SOSİALLAŞMAQ NİYƏ ÖNƏMLİDİR ?

Xüsusi

Sosiallaşmaq təkcə yaxşı vaxt keçirmək üçün yox, həm də sağ qalma instinktlərimizi qidalandıraraq özümüzü təhlükəsiz və xoşbəxt hiss etmək üçün də vacibdir. Əslində, eynilə yemək və sığınacaq kimi əsas insani ehtiyaclarımızdan biridir.

“Maslow-un Ehtiyaclar Piramidası” kimi tanınan sxem 1948-ci ildə ilk dəfə hazırlananda, dünyadakı yerimizi və davranışlarımızı izah edən çox təməl bir model olaraq qəbul edildi.O vaxtdan bəri Maslow-un piramidası iqtisadiyyatdan sosiologiyaya qədər bir çox sahədə bizə yol göstərən və insanlığı anlamağa kömək edən bir model olmuşdur, lakin bu gün aparılan neyroelmi və psixoloji araşdırmalar bu piramidanın əsas ehtiyaclarımızı tam izah etmədiyini və həyati bir məqamı qaçırdığını ortaya qoyur: Sosial əlaqələr qurmaq.

Əsas insani ehtiyaclarımızı sadalayan ehtiyaclar piramidasının ən aşağısında qidalanma, sığınacaq, yuxu, cinsəllik/çoxalma və geyim kimi həyatda qalmağımızı təmin edən ehtiyaclarımız var. İkincisi təhlükəsizlik ehtiyacı, üçüncüsü aidiyyət və münasibət ehtiyacı, dördüncüsü hörmət və özünə inam kimi şəxsi və eqo ilə bağlı ehtiyaclardır. Piramidanın başında isə  özünü gerçəkləşdirmə və fərdi məmnunluq ehtiyacı yer alır.

Tanımadığımız bir planetdə yeni bir həyata başlamağı xəyal etdiyimiz zaman ehtiyaclarımızın nədən ibarət ola biləcəyini nəzərə alsaq, bütün bunlar məntiqlidir. Bununla belə, bu gün sinir sistemimiz və psixologiyamız haqqında bir çox yeni araşdırmalar aparılır və belə görünür ki, Maslow ən əsas ehtiyaclarımızı sadalayarkən “sosial əlaqələr qurmaq” ehtiyacımızı nəzərdən qaçırmış ola bilər. Çünki əsas ehtiyaclarımızın heç biri sosial əlaqələr olmadan edə biləcəyimiz şeylər deyil. Sığınacaq və qidalanmadan tutmuş özünü gerçəkləşdirməyə qədər, ehtiyacın bütün səviyyələrində sosial olaraq  əlaqədə olma ehtiyacı duyuruq. Ehtiyaclar piramidasının üçüncü səviyyəsi ailə və dostlarla münasibətdə olmağı ehtiva etsə də, sosial əlaqə bütün səviyyələrə təsir edən inklüziv bir anlayış kimi qəbul edilməlidir.

Dr. Pamela B. Ruthledge Psychology Today üçün yazdığı məqalədə bu məsələni belə izah edir: “İnsanların sosial heyvan olmasının yaxşı səbəbləri var. Əməkdaşlıq olmadan yaşaya bilmərik. Komanda işi olmadan nəhəng bir mamontu məğlub etmək, təhlükəsiz strukturlar inşa etmək və ya uşaq böyütmək mümkün deyildi. İndi bizim əməkdaşlığa olan ehtiyacımız mamontlarla mübarizə apardığımız vaxtdan daha çoxdur. Cəmiyyətlər daha mürəkkəb, daha çox iç-içə və daha özəldir. Sosial əlaqə bu kontekstdə fiziki və emosional sağ qalmaq üçün ilkin şərtdir”.

Yalnızlıq siqaret və şəkər xəstəliyindən daha zərərlidir

Sosial əlaqənin sağlamlığımıza təsirləri haqqında aparılan elmi bir araşdırmada, düzgün və güclü sosial aqələr qurmağın:

 

  • daha uzun yaşamaq şansını 50% artırdığı,
  • immunitet sistemini gücləndirdiyi,
  • xəstəliklərin sağalma sürətini artırdığı müşahidə olunub.

