«Oturmaq günümüzün yeni siqaretidir; qaçış idmanı ilə məşğul olanlar üçün belə …»
“Bədənimiz hərəkət etmək üçün dizayn edilmişdir “, deyirlər. Uzun müddət oturmaq isə bədəndə maddələr mübadiləsinin qapanmasına səbəb olur. Əzələləriniz, xüsusilə də ayaq əzələləriniz hərəkətsiz qaldığı zaman qan dövranınız yavaşlayır. Bu səbəblə də daha az qan şəkəri istifadə edir və daha az yağ yandırırsınız, bu da ürək və şəkər xəstəliyi riskinizi artırır. Uzun müddət oturmaq qan dövranını azaltdığından, sizi yaxşı hiss etdirəcək hormonlar da beyinə daha az çatır.
Amerikanın Xərçəng Araşdırmaları İnstitutu artıq sinə və kolon (yoğun bağırsaq) xərçəngi riskləri arasında «uzun müddət oturmağı» da qəbul edirlər və «Əlimizdə olan məlumatlar, nə qədər çox otursanız, o qədər çox risk altında olduğunuzu göstərir» deyə, bildirirlər.
Uzun müddət oturan insanlarda, bel yırtığı riski daha yüksəkdir.
Boyun tək başına əyilməz. Önə doğru kürəyinizi çıxarmaq çiyin və kürək əzələlərinizi də yorar, xüsusilə də boyun və çiyinləri birləşdirən trapezəbənzər əzələlərini.
Elm adamları sümük əriməsi xəstəliyindəki artımı hərəkətsizliklə əlaqələndirirlər.
Uzun müddət davamlı olaraq oturmaq qan dövranını yavaşladır, bu da ayaqlarda su toplanmasına səbəb olur. Problemlər, ayaq biləklərində şiş və varikozadan tutmuş «tromboz» deyilən təhlükəli qan laxtalanmalarına qədər dəyişkəndir.
Oturarkən omba əzələləriniz heç bir şey etmir və buna alışır. Yumşaq omba əzələləri isə tarazlığınızı, itələmə və qüvvətli addım ata bilmə bacarığınızı pozur.
Elastik ombalar sizi tarazlıqda saxlayır, ancaq davamlı olaraq oturan insanlar çox nadir olaraq ombalarındakı ön əzələləri hərəkət etdirirlər və bu səbəblə də bu əzələlər qısalır və sıxılır. Bu da hərəkət yelpiyini və addımınızın uzunluğunu məhdudlaşdırır. Araşdırmalar göstərir ki, yaşlılarda yıxılmağın başlıca səbəbi ombalardakı aşağı hərəkətlilik səviyyəsidir.
Həqiqətən də, qaçışla məşğul olsanız da, gün içində davamlı olaraq hərəkət etmək yaxşılaşmağınıza kömək edəcək. Buna görə də dərhal indi qalxın, çünki bu həm zehininiz, həm də bədəniniz üçün faydalıdır.
Mənbə: www.bodytr.com
Hazırladı: Fidan Aslanova