TƏHLÜKƏLİ İNSANLAR

“Təhlükəli insan” anlayışı  haqqında biraz düşünə bilərik.

İlk ağlıma gələn başlanğıc nöqtəsi budur:
Dünya səviyyəsində böyük sözlər vardır. Onlardan biri:”Günahkarı qazın, altından insan çıxar.”

İkinci ağlıma gələn söz, Thomas Hobbesin dediyi bir söz oldu: “İnsan, insanın qurdudur.”

Əlbəttə, böyük sözlərin aludəçisi olmamaq lazım. Öz beynindən çox, başqalarının beyni ilə özünü xoşbəxt etmək elə də ağıllı bir iş olmaz.

Bu iki söz də əslində, sıfır model ola bilməz. Mütləq ondan əvvəl eynisini, bənzərini və s. söyləyən, məşhur, məşhur olmayan bir çox öz beynindən istifadə edən insan olub.

Lakin yazılı dünyada, bəzi anlayışlar bəzilərinə, doğru-yalnış təsnif edilir və həmişə o cür qalmağa meyilli olur.

Bir dəfə təsadüfi bir toplantıya qatılmışdım. Orda bir layihə iştirakçısı olan gənc, məhkumlarla ( təhlükəli insanlar?) onların reabilitasiyası ilə bağlı bir layihədə iştirak etdiyini açıqladı. Sözünün bir yerində dedi ki, “Kaş məhkumlarla yox, ordakı işçilərlə də belə bir reabilitasiya layihəsi hazırlayaydıq.” Dediyi şey, əslində problemli olanların sadəcə məhkumlar olmadığı idi.

Cinayət törədənlərə, onlara baxmaqda vəzifələndirilmiş insanlar nəzdində qayğı ilə baxmağa səbəb olan şey nədir?

Bizim, təqsirsiz olduğunu sandığımız saysız-hesabsız  insanın da əslində, kim bilir nə təqsirləri olduğunun fərqinə vardığımız zaman..

Bizim,  təqsirli olduğunu sandığımız saysız-hesabsız insanın da əslində, necə təqsirsiz insan tərəfləri olduğunun fərqinə vardığımız zaman..

Qarşımızda saysız-hesabsız insan var, onlarda əslində təqsir və məsumluq iç-içə keçib.

Bu səbəblə, məhkumlar üçün reabilitasiyaya gedən bir gənc, gözətçilər üçün də belə bir şeyin ehtiyac olduğunu düşünə bilir. Bir cəza vəkili, şəxsən işin içində olaraq müqəssirin insani tərəflərinə diqqət çəkməyi düşünə bilir.

Lakin bu insan elə bir varlıqdır ki, başqa biri/biriləri, “insanın, insanın qurdu olduğunu” söyləyir.

Görünən odur ki, təqsir və təqsirsizlik bir potensialdır.

Təqsir etmək potensialına təhlükə desək, hər birimiz təhlükəli insan olaraq varıq.

Buradan yola çıxaraq, bəzi təhlükəli insan variantlarını ayıra bilərik:

+ Özünün, təhlükəli olduğunun fərqində olmayan təhlükəli insanlar.
+ Gücə sahib olduğu üçün təhlükəli insanlar
+ Sevgisinin sahiblənmə olduğunu düşündüyü üçün təhlükəli insanlar
+ Sevgisinin, qarşılıq alması gərəkdiyini düşünən təhlükəli insanlar
+ Doğrunu bildiyini düşündüyü üçün təhlükəli insanlar
+ Doğrunu, yaxşını, gözəli, pozitivliyi, doğru hərəkət və davranışları bildiyini düşündüyü üçün təhlükəli insanlar
+ Qərarından və ya mühakiməsindən çox əmin olduğunu düşündüyü üçün təhlükəli insanlar
+ Müqəddəslərə xidmət etdiyini düşündüyü üçün təhlükəli insanlar
+ Ac insanlar yox, insanları ac qoymağın, onların işləməsinə səbəb olacağını düşündüyü üçün təhlükəli insanlar
+ Hər kəsin öz mənfəətinin arxasına qaçmağının, toplumun mənfəətini doğrucağını düşündüyü üçün təhlükəli insanlar
+ Özünün, başqası üçün ən yaxşısını istədiyini düşündüyü üçün təhlükəli insanlar
+ Özünü təhsilli gördüyü üçün təhlükəli insanlar
+ Aldığı təhsilin, təshil almayanlarla müqayisədə özünə üstünlük təmin etdiyini düşündüyü üçün təhlükəli insanlar
+ Davamlı olaraq yaxşılıqdan və gözəllikdən bəhs etdiyi üçün təhlükəli insanlar
+ Bildiyi üçün yox, inandığı üçün haqlı olduğunu düşündüyü üçün təhlükəli insanlar
+ Dinləmək və anlamaq yerinə, dinlətmək və anlatmaq istədiyi üçün təhlükəli insanlar
+ Fərdi inkişaf kursuna getdiyi, kitabını oxuduğu üçün təhlükəli insanlar
+ Dinini, milliyətini, şəxsiyyətini çox sevdiyi üçün təhlükəli insanlar
+ Özünə aid olanla, özünə aid olmayan arasındakı bərabərliyi önəmsəmədiyi üçün təhlükəli insanlar
+ Statuslarının öz əməkləri sayəsində olduğunu düşündüyü üçün təhlükəli insanlar
+ Öz mənfəətlərini, sizin üçün rasyonallaşdırmağa çabaladığı üçün təhlükəli insanlar
+ Gözəlliyini və şirin dilini sizi razı salmaqda istifadə etdiyi üçün təhlükəli insanlar
+ Kişi olduğuna görə qadına qarşı üstün olduğunu, dinsəl və toplumsal olaraq düşündüyü üçün təhlükəli insanlar

Bütün bu təhlükəli insanların əsli budur: bir şeyə sahib olmaq, bir şey mövzusunda gücü əlində saxlamaq. Bu, əlindəki müqəddəs kitab da olsa, elmi bir kitab da olsa, bir dəstə qızılgül də olsa, sizin onun əlindəki o iddia etdiyi  gücə beyət və itaət etmədiyiniz zaman onu başınıza atmaqda bir an tərəddüd etməyəcəyinə dünya və insanlıq tarixi şahidlik etsin.

Mənbə: blog.milliyet.com.tr
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın