçə nəfər valideyn sınağının acılarını yaşadı. Fərqi yoxdur, bu hansısa xəstəlikdən dolayıdır, yoxsa hər hansı ədalətsiz savaşın nəticəsi… Zamanla çoxlarında nifrət yaratdı, bu hadisələr, həyata qarşı. Yaşamağa belə nifrət etdik, amma dözdük, yaşamağa davam etdik. Deyəsən yaşamaq eşqi ədalət eşqindən yüksəkdir, içimizdə.  Kimisi daha zəif düşdü, ağladı, dağıtdı, hətta ölməyə belə cəhd etdi, amma olmadı. Bu ya həyatın ədalətsizliyi ilə barışıq idi, yada içimizdəki ümid qığılcımı…
Ümid? Həqiqətən ən sonda ölən ümidlərdir? Yoxsa biz çoxdandır ölmüş ümidlərə öz nəfəsimizdən kəsib süni nəfəs veririk? Eh bilmirəm, yenə fikirlər dolaşdı beynimdə.
Məkanı paylaşa bilmədik, sevgini öldürüb nifrətdən hasarlar hördük.
Məkanı paylaşa bilmədik, sevgini öldürüb nifrətdən hasarlar hördük.

Bəzən həyat  insanlara haqq qazanmadığı halda ən gözəl köşəni verir. Bəzən ən layiq olan vaxtsız tərk edir, həyatı.  Allah sevdiklərini hər cür sınağa çəkə bilər deyirlər. Sınaq? Bəs sınaq nədir? Biz bu sınaqlara hazırıqmı?  Bilmirəm, hər halda, hazır olsaq, indi bu məqalə yaranmazdı. Ümumiyyətlə, beynimdə dolaşıq fikirlər olmazdı.

 Keçmək istərdim digər mövzuya – dünyanın digər bəlası münaqişələr. Nədir axı çəkdiklərimiz?  Nədir körpələrin vəziyyəti? Bütün ədalətsizlərin ən böyük zərbəsini  həmişəki kimi övladlar görür. Kimisi valideyn acısıyla, kimisi öz həyatını faciəli şəkildə itirməklə. Nəyin nəticəsidir bunlar? Niyə Allah bunlara şərait yaradır? Yox, Allah zatən bizə doğru yolu göstərib. Bu gün nələr yaşayırıqsa, öz ağlımızın ucbatından yaşayırıq. Hər vasitəylə həyatımızı, havamızı, yeməyimizi, ruhumuzu zəhərləyirik.  Digər bəla aclıq… Bəs aclıq nədir?  Onu da özümüz etdik?  Bəli, Allah bizə yaxşılığı paylaşmağı buyurarkən biz paylaşmamaq üçün əlimizdən gələni əsirgəmədik. Məkanı paylaşa bilmədik, sevgini öldürüb nifrətdən hasarlar hördük.

Yeməyimizi paylaşmadıq, göyərmiş çörəkləri zibilliyə atmağa əlimiz olsa da ac qalan körpələrlə paylaşmağa ürəyimiz olmadı.  Hər gün minlərlə körpənin ölümünə biganə qaldıq. Biz nəyi paylaşdıq bəs? Biz nifrəti paylaşdıq, biz içimizdəki şeytanı paylaşdıq. Biz körpələrin beynini ayaqlar altına tökən mərmiləri paylaşdıq. Harda nə pislik varsa, biz onu paylaşdıq. Pisliklərə bacardığımızdan da çox yaxınlaşdıq, amma bir şeyi unutduq, bizə ən yaxın olduğu halda  biz Allahdan çox uzaqlaşdıq…

Müəllif: Cəmilə Kərim
Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın