SİYASƏT NECƏ BAŞLAYIR

Siyasət uşaqlıqdan başlayır. Əhmədin suallara 8 addımlıq cavab alqoritmi:

Tutaq ki, Əhməd kiçik yaşlarında evdəki vazanı sındırıb. Anası evə qayıdanda vazanı sındırılmış görür və deyir:
– Əhməd! Vazanı sındırmısan?

Addım 1: Edilən səhvin ifadə edilmə şəklini dəyişdir, onu səhv hərəkət kimi yox, yaxşı bir iş kimi göstər:
– Vazanı sındırmadım, parçalara ayırdım və yenidən şəkilləndirmək üçün bir düzənləmə etdim.

Addım 2: O səhvi edəcək dünyadakı ən son adam olduğuna inandır:
– Mən vazanı niyə sındırım ki? O vaza alınanda onu çiynimdə 4 mərtəbə, baxın, say verirəm, düz 98 pillə yuxarı daşıyan mənəm! Vazanın günəşdən rəngi solmasın deyə onu qoruyan mənəm. Heç kimin gözü dəyməsin deyə üstünü örtən mənəm. O vazanın ən böyük dəstəkçisi mənəm, niyə zərər verim ki o vazaya?

Addım 3: Edilən səhvin əhəmiyyətini azalt, hadisəni normallaşdır, hətta etdiyinin az belə olduğunu izah et:
– Ayrıca, mən vazanın yenidən şəkilləndirilməsinə niyə bu qədər sərt reaksiya verildiyini anlamıram. Vaza, çox köhnə komunist ölkələrində istifadə edilən, zamanı keçmiş bir əşyadır. Baxın Amerikaya, bax İngiltərəyə, onlarda evdə vazalar varmı? Heç filmlərdə görmüsünüzmü? Müasir evlərdə görmüsünüzmü? Ancaq Çavuşevski dönəmində Rumıniyada görə bilərsiniz. Məncə, vazanın yenidən şəkilləndirilməsi üçün hətta xeyli gecikmişik.

Addım 4: Şəfqətinlə, ərdəminlə qarşındakını əz. “İstəsəm edərdim, amma etmədim” de:
– İndi məni belə günahlandırırsan, amma mən istəsəydim o vazanı 20 dəfə sındırardım. Hər gün evdəyəm, vaza ilə tək qalıram. Əgər belə bir davranışım olsaydı, niyə sındırmadım indiyə qədər? İnsanların vazanı sevmək haqqı mənim üçün müqəddəsdir. Vazanı vaza üçün yox, yaradanına görə sevirəm.

Addım 5: Sualı cavabsız qoyma. Suala “tutaq ki, dediyiniz doğrudur” şəklində cavab ver. Bunun mümkünlüyünü qəbul et və bu ehtimalda da məsuliyyətli davrandığını göstər:
– Tutaq ki, dediyin doğrudur. Vazanın başına dediyin şeylər gəlib. Amma bu mənə görəmi baş verib? Bəlkə pəncərədən külək əsib, pişik qaçarkən vurub sındırıb? Mən bunların araşdırılması üçün qonşunun oğlu Mustafaya lazımi göstərişləri vermişəm. Dünənki küləyin sürətini və pişiyin davranışlarını araşdırıb mənə məruzə edəcək. Əgər bir səhv görsəm, o pişiyi hamıdan əvvəl mən cəzalandıraram, o pəncərələri mən təmir edərəm. Hər şeyi nəzarətdə saxlayıram. Evimizin gözəlliyi, fərahı üçün…

Addım 6: Sualı soruşanın bu mövzudakı səmimiyyətini sorğula:
– Əslində belə bir məqam da var. Salondakı vaza dünyada ilk dəfə yenidən şəkilləndirilən vaza deyil. Madam ki, vazalarla bağlı belə həssassan, alt qonşumuzun həm də 1 yox, tam 2 vazası oğlu tərəfindən sındırılanda niyə etiraz etmədin? O zaman harada idin? Niyə göz yaşı tökmədin? Bu vazanın fərqi yalnız mənimlə əlaqəsi olmasıdırmı? Burada məqsəd üzüm yemək yox, bağbanı döyməkdir, vaza bəhanədir!

Addım 7: Hadisədən diqqəti yayındırdın, özünü yaxşı göstərdin. İndi bu üstünlüyü rəqibi pis göstərmək üçün istifadə et:
– Bu vazanı sındırmaq kiçik qardaşım Əlinin işləridir. O edər bunları. Keçən il şüşə şkafın pəncərəsini sındıran kim idi? Əli! Əlinin zehniyyəti sındırar ancaq bu vazanı. Bunun arxasında da o var, mən sənə deyim. İndi atamın cib xərcliyi ilə bağlı qərar verəcəyi dönəm yaxınlaşır deyə, məktəbdə məndən yaxşı oxuya bilmədiyinə görə mənə belə bir iftira atır. Bunları atam görür, atam doğru qərar verir, mənim ürəyim rahatdır.

Addım 8: Mövzu bağlandı, cavab verildi. Çıxışını özünü və etdiklərini tərifləyərək zirvədə saxla:
– Mən bunlara baxmıram ana, mən işimə baxıram. Bax, 2 illik məktəb həyatımda sinifin ən çalışqanı oldum. Hamı məni barmaqla göstərir. Bütün dərslərdən 5 alıram. Mən işimə, dərsimə baxıram. Ailəmiz üçün xeyirli bir övlad olmağa, ailəmizi, atamın da dediyi kimi binadakı nümunə ailə mövqeyinə çalışıram, çalışacam.

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın