ÖLÜM QORXUSU VƏ DİN

ölüm-qorxusu-ve-xurafatlarÖlüm qorxusunun ağıl almaz inanclar doğurduğu gerçəyi ilə qarşı-qarşıyayıq. İnsanoğlu, təəssüf ki, sırf daha uzun yaşaya bilmək adına və ya öldükdən sonra da yaşayacağını düşünərək özünü rahatlaşdırmaq adına bir çox xurafat və boş söz uydurmuş və buna ilk olaraq özü inanmışdır. Daha doğrusu, inanmaq məcburiyyətində qalmışdır. Çünki heç bir mistik inanc, insanın öz azad iradəsi ilə seçdiyi bir seçim deyil. Bu inanca ya cəmiyyətin məhəllə təzyiqi, ya da öz içindəki duyğuların rahatlaması arzusu səbəb olmuşdur.

Qısaca, bütün mistik və metafizik inancların təməlində “qorxu” var deyə bilərik. Halbuki “ölüm qorxusu” ilə baş edə bilmək və sonsuza qədər yaşamaq arzusunu bəsləmək üçün “boş söz və xurafat” yolunu seçiməyə heç də ehtiyac yoxdur. Çünki, ölüm qorxusunu basdırmaq və ya sonsuza qədər yaşamaq arzusunu təmin etmək məqsədiylə uydurulan xurafatlar, daha dəhşətli və önü alına bilməz qorxular doğurur. İnsan bu nöqtədə, sanki yağışdan qaçarkən doluya düşür.
Məsələn, cəhənnəm qorxusu (üstəlik bu adamın odla pis bir xatirəsi varsa) ölüm qorxusundan daha betər bir qorxu deyilmi? Həmçinin, öz yaratdığı və qədərini çəkdiyi adamı cəhənnəmə atacaq qədər zalım bir Yaradıcı təsəvvür etmək, adamın qorxularına daha da böyütməzmi? Mərhəmətini və ədalətini yalnız özünə itaət edənlərə həvalə edən bir Məlik (bütün dinlərin Tanrıları bir Məlik; yəni kraldır) nə qədər dost canlı (və ya insan canlı) ola bilər ki?

Qaldı ki, dəyərli işlər edən və həyata məna qatan kəslər üçün, “ölüm qorxusu” xarici bir qorxudur. Baxın bu mövzuda Epikür belə deyər:

“Ölümdən niyə qorxum ki? Mən varkən o yoxdur, o gəldiyində də mən olmayacağam.”

Məsələ bu qədər açıq və yalın olduğu halda, insanlıq, ağıl almaz cəhalətiylə öz başına corab hörən və öz quyusunu qazan  “əcaib bir qorxu mədəniyyəti” icad etmişdir. Ölüm qorxusunun öhdəsindən gələ bilmək üçün “daha dəhşətli və şəfasız qorxular” çıxarmış və işin pis tərəfi, öz çıxardığı qorxuların əsiri olmuşdur. Bu gün, milyardlarla insan (hansı din və məzhəbdən olursa olsun) öz Tanrısına itaət etməməyi və onun əmrlərinə qarşı gəlməyi, yandırıcı və şiddətli bir əzabla ekvivalent görür. Və təəssüf ki, ağlı başında bir öndər də çıxıb: “Əzizlərim, Allah, o qədər kaprizlidirmi ki, insanı yandıraraq təhdid etsin!”

Kdua-ğlüm qorxusu-xurafateçən gün bir xəstəxana dəhlizində “ölüm döşəyində olan xəstələrinə Quran oxuyan bir qrup insan” gördüm. Üç dənə körpə qız atalarının ölməməsi üçün dua edirdilər. Anaları da əlinə aldığı müqəddəs mətni onlarla birlikdə oxuyurdu. Onların bu içdən olan halı və səmimiyyəti gözlərimi yaşartdı və məni uzun müddət ağlatdı. Mən də “Ümid edirəm ki, atanız vəfat etməz” deyərək içdən-içə qatıldım onlara. Lakin bir az sonra: “amma bu rüşvətdır!” deyə düşünməyə başladım. Uzaqdan uzağa ağrılarını paylaşdığım bu insanların davranışı, məndə “rüşvət” düşüncəsinin hasil olmasına səbəb oldu. Çünki, onlar: “Allahım, sevdiyimiz insanı bizdən alma da sənə göndərdiyin kitabın ayələrini oxuyaq” deyirdilər hallarıyla. Bu sözləri, ağlı başında olan hər kəs duya bilər. Sonra mövzuyla əlaqədar bir az düşününcə, əslində bu şəxslərin haqsız olmadıqlarını gördüm; çünki onlara öyrədilən davranış qəlibini icra etdikləri qənaətinə gəldim. Çünki onlara Allah, “almadan verməyən” bir mənfəət xəstəsi şəklində təlqin edilmişdi. Və əgər dua etdikləri ataları ölsə (ki öldü) bu inanc, “alsa da, verməyən” şəklində yenidən formalaşacaqdı  zehinlərində. İndi bu qızlar və anaları, hansı üstün gücün qoruması altına girib iltica edəcəklər? Bütün ümidlərini suya salan və verdikləri “rüşvət” müqabilində özlərinə atalarını bağışlamayan mərhəmətsiz bir Tanrı inancı şəkillənməyəcəkmi bu körpə zehinlərində?

İndi, təkrar mövzunun başına dönək:
Ölüm qorxusu, boş söz və xurafatların formalaşmasına və insan zehinini zəbt edib mühakimə qabiliyyətini iflasa uğratmasına səbəb olur, demişdim. Və bunun sadə bir nümunəsi, bir xəstəxana dəhlizində müşahidə oldu. Bu sadə, amma dəhşətli olaydır.

Mənbə: tanrivarmi.blogspot.com
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

  1. senin yazdiqin mu meqalenin mezmunu QURANDA YAZILANLARA ZIDDI. DEMIREMKI ALLAHI DANIRSIZ. YOX. AMA NESE TEZE DIN HAQQINDA FIKIRLEWIRSIZ. QURANIN 1400 IL BUNNAN QABAQ DEDIKLERINI ELM HELE INDI INDI ANLAYIR. SENSE ORDA YAZMISANKI Əzizlərim, Allah, o qədər kaprizlidirmi ki, insanı yandıraraq təhdid etsin!” ALLAH BUYURURKI KAFIRLER EXLAQSIZLAR INSANLARA ZULM EDENLER MENE WERIK QOWANLAR CEHENNEM EZABINA DUCAR OLACAQLAR . MEN ALLAHDAN QORXUB GUNAH ETMIREMKI CEHENNEMLIK OLARAM AMA SENIN CUMLENNEN ELE CIXIRKI KEF ELIYUN ALLAH O QEDER MERHEMETSIZ DEYILKI SIZI YANDIRSIN. 1 2 WEYI DUZ YAZMISINIZ KI OLUMDEN QORXMAQ LAZIM DEYIL AMA SIZIN CATDIRMAQ ISDEDIYINIZ MENCE BU DEYIL. BELE BAWA DUWUREMKI 1 YALANI CATDIRMAQ UCUN 99 DOGRUNU DA YANINA QOWUB DEYIRSIZ

Bir cavab yazın