Sosial şəbəkə, başqalarının həyatlarının tamamını və ya gerçəkdə necə olduğunu tamamilə göstərən bir yer deyil. Əgər bunu unutsanız, öz həyatınızı başqalarının paylaşdığı həyatı ilə müqayisə etmə tələsinə düşməkdən başqa çarəniz qalmaz.
Əslində bu durum son dərəcə təhlükəli ola bilər. İnsanın öz həyatını başqalarının həyatı ilə müqayisə etməsi acizlik, qısqanclıq və hətta nifrət kimi duyğuların yaranmasına səbəb ola bilər. Bu cür duyğularla mübarizə aparılmadığı zaman isə, stres, narahatlıq ve depressiya qaçınılmaz hala gələr. Əgər, onsuz da sıxıntı ve depressiya ilə mübarizə aparırsınızsa, bu duyğular, vəziyyəti daha da pisləşdirə bilər.
Həyatınızda olub bitənlərə, düşüncələrinizə, duyğularınıza biraz daha yaxından baxdığınız zaman, əslində ətrafınızda sizi tükəndirən bir çox neqativ şeyin olduğunu görə bilərsiniz. Sosial şəbəkədəki bütün o gözəl bədənlər, mükəmməl münasibətlər, möhtəşəm dostluqlar öz həyatınızın mükəmməl olmadığı hissini oyandırır. Özünüzü, tez-tez boşluqda və hər kəsin sahib olduğu şeylərdən məhrum imiş kimi hiss edə bilərsiniz.
Halbuki, sosial şəbəkədən daha şüurlu istifadə edərək, bütün bu neqativ şeyləri pozitivə çevirə bilərsiniz. Öncəliklə bunu bilməlisiniz ki, şüurunuza diqqət göstərmədiyiniz zaman, o öz-özünün qayğısına qala bilməz. Yəni əgər şüurlu olaraq pozitiv düşüncələrə fokuslanmasanız, zehniniz öz-özülüyündən neqativ düşüncələrə yönəlir. Əgər facebook və ya instagram səfhənizdə aşağıya doğru enərkən düşüncələrinizə qarşı fərqindəlik inkişaf etdirməsəniz, zehniniz öz-özünə mənfi düşüncələr inkişaf etdirəcək. İkinci olaraq bilməli olduğunuz şey isə, düşüncələrinizin duyğularınıza təsir etməsidir. Yəni mənfi düşünclər sizi mənfi hiss etdirir, pozitiv düşüncələr sizi pozitiv hiss etdirir.
Başlamadan öncə…
1. Niyyətinizi müəyyənləşdirin
Sosial şəbəkə hesablarınızla maraqlanmadan öncə dayanın, nəfəs alın və özünüzə, hədəfinizin pozitiv bir təcrübə olduğunu xatırladın.
2. Olduğunuz anda qalmağı unutmayın
Həqiqətən xoşbəxt olmağın tək yolu, yaşadığınız anda qalmaqdır. Bunu həyatınızda nə qədər çox tətbiq edə bilsəniz, neqativ hissləriniz o qədər azalar. Ekrana toxunan barmaqlarınızı hiss edin, oturduğunuz kreslonu və ya stulu düşünün. Düşüncələrinizin arasında itməmək üçün zaman-zaman nəfəsinizə fokuslanın.
3. Təmizləyin.
Davamlı olaraq nələrdənsə şikayətlənən və neqativ paylaşım edən insanları izləməyi tərk edin. Pozitiv insanları və səhfələri izləyin. Bunu edərək, şüursuzca aşağıya doğru enərkən nə qədər çox şeyin fərq etdiyini görəcəksiniz. Zehniniz hər zaman yaxşı bir seçim etməyə bilər, amma siz edə biləsiniz.