Araşdırmalar müəyyən edib ki, sosial əlaqənin olmaması sağlamlığa piylənmə, siqaret, diabet və yüksək təzyiqdən daha çox zərər verə bilər. Stanford Medicine-də dərc olunan başqa bir məqalədə, başqaları ilə sağlam sosial əlaqələri olan insanların narahatlıq və depressiya yaşama riskinin azaldığı, özlərinə daha güvənən və empatik fərdlər olduqları, özlərini daha təhlükəsiz hiss etdikləri ifadə edilir.

Vaqus siniri sosiallaşmaq istəyir

Son illərdə nevrologiya sahəsində aparılan tədqiqatlar sinir sistemimiz haqqında bizə olduqca təəccüblü məlumatlar verir. Xüsusilə orqanizmin ən uzun siniri olan və demək olar ki, bütün orqanlarımızın fəaliyyətinə təsir edən vaqus siniri  sosial əlaqədən birbaşa təsirlənir.

Simpatik sinir sistemi ‘savaş, qaç, don’ reaksiyaları kimi tanınan fövqəladə vəziyyət reaksiyaları verərək təhlükəsiz olmağımızı təmin edirsə, parasimpatik sinir sistemi isə istirahət halında olarkən rahatlamağımızı, orqanlarımızın effektiv işləməsini və həzz almağımızı təmin edir. Vaqus siniri düzgün vaqal tonda işləyirsə, parasimpatik sinir sistemini dəstəkləyərək güvən hissimizi qidalandırır.

Nevrologiya tədqiqatçıları düşünürlər ki, çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün sinir sisteminin verdiyi “savaş, qaç, don” reaksiyalarına artıq, yenisini də əlavə etməliyik: “Sosial əlaqələr qurun.” Çünki insanların milyonlarla ildir etdiyi kimi çətin vəziyyətlə üzləşdiyimiz zaman yanımızda birilərinin olub-olmadığını yoxlama ehtiyacı duyuruq  və xüsusilə də sosial transformasiyanın, hər gün daha çox insanın tənhalıqdan əziyyət çəkməsinə səbəb olması bizi sosiallaşmanın əhəmiyyəti haqqında daha çox düşünməyə sövq edir.

Bir sözlə, sinir sistemimiz özünü təhlükəsiz hiss etmək üçün ünsiyyət qurma ehtiyacı hiss edir. Hətta kiçik bir söhbətin də sağlamlığımıza böyük təsir göstərə biləcəyini artıq bilirik. Sosial olaraq  əlaqə qurmaq, həyatda qalma reaksiyalarımızdan biri olaraq prioritetimiz olmalıdır. Müsbət sosial siqnallar, yəni təbəssüm, göz qırpımı, yumşaq səs tonu vagus sinirini düzgün şəkildə stimullaşdırır və özümüzü təhlükəsiz hiss etməyimizə kömək edir.  Ünsiyyətlərimizdə və hətta bütün müanasibətlərimizdə bunu bilərək hərəkət etmək, bizə ehtiyaclarımızı anlamağa və başqalarına dəstək ola bilməyə kömək edəcək.

 

Mənbə: hthayat.haberturk.com
Müəllif: Duygu İslamoğlu
Hazırladı: Fidan Aslanova

Beyenmeler
1   0  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

YAXŞI BİR HƏYAT YAŞAMAQ ÜÇÜN..

Xüsusi

Zaman sürətlə axıb gedir və çox vaxt bunun fərqinə belə varmırıq. Lakin, hər gün bir-birindən dəyərlidir və bəzən tək bir dəqiqəsini belə anlamadan keçirdiyimiz günlər, həyatımız boyunca bir çox təcrübə yaşamağımza səhnə olur. Həyatı daha da anlamlı hala gətirmək və həyatda olduğumuz hər günün dəyərini bilmək üçünsə, hər an hərəkətə keçməyə  hazır olmaq çox önəmlidir.

