QADINLARIN GÜC ARZUSU

 

qadınlar-güc-təkamülTəkamül deyir ki, sevgi nəsil artırma üçün ən yaxşı “namizəd”in seçilməsi duyğusudur, instiktiv olaraq. Bundan yola çıxıb tarixin sevgi və qadın kişi qarşılıqlı əlaqəsinə bir baxış edin. Belə görünür ki, tarix boyu sevginin, cinsi münasibətə hazırlıq prosesinin başlaması mərhələsi (etkiləmə, aşiq etmə) təxmini eyni xarakterə malik olub. Ən yaxşı namizədin seçilməsi üçün qadın instiktiv olaraq, əsasən, gücə önəm vermişdir.

Çox əski dövrlərdə qadınlar üçün fiziki qüvvəsi çox olan kişilər cəlbedici sayılırdı. Çünki əzələsi çox olan kişi güclü idi. Sonradan bu yerini ovçuluqda məharətli olan, tayfalara başlıçılıq edən kişilərin ideal kişi obrazı olmasına verdi. Güc artıq hakimiyyətlə təmsil olunmağa başlayırdı. Dövlətlərin yaranması ilə bu proses daha dərinləşdi və gücü təmsil edən xüsusiyyətlər bir qədər dəyişməyə başladı. Artıq birbaşa ibtidai güc, böyük bədən quruluşu yox, döyüşlərdə sərgilənən güc və hakimiyyətdə yer alma cəlbedici olmuşdu. (Yunan sivilizasiyası burada ayrı təhlil edilməlidir). Getdikcə cəmiyyətlərin inkişafı ilə ağılın gücü təmsil etməsi artmağa başladı. Feodalizmdən sonra güclülüyün ənənəvi hakimiyyətlə yanaşı, varidatın çox olması ilə də təmsil olunması genişləndi. Bir qədər də tarixdə irəli getdikdən sonra, mədəniyyətlərin inkişafı ilə siyasi və ictimai mövqenin rolu artmağa başladı. Artıq təkcə ənənəvi hakimiyyət və maddi imkan yox, siyasi və sosial mövqe, eyni zamanda da müəyyən kütlə arasında təhsil və mədəniyyət səviyyəsi cəlbedici kişi obrazında həll edici olurdu. Bundan sonra ağılın, daha doğrusu ağılla əldə edilmiş gücün önəmi artmağa başladı. Yəni, gördüyünüz kimi bütün tarixi dövrlərdə qadın-kişi münasibətində əsas amil güc olmuşdur, sevgi və ailə münasibəti də bura aiddir. Tarix dəyişdikcə gücün ifadə vasitələri də dəyişmiş, müxtəlif formalar almışdır, amma özək eyni qalmışdır.

qadın-gücMüasir dövrə baxdıqda isə narahat edici bir amil var. Təkamülə əsasən, qadın-kişi münasibətində (əslində, ümumi insanların münasibətində) intellekt, mədəniyyət və sosail mövqe əsas önəmə sahib olmalıdır. Düzdür, digər amillər də yer tutmalıdır, amma bu 3-ü gücün əsas ifadə vasitəsi sayılmalıdır. Amma bugünki gənclərin “zövqlərinə” diqqət yetirdikdə bunu görmək olmur. Sanki, sivilizasiya geriyə təkamül etmişdir. Gücü fiziki qabiliyyət təmsil etməyə başlayıb. Amma bunun keçmişdə olanla(qeyd etdiyim ibtidai insanlar) fərqi odur ki, artıq kobud və yöndəmsiz güc yox, xüsusi forma verilmiş bədən formaları cəlb edici olmağa başlayıb. Oğlanların son vaxtlarda bədən inkişaf etdirmə zallarına axını da buna bağlıdır, tələbat artıb. Güclü bədən quruluşunun və kobud gücün cəlbediciliyi artıb. Artıq buna ibtidai insana qayıtmaqmı yoxsa, keçilməsi gərəkən bir ara mərhələmi deyim, bilmirəm. Bununla yanaşı, maddi vəziyyətin də önəmi çox artıb. Varlı insanlar nəciblik, intellekt, insanlıq, mədəniyyət kimi digər amillər nəzərə alınmadan daha çox dəyər görməyə başlayıblar. Bu da təkamüldə gerilik əlamətidir. Əqli və mənəvi təkamülü təmsil etmir. Görünən odur ki, digər sahələrdə olduğu kimi, cəmiyyət münasibətinin əsas strukturu olan qadın-kişi münasibətində də üst insandan uzaqlaşma, bayağılaşma və ibtidailəşmə sezilir. Ümumi insan xarakterində də bunun baş verməsi müharibələri, intriqaları, vəhşilikləri artırır. İnsanlar bayağı həzlərə meyil etməyə, xislətindən uzaqlaşmağa, ibtidai insan gücünə yiyələnməyə başlayırlar. Sadəcə həyəcan siqnalı uzun müddətdir ki, çalır, amma biz qulaqlarımızı qapamışıq…

Müəllif: Fərid Rüstəmzadə
Mənbə: senpudis.wordpress.com 

Beyenmeler
15   0  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Bir cavab yazın