Qurban ənənəsi Hinduizmdə çox əhəmiyyətli bir yerə malikdir. Tanrılara üçün edilən hər şey qurbandır. Hinduizmdə qansız qurbanlar daha yayğındır. Ancaq yaz və qış gün yubileyləri münasibəti ilə qanlı qurbanların da Tanrılara təqdim edildiyini görə bilərik. Bu qanlı qurbanların ən böyüyü və xüsusi bir mərasim tələb edənlər “Soma” qurbanıdır. Somada keçi və inək kimi heyvanlar qurban edilir. Tanrıların hirslərini təskinlik etmək məqsədilə təqdim edilən bu qurbanların yanında, xüsusi hədiyyələr də Tanrılara təqdim edilmişdir. Hinduizmdə sunaklarda ən yaxşı heyvanların qurban edilməsi və ətlərinin yaxşı qisimlərinin yenə buradakı atəşdə yandırılma ənənəsi vardır. Hinduizmin bir xüsusiyyəti də ölmüş kəslər üçün qurban kəsmə şərtini gətirmiş olmasıdır. Hinduizmin görə, ölülər qurbansız ac qalırlarmış.
Qədim çağlarda insan qurban edilməsi, bir növ təmizlənmə və sehr vasitəsi idi. Ailənin ilk uşağı Tanrıya aid qəbul edilir və qurban edilməsi lazım idi. Misirlilər isə it başlı olaraq təsvir etdikləri insanlara “Ani” deyirlər və onları “Ay Tanrısı”-na qurban olaraq təqdim edirdilər.
M. Eliade, Anadoluda xüsusilə ilk çağlarda məhsul mövsümü ilə əlaqədar edilən insan qurbanı və baş kəsmə ayinlərinə nümunə olaraq Frigyalıları ələ alır.
Frigyalılar əsrlər əvvəl məhsul yığımı zamanı insanları, başlarını kəsmək surətiylə qurban etdiklərini, hətta əldə mövcud dəlillərə görə, o zamanlar bu adətin Şərqi Aralıq dənizinin hər tərəfində məşhur olduğunu qeyd.
İslam öncəsi Ərəblərin də qədim dövrlərdə insan və ağ dəvə qurban etdikləri, əhəmiyyətli bütlərdən olan Uzzaya, oğlanlar, qızlar və əsirlər qurban edildikləri irəli sürülməkdədir. Sonradan isə insandan imtina, heyvan qurbanına keçilmişdi.
Bütlərə xüsusi qurban kəsdikləri kimi Səfa və Mərvə təpələrində tikilmiş qaya bütlərə də qurban kəsərdilər. Bu qayaların biri İsaf, digəri Nailə adlı bütdür. İsaf və Nailə iki sevgili idi və Kəbənin müqəddəsliyini kirlətdikləri üçün öldürülmüş, daha sonra əfsanələşərək müqəddəsləşmişdilər. Ərəblər, bütlərə nəzir da verirdilər. Diləkləri reallaşdığında, əhəmiyyətli işlərində və uzun səyahətlərində əhd kəsərdilər. Əhdlərinin çoxu da ilk uşaqlarının kişi olması üçün idi.
Hazırladı: Vüsaləddin Rüstəmov