Əgər siz də ömrünüzün sonuna gəldiyiniz zaman etmədiyiniz şeylərə görə peşman olmaq istəmirsinizsə, həyatınızı dəyişdirməyə başlaya bilərsiniz.  Daha yaxşı bir həyat yaşamaq üçün ölmədən öncə etməli olduğunuz 77 şeyi sizə təqdim edirik:

1. Hər gün səni həyəcanlandıran bir şey et.
2. Klassik romanları oxu.
3. Əsla unuda bilməyəcəyin biri ilə heç tanımadığın bir yerə səyahət et.
4. Uzun müddətli hədəflərini müəyyənləşdir və səni xəyallarına yaxınlaşdıran 3 şeyi hər gün et.
5. Televizoru həyatından çıxar.
6. Gülümsəmə ilə kimisə xoşbəxt et.
7. Bir topluluğa daxil ol.
8. Yad insanlarla danış. Yeni dostlar qazan.
9. Başqalarına kömək et.
10. Formada ol. Hər səhər piyada gəzintiyə çıx.
11. Hər həftə sadə bir hərəkət öyrən.

12. Kiçik xoşbəxtliklərin fərqinə varıb bunlardan həzz al.
13. Yaradıcı ol. Nə qədər kiçik olsa da, sıfırdan bir şey inşa et.
.
14. Hər gün bir zarafat öyrənib kimlərəsə anlat.
15. Hər gün bir neçə dəqiqəni səssiz keçir və bu müddət ərzində düşün.
16. Problemlərlə üzləşərək problem həll etmək üçün özünü şərtləndir.
17.  Sənin hədəflərinlə oxşar hədəfləri olan pozitiv insanlar əhatəndə olsun.
18. Maraqlandığın bir mövzuda təhsil al və fərqli kurslara qatıl.
19. Ayda bir dəfə ən yaxşı dostlarınla oyun gecəsi təşkil et.
20. Həftədə bir dəfə gün doğumunu izlə.
21.  Həftədə bir dəfə gün batımını izlə.
22. Anlamlı bir xobbi tap.

23. Həyat yoldaşınla və ya ən yaxın dostunla iş partnyoru olub kiçik də olsa iş qur.
24. Rəsm, foto, musiqi və ya kino mövzusunda yaradıcılığını inkişaf etdir.
25. Tamamilə yeni bir şey yoxla.
26. Hər zamanki vərdişlərini buraxaraq fərqli musiqilər dinlə.
27. Heyran olduğun insanlardan bir şeylər öyrən.
28. Kiçik bir bağ qurub orda yetişdirdiklərini ye.
29. Həftədə ən az bir dəfə mükəmməl bir sekslə məşğul ol.
30. Uzun zamandır etmək istədiyin şey üçün hərəkətə keç.
31. Sosiallaş, sosiallaş, sosiallaş.
32. Bir neçə ildir görmədiyin dostlarını və ailə üzvlərini ziyarət et.
33. Öz fikirlərinə önəm ver və onları təqib et.

34. Uzun zaman haqqında danışılacaq bir parti təşkil et və hər kəsi dəvət et.
35. Bayırda daha çox vaxt keçir və təbiət anayla qaynayıb qarış.
36. Əgər işinə nifrət edirsənsə, yensini tap. Həyat çox qısadır.
37. Yeni vərdişlər qazan, bunun üçün heç vaxt gec deyil.
38. Çox ciddi olma. Bol-bol gül.
39. Uzun müddətli həyat təcrüblərindən sonra özünə zaman ayır. Öz çevrəndəki dünyanı kəşf et.
40. Surfing öyrən.
41. Tezdən oyan.
42. Mərhəmətli ol.
43. Özünü və yaşdığın yeri səliqəli saxla.
44. Sahib olmadığın şeylər üçün narahat olmaqdan vazkeç və sahib olduqlarından zövq al.

45. Hər səhər özün üçün  3 öncəlik müəyyən et və axşama qədər bunları gerçəkləşdir.
46. Pozitiv olana fokuslan.
47. Romantik ol, partnyorunu təəccübləndir.
48. Çox vacib olmayan işlərə vaxt sərf etmə.
49. Özünə meydan oxu.
50. Bir şeyi təsirli bir şəkildə necə həyata keçirə biləcəyini öyrən.
51. Səvhlərindən dərs al.
52. Bir şeydən qorxmaq əvəzinə, hər zaman ehtimallara qarşı hazırlıqlı ol.
53. Sənə maraqlı olan hər mövzuda özünü öyrət.
54. Yeməyini yavaş ye və hər şeyin dadını al.
55. Yavaşla və rahatla.

