BÜT NECƏ YARANIR?

BİR HEKAYƏ:

simvol və bütBir düşünür verdiyi dərslərin birində tələbələrindən dəhlizdə ora-bura toxunaraq səs salan pişiyi bağlamağı xahiş edir. Tələbə belə də edir. Və bu hal artıq hər dərs təkrarlanır. Pişiyin uzun zamandan sonra “ağıllanmasına” baxmayaraq onu yenə də tutub bağlayırlar və alimin bundan xəbəri olmur. Alim vəfat edir. Tələbələr dərsi başqa ustadla davam etdirirlər və pişiyi hələ də bağlamağa davam edirlər. Bir müddətdən sonra pişik də ölür. Amma növbəti tələbələr də başqa bir pişik taparaq ora bağlamağa davam edirlər və bu bir adət halını alır. Zaman-zaman adət halından da çıxaraq ibadət halına gəlir və rituallaşır. Hər kəs bağlanan pişiyə xüsusi bir ibadət növü kimi baxmağa başlayır. Baxmayaraq ki, lap əvvəldən məqsəd sadəcə həmən dərsdə pişiyi sakitləşdirmək və dərsə mane olmamasını təmin etmək idi.

ÇIXARIŞ:

Həyatda gördüyümüz hət bir şeyin ruhu (məzmunu) və cismi (simvolu) var demək olar ki. Bu sanki bir şeyin dünyası və axırəti anlamına gəlir. Yəni hər bir şey özlüyündə bir axirət anlamını daşıyar və cismi ilə dünya varlığını sürər.

Büt, vasitə olanın məqsədə çevrilməsidir.
Büt, vasitə olanın məqsədə çevrilməsidir.

Simvollar-dünyada ilk qarşıladığımız və üzərindən fikir yürüdüb arxasında olanları anlamağa çalışdığımız maddı və mənəvi gördüklərimizdir. Hərflər simvollardır, onları bir yerə düzməklə böyük bir fikri, təxəyyülü və təsəvvürü nümayiş etdirmək istəyirik. Və onlar əsrlərdir dəyişmir, amma onların vasitəsilə milyonlarla fikirlər və kəlamlar səsləndirilir.

Əgər mahiyyəti bu cisimlərin arxasından çəksək, onlar ölüdür və passivdir. Eyni insanın ruhu onun cismini tərk etiyi kimi. Bəzən cisimlərə o qədər bağlanırıq ki, onun mahiyətini və mesajını unuduruq. O zaman cisim və ya hərəkət anlamsızlaşır və sadəcə təkrar olunaraq bütləşdirilir.

Simvollar, məzmunun daim gündəmdə qalması və yenilənərək mənalanması üçün bir vasitədir.

Büt, istənilən maddi və mənəvi simvolların araxasından məzmun və mənanın götürülməsi, vasitə olanın məqsədə çevrilməsidir.

Müəllif: Vüsaləddin Rüstəmov

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın