ZORLA İNANDIRMAQ OLMAZ

TƏBLİĞ MƏSULİYYƏTDİR.

İnsan həyatda bir şeylərin fərqinə varar, anlamağa çalışar, anladıqca inanar və münasibət qurar. İnanmaq seçməkdir həm də. İnsanlara düşən anladıqlarını, inandıqlarını, yəni seçdiklərini başqalarına da məsləhət görməkdir. Seçim edəcək şəxs son qərarı özü verməlidir. Buna təbliğ də deyirlər. Təbliğ deyəndə ağlıma gələn ilk şey budur: Məsuliyyət. Demək təqdimatda çox həssas, optimal və mötədil, bacarıqlı və səmimi olmaq lazımdır. Təbliğ kəliməsində bəlağət də var.
Nizami Gəncəvi deyərdi:

“Könüldən çıxan könülə hopar”

Özün də inandığın, anladığın və seçdiyin bir şeyi sənə etimad edə biləcək bir insana təqdim etmək, ona inandırmağa bərabərdir deyərdim. Bəli, ETİMAD edən birinə. Biz müxatibimizlə səmimiyyət, xoş münasibət, etimad və güvən formalaşdırmamış ona nələrisə inandırmaq istəyir, onu da, özümüzü də zor durumda buraxırıq nəticədə. Molla Nəsrəddinin yaxşı bir sözü var:

“Sözünü o kəslərə de ki, sənə qulaq versinlər.”

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. Gerçəkdə söyləsən nadan birinə,
    Sözünü yeridər sənin yerinə.

    Yamanlar yanında dayansan bir gün,
    Yoluna daima vuracaq düyün.

    Axmağı nə qədər çəksən yanına,
    Bir bəla salacaq sənin canına.

    Dürüstlər yanında dursan sən əgər,
    Ömrünə fəzilət Allahdan gələr.

Bir cavab yazın