56. Zamanını düzgün idarə etməyi öyrən.
57. İşi iş yerində qoy.
58. Mükəmməllik yaxşılığın düşmənidir. Yaxşı bir həyata fokuslan.
59. Gündə ən azı bir yeməyi ailən və ya dostlarınla ye.
60. Kömək istəməyi unutma.
61. Hər zaman sual ver.
62. Yox deməyi öyrən.
63. Özünü, yollardakı əngəllərə yox, zirvəyə fokusla.
64. Dünayaya 1 dəfə gəlirsən, çətin olanı yoxla.
65. Etdiyin şeylərə ayırdığın zamanı azalt.
66. Bir şeyi vaxtında et.

67. Sadələş.
68. Yazmağı unutma.
69. Daha azına sahib olub daha çoxunu et.
70. Xəstəliklərdən qaçın, əllərini daha tez-tez yu.
71. Daha stressiz və güvənli olmaq üçün avtomobili sürətli sürmə.
72. Özünə kifayət etməyi bil.
73. Spontan davran.
74. Verdiyin sözləri daima tut.
75. Yaxşı yat.
76. Tanış olduğun insanların sənə bir çox köməyi dəyə biləcəyini unutma.
77. Özünü xoşbəxt etmək üçün  vərdişlər qazan.


Mənbə: www.uplifers.com

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

“KOMFORT ZONAMIZ”IN XARİCİNƏ ÇIXMAQ ÜÇÜN ETMƏLİ OLDUĞUMUZ ŞEYLƏR

Xüsusi

Komfort zonası! Tez-tez eşitdiyimiz anlayışlardan biri də budur! İnsanın, özünü güvəndə hiss etdiyi şərait olaraq adlandırıla biləcək komfort zonası, uğurlu və xoşbəxt olmaq üçün olduqca önəmlidir! Daha doğrusu, insanın öz-özünə cızdığı bu aşılmaz sərhədləri keçmək, istənilən həyata çatmaq üçün mütləq şərtdir, deməliyəm.  Onsuz da uğurlu insanlara baxanda, hardasa hamısının, komfort zonasının xaricinə çıxdıqları zaman, o məmnunluq duyğusuna çata bildiklərini görürük. Elə bu səbəblə də, bu gün sizlərlə komfort zonasının xaricinə çıxmaq üçün etməli olduğumuz şeylər haqqında danışmaq istədim.

Komfort zonanızda, yəni özünüzü rahat hiss etdiyiniz zonanın içində qaldığınız zaman, təbii olaraq güvəndə hiss edirsiniz. Məsələn, uzun illərdir çalışdığınız iş yerində.. davamlı olaraq anlaşmazlıq yaşadığınız münasibətdə.. yaşadığınız şəhərdə və ya hər hansı başqa bir yerdə! Lakin təbii ki, komfort zonasını sadəcə fiziki bir şey olaraq düşünməməlisiniz. Be"Komfort zonamız"ın xaricinə çıxmaq üçün etməli olduğumuz şeyləryninizin içindəki qəlibləşmiş düşüncələr də bir mənada komfort zonanız sayılır. Nəticədə, ətrafınızdakı o görünməz divarlar, hər nə olursa olsun, keçilmək məcburiyyətində olanlardır. Əgər siz də komfort zonanızın xaricinə çıxmaq  və riskə getməyin keyfini yaşamaq istəyirsinizsə, aşağıdakı tövsiyyələrə qulaq verməli, ətrafınızdakı görünməz dairəni aşmaq üçün səy göstərməlisiniz.

Komfort zonanızın xaricində nə olduğunun fərqinə varın!