Paylaşım edərkən…
4. Nə qədər “like” alacağınızı düşünmədən paylaşın
Şüuraltınızda nə qədər “like” toplasanız, o qədər çox təsdiq aldığınızı düşünə bilərsiniz. Əksinə isə, “like” toplamayan bir paylaşım, sizi sevgisiz də hiss etdirə bilər. Halbuki bu bəyənmələr, sizin şəxsiyyətinizlə, şəxsi keyfiyyətlərinizlə bağlı deyil. Bəzi insanlar sırf “like” toplamaq üçün pul ödəyir. Bunun əslində nə qədər anlamsız olduğunu düşünün. Halbuki, özünüzə və paylaşdığınız şeyə güvənsəniz, bax o zaman həqiqətən xoşbəxt ola bilərsiniz.
5. Şikayət etmək əvəzinə, başqalarına köməyi toxunacaq müsbət şeylər paylaşın
Bu həm paylaşımlar, həm də rəylər üçün keçərlidir. Özünüzə bu sualı verin: Paylaşdığım bu şey müsbətdirmi? Şikayət etməkdən və ya mənfi mübahisələrə çevrilə biləcək paylaşımlardan qaçın. Bu, boş-boşuna enerjinizi tükəndirməkdən başqa bir işə yaramaz.
Hər gün ən az bir nəfərə kompliment etməyi və ya təşəkkür etməyi vərdiş halına gətirin. Online olduğunuz zaman, başqalarına müsbət və sevgi dolu mesajlar verməyə çalışın. Bunun sadəcə başqaları üçün yox, sizin yaxşılığınız üçün olduğunu unutmayın.
6. İçinizdən gələn tənqid istəyi ilə mübarizə aparın
Neqativ bir rəy aldığınız zaman, bunun gerçəkliyini sorğulamaq üçün özünüzə biraz vaxt verin. Bu asan olmaya bilər, lakin eqonuzdan uzaqlaşıb özünüzə qarşı dürüst ola bilmək üçün bunu yoxlaya bilərsiniz. Əgər doğrudursa, sözü gedən neqativ şərhi edən insana bu mövzuya diqqət çəkdiyi üçün təşəkkür edin. Əgər doğru deyilsə, üzərində durmayın və o şərhi silin və ya üzərində durmayın və boş verin.
Aşağıya doğru enərkən…
7. Mühakimə etməyin
Bunu hamımız bilirik, bəs yaxşı nə qədər tətbiq edirik? Kimisə mühakimə etməyin nəticələrini zaman -zaman özünüzə xatırlada bilərsiniz. Biri haqqında neqativ düşüncələr bəslədiyiniz zaman, özünü pis hiss edən, o insan yox, siz olursunuz. Üstəlik, neqatİv düşüncələrin, neqativ duyğulara çevrildiyini unutmayın.
8. Qısqanmağın, ilham almaq üçün bir çağırış olduğunun fərqinə varın
Başqalarına qısqanclıqla baxmaq əvəzinə, onlardan ilham almağa çalışın. Sizin əldə etmək istədiyiniz şeyi bir başqası əldə edibsə, bu, həmin şeyin sizin üçün də mümkün olduğu deməkdir.
9. Zehninizin uydurduğu hekayələri sorğulayın
Bunu bir təcrübə olaraq görə bilərsiniz. Facebook səhfənizdə 5-10 dəqiqə boyunca aşağıya doğru enin və diqqətinizi intensivləşdirin, zehninizdə yaranan bütün heakyələrin fərqinə varın. Zehninizdə nələrsə yarananda, özünüzə bu hekayəyə inanmağın faydalı olub-olmadığını soruşun. Kifayət qədər yaxşı olmadığınızı düşünməyin sizə bir faydası varmı? Və ya başqalarının həyatdakı seçimlərini mühakimə etməyin sizə bir faydası varmı?
Zehninizi mühakimə etmək və ya ona hirslənmək əvəzinə onu sorğulayın. Daha şüurlu və fərqindəliyi inkişaf etmiş bir insan olmaq istəyirsinizsə, zehninizi hər zaman sorğulayın.
Mənbə: www.uplifers.com
Hazırladı: Fidan Aslanova