Orta çağda monastırın müdriki olaraq qəbul edilən Hildeqard von Bingenin (Əziz Bingenli Hildeqard) 1098-ci ildə, ailəsinin onuncu və son uşağı olaraq dünyaya gəlmişdir. 1179-cu ildə 81 yaşında həyata vida etmişdir. Alman yazıçı, bəstəkar, filosof, şair, xristian mistiki, vizyoner, müdrik olaraq tanınır. 7 Oktyabr 2012 tarixində, Papa Benedikt XVI onu Kilsənin Doktoru adlandırmışdır.
Daxili dünyasını və hisslərini yazıya tökən ilk qadın. Həyatını bir monastırda keçirən rahibə Hildeqard, şiddətli miqren ağrıları üzündən gördüyü hallusunasiyaları kağıza tökməyə başladı. Daha sonra özünü şeirə verdi.
Hildeqard Von Bingen (1098-1179)
Alman rahibə, mistik, müdrik, ruhani lider, yazar, bəstəkar və elm insanı, dramatist, əlifba banisi, həkim və daha sayıla bilməyəcək qədər bir çox qeyri-iradi qabiliyyətə sahib qadın. Həm o zamanının inancları, həm də ailəsinin onuncu uşağı olması, eyni zamanda doğuşdan xəstə olması kimi səbəblərdən 8 yaşındaykən monastıra bağışlandı.
Çox kiçik yaşdan monastırda ailə sevgisi olmadan yaşamaq məcburiyyətində buraxıldığı üçün ruhani gücləri olduğunu irəli sürmüşdür. Digər tərəfdən, Hildeqardın sənətçi tərəfi də çox qüvvətli idi. Musiqi dahiliyi ilə dünyada adından söz etdirə bilən nadir qadınlardan biridir. Hildeqard eyni zamanda dünya tarixində ilk dəfə seksdə qadın mövzusunu işləmiş adamdır. Bir rahibə olmasına baxmayaraq kitablarında seks zamanı bir qadının hiss etdiklərini, kişi ilə bərabərliyi əsnasında bədənindəki dəyişiklikləri, zehni və fiziki olaraq yaşadıqlarını təsvir edərək bir qanun də imza atmışdır. Elm adına dünyaya qazandırdığı bir çox bitki mənşəli dərman hələ istifadə edilməkdədir. Orta çağ Xristiyan dünyasında Hildeqarddan əvvəl və uzun müddət sonra da, qadınlar tərəfindən özünü ifadə edən mətnlər qələmə alınmamışdı. Özü kitablarında qadın orgazmını təsvir etmişdir. Bəstələrindən, xüsusilə “11000 Bakirə” buna nümunə olaraq təsiredici xüsusiyyətlərə malikdir.
Jutta adında bir rahibənin yanında təhsil almağa başlamış və oxuma yazma öyrənmişdir. Daha sonra, həyatının geri qalanında da təsirli olacaq bir keşiş ilə, Volmar ilə işə başlamışdır. Müqəddəs Hildeqardın ən böyük xüsusiyyəti yaşadığı hər şeyi qələmə alması idi. Elmə və araşdırmaya çox maraqlı idi. Həyatının böyük hissəsini keçirdiyi kilsədə davamlı oxuyur yazır və araşdırmalar edirdi. Gördüyü hallusinasiyaları yazdığına görə şeytani ola biləcəyi fətvası ilə məhv edilməyə çalışılmışdır. Ancaq papanın və kilsə keşişinin əmri ilə yazmasına icazə verilmişdir. Çox kiçik yaşlardan bəri “görmə” gücü olduğu iddia edilən Hildeqard yazılarında 1141-ci ildə tanrıdan bir əmr aldığını ifadə etməkdədir. Hildeqarda görə tanrı 1141-ci ildə ona gördüklərini yazmasını söyləmişdir. Bununla birlikdə bütün dini kitabların yazılarını oxuya və Tanrının nə demək istədiyini anlaya bilirdi artıq. Bu hadisəni öz sözləri ilə bu şəkildə açıqlamışdır : “… 42 yaş və 7 aylıq idim. Cənnətin qapıları açıldı və bənzəri daha əvvəl görülməmiş parlaqlıqda kor edici bir işıq bütün beynimə doldu. Və sonra bütün ürəyimi və köksümü bir alov kimi alovlandırdı, … və birdən-birə kitabların təfsirlərinin nə demək istədiyini anladım …”
Bəlkə də çox kiçik yaşlardan bəri kilsədə yetişdirilməsi, ailəsindən ayrı qalması və davamlı olaraq ruhani gücləri olduğunun irəli sürməsi psixoloji olaraq Hildeqarda təsir etmiş deyə düşünənlər də var. Bir çox nümunədə Hildeqardın Tanrıdan olduğuna inandığı işarələri aldıqdan sonra hərəkətə keçmək üçün bəzən illərlə gözlədiyi müşahidə edilmişdir. Bu müddət içində öz yazdıqlarına görə tərəddüddə qaldığını və yaşadıqlarının gerçək olub olmadığını sorguladığını dilə gətirmişdir. Rahibə olmasına baxmayaraq Hildeqard çox güclü bir sənətçi idi. Ayrıca, elm adına dünyaya qazandırdığı bir çox Herbal dərman hələ fə istifadə edilməkdədir.
Hazırladı: Vüsaləddin Rüstəmov