Başqa sözlə, etməyə qorxduğunuz şeylərə və qorxunuza qalib gəldiyiniz zaman, nələr olacağını düşünün. Bunun üçün öncəliklə özünüzü harda güvəndə hiss etdiyinizi sorğulamalı, sərhədlərinizin tək-tək fərqinə varmalısınız. Məsələn, xoşbəxt hiss etmədiyiniz, lakin yaxşı pul qazanmağınızı təmin edən işinizi heç cür buraxa bilmirsiniz. O zaman komfort zonanızın işiniz olduğunu anlamalısınız. Sonrasında da sərhədlərinizin xaricinə çıxdığınız zaman, nələr ola biləcəyini düşünməli, həm qazanacaqlarınızı, həm də itirəcəklərinizi bir-bir yazmalısınız. Beləliklə, komfort zonanızın xaricində nələr olduğunu görəcək, qorxularınızın üzərinə getmək üçün daha yaxşı motivasiya qazana biləcəksiniz.

Qorxularınızın fərqinə varın!

Komfort zonanızın xaricinə çıxmaq üçün təbii olaraq qorxularınızın fərqinə varmağınız da gərəklidir. Təbii ki bunun üçün detallı bir şəkildə düşünməli, etməyə çəkindiyiniz şeyləri net olaraq müəyyənləşdirməlisiniz.
 Məsələn, X pozisiyasında işləmək istəyirsiniz, lakin istədiyiniz mərtəbəyə əsla çata bilməyəcəyinizi düşünürsünüz. Çünki güclü ünsiyyət bacarıqlarına sahib deyilsiniz. Əgər belə düşünürsünüzsə, daha da özələ enməli, özünüzə, “niyə ünsiyyət yönündən zəifəm?” kimi suallar yönləltməlisiniz. Topluluq önündə danışmaqdan, yeni insanlarla tanış olmaqdan, kifayət qədər təsirli ola bilməməkdən, razı salmaq baxımından özünüzü qeyri-kafi görməkdən, yoxsa başqa bir səbəbdən dolayımı ünsiyyətinizin zəif olduğunu düşünürsünüz. Qorxularınızı açıq və net olaraq müəyyən etsəniz, onların öhdəsindən gəlməyiniz daha asan olacaqdır.

Narahatlıq hissinin rahatlığını yaşayın!

Bundan öncə bu duyğunu yaşadınızmı, bilmirəm.. lakin komfort zonasının xaricinə çıxdığı zaman, insan özünü həqiqətən də çox yaxşımutluluk hiss edir! O alışdığınız, o güvəndiyiniz rahat şəraitin xaricinə çıxdığınız zaman, özünüzü, istədiyiniz hər şeyi edə biləcək qədər güclü hiss edir, əvvəldə olan narahatlıq hissinin rahatlığa çevrildiyini gördükcə durumdan daha çox həzz alırsınız. Deyək ki, insanlarla tanış olub qaynayıb-qarışmaqda çətinlik çəkirsiniz. Yeni tanış olduğunuz bir inanın qarşısında nə deyəcəyinizi bilmir, söhbətin davamını necə gətirəcəyiniz mövzusunda sıxıntı yaşayırsınız. Buna qaib gəlmək üçün etməli olduğunuz şey, hər gün daha çox insanla ünsiyyət qurmaqdır. Əvvəldə sizi sıxsa da, zamanla özünüzü rahatlamış hiss edəcək, narahatlığın tam əks yöndə dəyişdiyinə şahid olacaqsınız.

Məğlubiyyətlərlə təcrübə qazanın!

Komfort zonanınızın xaricinə çıxmaqdan çəkinirsiniz, çünki məğlubiyyətlərdən, uğursuz olmaqdan qorxursunuz. Halbuki etməli olduğunuz şey, hər məğlubiyyətin sizi uğura biraz da yaxınlaşdıracağını bilmək və addımlarınızı bu gerçəyə görə atmaqdır. Nəticədə, hər məğlubiyyət, o yolda biraz da təcrübə qazanmaq, qarşınıza çıxa biləcək uğursuzluq ehtimalarını daha da azaltmaqdır. Bir sözlə, məğlubiyyətləri təcrübə olaraq görməyə başlamalı, onların sizi müsbət yöndə inkişaf etdirəcəyinə inanmalısınız.

Kiçik addımlarla irəliləyin!

