TƏNBƏLLİK NƏDİR?

Tənbəllik, aktiv olmağa qarşı könülsüzlükdür. Bir işi edə biləcək ikən bundan çəkinmə, bir məşğuliyyət  üçün səy etməmə və hərəkətə keçməmə halıdır. Adətən, edilməyi lazım olanı etməyən adama yaraşdırılan bir sifətdir. Ərincəklik, uyuşuqluq, başıboşluq, avaralıq ilə yaxın anlamdadır. Müxtəlif dinlər və görüşlər tərəfindən tənqid edilmiş bir davranışdır. Birinin əskikliyini görəndə, “tənbəl” deyərik.  Bəs yaxşı, insan nə üçün tənbəllik edər? Bəlkə də bəzilərimiz üçün sualı bu cür qoymalı: Niyə tənbəl olmayaq?

Öncəliklə, söyləmək lazımdır ki, burada tənbəllik deyərkən, nəzərdə tutduğumuz, edilməsi lazım olan bir şey var ikən bundan geri durmaqdır. Şüurlu bir şəkildə dincəlmək və ya eləcə dayanmaq tənbəllik olmaya bilər. Lazım olan işi etməmə halına tənbəllik deyə bilərik. Hərəkətsizlik ilə qarışdırılmamalı, bir əskiklik və geri durma davranışı olduğu xatırlanmalıdır. Fərqli baxışlara görə hər zaman edəcək bir şeylər tapıla bilər və ya edəcək heç bir şey yoxdur. Bunu tənbəllik daxilində deyil, həyatda nə etməli sualına bağlaya bilərik.

İmmanuel Kanta görə, insan, bütün insanlar üçün bir qanun olacaq biçimdə davranmalıdır. İnsanlıq bir vasitə olaraq yox, bir məqsəd olaraq görülməlidir. Elə davranmalıdır ki, insan özünü bir qanun qoyucu olaraq hiss edə bilsin. Bu məqsədlər, vəzifə əxlaqının əsaslarını təşkil edir. Ancaq beləcə, yaxşı bir niyyətdən, dolayısı ilə saf yaxşılıqdan bəhs edə bilərik. Vəzifənin  əxlaqlı, yəni yaxşı ola bilməsi üçün universal olanı düşünərək hərəkət etməliyik. Yalnız özünü düşünmək bizi yanıldar və tənbəlliyə sövq edər. Məncillik kimi, düzəldilməyi gözləyən bir dar fikirlilikdən söz edə bilərik.

Bir düşünək, öz başımızamı insan olduq? Yaxşı, bəs insan olmağın ortaqlıq tərəfinə nə deməli? Təbiətimiz tənbəllik üzərinəmi qurulub? İnsanın təbiətdəki fərqli mövqeyi haradan gələ bilər? Ünsiyyət..əlaqə nə olan şeydir? Aydındır ki, insan ehtiyaclarını qarşıladıqdan sonra boş durmamış və sonrakılar üçün dəyər yaratmışdır. İnsan, həyatı bir vəzifə bilmiş və sonrakılara çatdırmaq üçün çabalamışdır. Eynilə filosof kimi, fiziki ehtiyaclarını tamamlamaqla kifayətlənməmişdir. Ardına baxmaq və həyatı anlamağa çalışmaq davranışlarını göstərmişdir.

Mənbə: www.dmy.info
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

3 comments

Bir cavab yazın