Çoxumuz gündəlik həyatda saysız duyğuya qapıla; xoşbəxt ola, əsəbləşə, sıxılar, aşiq ola bilərik… Bunları ümumi bir kateqoriya qoysaq xalq arasında “ruh halı” olaraq qəbul edirik. Bir çox gündəlik cümlələrimizin içərisində də bunu istifadə edrik; məsələn, “Ruh halım çox bərbad” kimi. Yaxşı, həqiqətənmi bunlar bizim ‘ruh halımız’dır. Ki, bu şəkildə təsvir edilərək dilə gətirilir?
Bu kimi vəziyyətlərdə nəzərdə tutulan “ruh” nədir?
Xalq arasında çox məşhur olan zənnlərdən biri də bizim duyğularımızı əsl ortaya qoyan şeyin, bizim ruhumuz olduğudur. Bu məlumatın mənbəyinə baxacaq olsaq, çox köhnə çağlara getməmiz lazımdır. Əvvəlki əsrlərdə başlayan ruhun olduğuna dair ilk inancları, öldükdən sonra diriləcəklərinə inanıb məzarlarını otaq şəklində edən, atları və ya qiymətli əşyalarıyla basdırılan sivilizasiyaları dəlil kimi ortaya qoya bilərik. Din ilə bağlaşmış olan bu ruh anlayışı, əvvəllər yalnız insanlarda deyil, təbiətin hər yerində ola biləcəyini ortaya qoyurdu. Günəş tanrıları, su tanrıları, bərəkət tanrıları bax bu şəkildə formalaşaraq meydana gəlmişdir. Yanardağın belə bir ruhu olduğunu düşünən bu insanlar çox uzun illər içərisində bunun ruhla bir əlaqəsi olmayıb, təbiətin bir nizamı olduğunu və onları tanrı olaraq gördükləri səbəblərin arxasında yalnız təbii səbəblər yatdığını görəndə, təbiətə aid şeylərin bir ruhu olmadığını anlamışlar və zamanla qəbul etmişlər.
Günümüzə baxdığımızda, bizim cəmiyyətimizdə, insanların ruhu olduğuna dair düşüncə çox məşhurdur. Bunun əsl səbəbi yenə dinlə bağlılığa dayanır. Ümumən dinlərə baxsaq, öldükdən sonra dirilmə, bədənin çürüyüb ruhun eyni qalması, ruhun mükafatlandırılması və ya cəzalandırılması, tanrıyla qurulan ünsiyyətin yalnız ruh vasitəsilə edilə bilməsi kimi vəziyyətlər olduğu üçün inanclı birinin ruhun olduğuna inanması absurd görüləcək bir vəziyyət deyildir. Lakin bu vəziyyət, onların düşüncələrini heç bir şəkildə doğrulamaz. Cəmiyyət içərisində elm irəlilədikcə düşüncələr dəyişdi, tanrılar getdi və ruhlar yox oldu. Amma cəmiyyətimizə baxdığımızda insanların ruhunun olduğu düşüncəsi hələ də çox məşhur olaraq görülməkdədir.
Elmi çalışmalar sayəsində duyğularımızın beynimizdə iştirak edən limbik sistemimizdəki talamus, amygdala və hippocampus kimi strukturlar tərəfindən kontrol edildiyi kəşf edilmişdir. Yəni bilindiyinin əksinə, bizim ruhumuz kədərlənməz, əsəbiləşməz, aşiq olmaz, xoşbəxt olmaz, bunların hamısı beynimizdə əlaqədar hissələr tərəfindən nəzarət altına alınıb bu şəkildə hiss etməmizi təmin edər. Bir digər mövzu olan psixologiya, ruh elmi mənasını gəlsə də və düzəltməyə çalışıldığı sahəni hər nə qədər “ruh sağlamlığı pozuqluğu” olaraq təbir etsək də, bunlar da sinir sistemi problemlərindən başqa bir şey deyildir.
İnsanın özünü xüsusi bir varlıq olaraq xarakterizə etmək istəməsi də imtiyazlı olaraq bir ruha sahib olduğunu düşünməsinə səbəb ola bilər. Lakin bizim digər canlılardan üstün olduğumuz deyilə bilməz. Bizdən daha sürətli, daha güclü, daha dayanıqlı və bir çox mövzuda daha üstün olan milyonlarla canlı yaşayır. Bizim tək üstünlüyümüz beynimizin inkişaf etmiş olmasıyla əlaqəlidir ki bu vəziyyətdə üstünlük yarışından söhbət gedə bilməz. Ruhumuzun olduğuna dair düşüncələrin olmasına yol açan digər bir faktor də yaşadığımız planetdə digər varlıqlardan daha ağıllı olduğumuzdur. Ağıllı olmaq, duyğulara sahib olmaq, düşünmək kimi faktorlar bizi digərlərindən ayırır, lakin bu bizim ruhumuz olduğu mənasını verməz. Çünki bütün bunlar beynimizin funksiyalarının təkamülü ilə əlaqəlidir.
Ətrafımızdan və ya ictimai mediadan gördüyümüz üzrə ruhla əlaqəli bir çox xəbər və hadisə yaşanmışdır. Lakin ruhların görüldüyünü, çağırdığını, danışdığını iddia edənlər bunu heç bir şəkildə sübut edə bilməmişdir. Bu kimi hadisələrin arxasında başqalarının qazancları ola biləcəyi kimi, həm də bir qarabasma və sair duyğu yanılması da ola bilərlər. Yaxud beynimizin mükəmməl olmaması səbəbiylə əsəbi bir boşluqdan və ya narahatlıqdan bu kimi hadisələr meydana gələ bilər. Bu kimi hadisələrin düşünmədiyimiz qədər çox, ağılımıza gələ bilməyəcək qədər maraqlı şərhləri da ola bilər. Lakin doğruluğu barədə kiçik bir ehtimal belə verən hadisə hələ meydana gəlmədi.
Zaman içərisində əsrlər boyunca görüldüyü üzrə saxta-elm və metafizik səhv düşüncələr elmin işığında bir-bir izah olunmuş və bu düşüncələr tərk edilmişdir. İndiki vaxtda elmin ortaya qoyduğu məlumatlara baxsaq ruh deyə bir fakt yoxdur. Elm xaricindəki məlumatlar hər nə qədər ruhun olduğuna dair sübut təqdim etdiklərini önə sürsə də bu məlumatların günümüzə qədər heç bir sübutu da olmamışdır. Bu səbəblə var olduğu sanılan bu anlayış bir çox insanın bu dünyaya dair fikirlərində çox üstün bir rol oynadığından, mənfi istiqamətdə ediləcək hər cür hadisə və qərardan qaçınılmalı və “ruh” olduğuna dair doqmatik fikirlərdən uzaqlaşılmalıdır.
Mənbə: tanrivarmi.blogspot.com
Hazırladı: Vüsaləddin Rüstəmov