Komfort zonanızın xaricinə çıxmaq üçün tələsməyin. Yəni böyük addımlar ataraq sərhədlərinizin xaricinə çıxmağa çalışmayın. Bu mövzuda uğurlu olmaq üçün hədəfə doğru körpə addımları ilə irəliləyin. Deyək ki, topluluq önündə danışmağa çəkinirsiniz. Qorxunuza qaib gəlmək istəyirsinizsə, ilk dəfədən yüzlərlə insanın önünə çıxmaqdan qaçınmalısınız. Qarşınızdakı insanların sayını az-az artıraraq komfort zonanızın xaricinə daha rahat çıxa bilərəsiniz.

Sərhədlərini aşmaqdan qorxmayan insanlarla birikdə olun!

Komfort zonanızın xaricinə çıxmaq istəyirsiniz? O zaman ətrafınızdakı insanları gözdən keçirməlisiniz. Çünki ətarfınızdakı insanlar riskə getməkdən qorxan insanlardırsa, başqa sözlə desək,komfort zonasının xaricinə çıxmağa çəkinirlərsə, bu mövzuda uğurlu olmağınız çox çətindir. Çünki onların baxış bucağından istər-istəməz təsirlənir, aldığınız qərarlara verdikləri reaksiyalara görə görünməz dairənizi aşa bilmirsiniz. Əksinə, ətrafınızda eyni mövzuda cəsarətli insanlar olsa, komfort zonanızın xaricinə çıxmaq üçün sərhədlərin üsütnə getməyə  çəkinməzsiniz. Onların uğurlarından motivasiya alar, cəsur addımlarından ilham alaraq istədiyiniz nöqtəyə daha asan çatarsınız.

Bəhanələr taparkən özünüzə qarşı dürüst olun!

“İndi vaxtı deyil, biraz da gözləməliyəm, birdən hədəfə çata bilmədim, bunun üçün heç vaxtım yoxdur, özümü riskə ata bilmərəm…” Bəli, komfort zonasının xaricinə çıxmamaq üçün tapılan bəhanələr mövzuzunda diqqətli olmalısınız. Çünki bir çox insan komfort zonasının xaricinə çıxmaq istədiyini söyləyər, lakin bunu etməmək üçün də bəhanə tapmaqdan geri qalmaz. Əgər sərhədlərinizin xaricinə çıxmamaq üçün bəzi səbəblər irəli sürürsünüzsə, bunların bəhanəmi, yoxsa gerçək səbəbmi olduğu mövzusunda özünüzə qarşı  dürüst davranmalısınız.

Nə həyatı, nə də özünüzü çox ciddi qəbul etməyin!

Düşüncəsi belə sizi narahat edən şeyləri etməyi həqiqətən istəyirsinizmi? Qorxularınızın üzərinə gedərək addımlarınızı daha möhkəm atmağı, ətrafınızdakı dairəni genişləndirə bildiyiniz qədər genişləndirməyi deyirəm, həqiqətən istəyirsinizmi? Yaxşı bəs, bunu niyə etmirsiniz?

Çünki uğursuz olamaqdan qorxursunuz! İnsanların sizi tənqid edib mühakimə etməsindən çəkinir, “dost tanışın ağzında saqqız olacam” deyə qəlibləşmiş hə4_kyatınızın xaricinə çıxa bilmirsiniz. Halbuki etməli olduğunuz tək şey, həyatı biraz boş verməkdir! Başqa sözlə, özünüzü də, həyatı da çox ciddi qəbul etməməsiiniz. Uğursuz olsanız belə, bu vəziyyətlə əylənməyi bilməli, məğlubiyyətləri zarafata salmağın verəcəyi keyfi mütləq yaşamalısınız.


Mənbə: paratic.com

Müəllif: Nesrin Bayraktar
Hazıradı: Fidan Aslanova 

 

