Sülh və xoşbəxtlik hər anda mövcuddur. Sülh və xoşbəxtlik hər addımdadır. Ruhun məsələləri üçün siyasi çözümlər yoxdur.
Özünüz olmaq üçün kifayət qədər ayrı dayanın…
Tək başına olmaq üçün kifayət qədər güclü…
Amma sevginizi paylaşmaq və zamanı gələndə birlikdə olmaq üçün kifayət qədər ağıllı.
Qəlbin mərkəzi günəş kimidir. Gələcəyin insanı qəlbi ilə düşünməyi öyrənəcək, indiki insanlar sadəcə ağılla düşünürlər. Amma yeni çağdakı kişi və qadınlar məkanı qəlbdə olan Tanrının ağlı ilə düşünəcəklər, gələcəyin zehni qəlbdə çalışacaq. Sevməyi öyrəndiyiniz zaman içinizdə müdriklik böyüyər. Hər zaman müdriklik və sevgini bir yerdə düşünün, çünki gerçək sevgi müdriklik doğurar, müdrikliyi sevgidən ayıra bilməzsiniz. Gerçək sevgi, qardaşınızın ehtiyaclarını, sizinkinin önünə qoymağınızdır.
Hər şeylə danış;
çünki hər şeyin canı var…
Hər şeydə bir böyük qardaş tap. Hər şey birdir; hər şey canlıdır…
Qoruyucu daşı salamladınmı? Çünki hər şey sənin parçandır; hər şey canlıdır. İçəri girdiyin zaman salam verdinmi çiçəklərə? Eşitdinmi evin önündə oxuyan quşları? Təşəkkür etdinmi, oyandığın zaman sənə hədiyyə olaraq verilən yeni günə? Yoxsa təşəkkür etməməyi, quşun oxumağını eşitməməyi, çiçəkləri görməməyimi seçdin…
Bir zamanlar, insan özünü əhatə edən hər şey ilə uyum içərisində yaşayırdı. Buna görə də, çiçəklərin, ağacların, torpağın və dağların dilini anlayırdı. Ama indilərdə bu dilin aydınlığı bulandı…
Böyük Ruh’a və kainatın müqəddəs sirlərinə yaxın ol.
Yer üzündəki bütün insanlara sayğı göstər.
Lazım olan hər vəziyyətdə yaxşılıq və kömək et.
Yaşadığın müddətcə daima dürüst və doğru ol.
Ürəyinlə inandığın, doğru bildiyin şeyi et.
Ağlına və bədəninə yaxşı bax, sağlam qal.
Yer üzündəki bütün varlıqlara yaxşı davran.
Bütün etdiklərinin məsuliyyətini daşı.
Hər zaman daha yaxşı şeylər etmək üçün çabala.
Birlikdə bütün insanlığın yararı üçün çalış.
Kim olacağın və nə edəcəyinlə bağlı şüurlu qərarlar ver. Aldığın qərarların məsuliyyətini üzərinə götür.
Təbiətdən uzaqlaşdıqca, qəlblər sərtləşər.
Sahib olmaq istəyi, onlarda bir xəstəliyə çevrilib. Bu insanlar, varlıların poza biləcəyi, lakin kasıbların poza bilməyəcəyi bir çox qayda qoyublar. İdarəçi olan varlıları gücləndirmək üçün kasıblarla gücsüzlərdən vergilər alırlar. Bizim anamızın, torpağın, özlərinin olduğunu söyləyir, hasarlar hörərək qonşularını özlərindən uzaqlaşdırırlar; Torpağı binaları ilə və digər zir-zibilləri ilə çirkinləşdirirlər. Bu insanlar, baharda yatağından daşaraq yoluna çıxan hər şeyi yox edən bir irmağa bənzəyir.
Ölüm zamanınız gələndə, qəlbləri ölüm qorxusu ilə dolmuş digərləri kimi olmayın.
Onların zamanı gələndə ağlayarlar, həyatlarını başqa bir şəkildə təkrar yaşamaq üçün dua edərlər.
Ölüm mahnınızı oxuyun və bir qəhrəman kimi ölün.
Savaşçılarımız, sizin düşündüyünüz savaşçılar kimi deyil. Çünki heç kimin digərinin canını almağa haqqı yoxdur. Bizim üçün savaşçı, özünü, digərlərinin yaxşılığı üçün həsr edəndir.
Onun vəzifəsi, yaşlılarla və özünü müdafiə edə bilməyənlərlə, uşaqlarla və insanlığın gələcəyi ilə maraqlanmaqdır.
İnsanın gözləri elə sözlərlə danışar ki, dil onları tələffüz belə edə bilməz.
Dua etmək üçün günəşlə birlikdə qalx. Tək başına dua et, tez-tez dua et. Böyük Ruh dinləyər, əgər sən sadəcə danışarsansa.
Başqalarının fikirlərinə sayğı göstər ki, onların da sənə sayğı göstərməyini istəyə biləsən.
Bütün insanlara sayğı duy, lakin əsla yaltaqlanma.
Bildiklərini anlat, amma ağıl vermə;
Anlatılanları yaxşı dinlə, amma hamısını doğru sanma;
Səssiz qalmaq bir şey bilmədiyin anlamına gəlməz;
Çox danışmaq da çox bildiyini göstərməz;
Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun
Bir insanı kiçik görmək ağılsızlıq,
Çox böyük görmək də qorxaqlıqdır.
Cəsarət ağıldan gələrsə, cəsarətdir,
Bilgisizlikdən gələrsə, cəhalətdir…
Hazırladı: Fidan Aslanova