NAPOLEON HAQQINDA YANLIŞ BİLDİYİMİZ
Napoleon qısa boylu deyildi. Napoleonun qısa boy biri olduğu fikirləri əslində böyük və yanlış təcrübələrin nəticəsində yaranmışdır.
Napaleonun həkimi Francesco Antommarchinin 1821-ci ildə etdiyi testin nəticəsində Napoleonun boyu 5/2 olaraq qeyd edilmişdir. Bunun 2 ayaq, 5 barmaqlıq Fransız ölçüsünü təmsil edir. İngilislərdə isə bu 5 fit 6,5 inçdir, yəni 1,69 metr. 1800-1820-ci illərdə bir fransız kişisinin boyu ortalama 5 fit, 4,5 inç (1,64) idi. Belə olanda Naoleonun boyu o dövrdə ki, bir çox kişilərin boyundan hündür idi. Napoleon 5 fit 9 inçlik boyu ilə o dövrün uzunlarından hesab olunan Weillington Dükkündən sadəcə 2,5 fit qısa və boyu sadəcə 5 fit 4 inç (1,62) olan digər rəqibi Horotino Nelsondan da 2,5 inç uzun idi. 1799-cu ildə iqtidara gəldikdən sonra Napoleon bütün fransız əsgərlərinə boy şərti qoydu. Böyük imperator qoruyucuları 5 fit 10 inç (1,78m) olmalı idi. Napoleonun xüsusi qoruyucuları 5 fit 7 inç (1,70m) olmalı idi. Elə buna görə də Napoleon qısa görünürdü. Çünki ətrafı hündür əsgərlərlə dolu idi. Böyük ingilis karikaturisti James Gillary “Giliverin macəraları”ndan ilhamlanaraq “Brobdinqnaq kralı və Gilver” karikaturası ilə ən zərərli balaca kişi imicini yaratdı. Bu karikatura da III George Napaleonu ovcunda tutaraq tək gözlü bir turbinlə gözdən keçirirdi və belə deyilirdi: Təbiətin, dünyanın üstündə sürünməyinə ən bariz nümunə, kiçik, iyrənc biri olduğu qənaətinə gəlirəm.
Boy fərqini, sözdə aqressiv insanları, qısa boylu insanları ümumiləşdirən “Napoleon kompleksi” deyimi də burdan qaynaqlanır. Ancaq bu sözlərin heç bir sübutu yoxdur. Dünyaca məşhur psixoloqlar belə qısa boylu insanların, aqressiv olduqlarını təsdiq etməyiblər. Bəzi testlərə görə erkək qılıncquyruq balıqların da bəzi hallarda davaları olur. Çox az ehtimalla bu davaları kiçik növlər salır. Lakin bu bir istisnadır. Napoleon bəlkə də aqressiv idi. Amma qətiyyən qısa deyildi.
Mənbə: The second book of general ignorance
Hazırladı: Şəms Mərdanova