Beyenmeler
15   1  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

PARADOKSU QUCAQLAMAQ – 1

Xüsusi

Təklik gözəldir, aşiq olmaq, insan içinə qarışmaq da gözəldir. Və bunlar bir-birini tamamlayar, ziddiyyət yaratmazlar. Başqaları ilə birlikdə olarkən bundan həzz al, özü də sonuna qədər; bu zaman bunu problem etməyin, təklik haqqında narahat olmağın bir adı yoxdur. Və başqlarından sıxılanda onda təkliyə keç və bundan da sonuna kimi həzz al.
Seçməyə çalışma – seçməyə cəhd etsən, çətin vəziyyətə düşərsən. Hər seçim səndə bir növ dilemma yaradacaq. Niyə seçəsən ki? İkisinə birdən sahib ola biləcəyin halda nəyə görə birini seçəcəksən?
Mənim bütün təlimlərim iki  sözdən ibarətdir, ” meditasiya” və “sevgi”. Sonsuz səssizliyi hiss edə bilmək üçün meditasiya et və sev ki, həyatın bir mahnıya, bir rəqsə, bir bayrama çevrilə bilsin. İkisi arasında gedib gələ bilməlisən və bunu rahat bir şəkildə edə bilsən, özünü məcbur etmədən bunu bacara bilsən, demək ki, həyatdakı ən önəmli şeyi öyrəndin.
Bu, əsrlərdir ən önəmli problemlərdən biri olmağa davam edir: meditasiya və eşq, təklik və münasibət, seks və səssizlik. Sadəcə sifətlər fərqlidir, problem eynidir. Və əsrlərdir, bu problem düzgün başa düşülmədiyinə görə, insanlar acı çəkirlər – insanlar seçim edirlər.
Münasibəti seçənlərə, dünyəvi zövqlərə meyillidir, deyirlər və təkliyi seçənlərin adı keşiş olur, onlar digər dünyaya aiddirlər. Lakin hər iki qrup da acı çəkir, çünki yarımçıq qalırlar və bu da bədbəxtlik gətirir. Bütün olmaq demək, xoşbəxt və sağlam olmaqdır; bütün olmaq qüsursuz olmaqdır. Yarım qalmaq bədbəxtlikdir, çünki digər yarı hər zaman təxribat halındadır, qisas almağa hər an hazırdır. Digər yarı əsla tamamilə ortadan qalxmaz, çünki o sənin digər yarındır! Sənin təməl bir parçandır, götürüb ata biləcəyin bir şey deyil.
Bu, bir dağın, ” Ətrafımda dərə olmasını istəmirəm” deməyinə bənzəyir. Dərələr olmasa, dağlar da olmaz. Dərələr dağın varlığının parçasıdır; dərələr olmadan dağ var ola bilməz; bir-birilərini tamamlayarlar. Əgər dağ, dərəsiz var olmaq istəyirsə, o zaman ortada dağ qalmaz. Əgər dərə, dağ olmadan var olmaq istəyirsə, o zaman da ortada dərə qalmaz. Və ya rola girərsən – dağ, heç dərə yoxmuş kimi davranar. Lakin dərə ordadır – onu gizlədə bilərsən, şüuraltının dərinliklərinə ata bilərsən, lakin orada qalar, inadkardır, varlığının bir hissəsidir, yox edə bilməzsən. Hətta, necə ki, dağ ilə dərə bir bütündürsə, eşq və meditasiya, təklik və münasibət də elədir. Təklik dağı, ancaq münasibət dərələrindən yüksələ bilər.
Əslində, münasibətdən zövq ala bilmirsənsə, təklikdən də zövq ala bilməzsən. Münasibət sayəsində təklik ehtiyacı duyarsan, bu bir ritmdir. Biri ilə dərin bir münasibətə girdiyin zaman, tək qalmağa böyük bir ehtiyac duyarsan. Özünü yorğun, tükənmiş, bitmiş hiss edərsən – xoşbəxtlik yorğunusan, lakin hər həyəcan çox yorucudur. Birlikdə olmaq müdhiş gözəl idi, lakin indi tək qalıb özünü toplamaq istəyirsən, beləcə, yenidən dolub daşa biləcəksən, yenidən ayaqlarının üstündə dayana biləcəksən.
Eşqdə başqasının mənliyinə girdin, özünlə münasibətini qopardın. Boğuldun, sərxoş oldun. İndi isə yenidən özünü tapmağın gərəkdir. Lakin tək qalanda yenə eşq ehtiyacın doğulur. Bir müddət sonra elə dolacaqsan ki, bir başqasının içinə doğru daşmaq, ona özünü vermək istəyəcəksən.
Eşq, təklikdən doğular. Təklik səni dolub daşdırar, eşq bu artıqlığı hədiyyə olaraq qəbul edər. Eşq səni boşaldar, beləcə, yenidən dolmaq şansın olar. Nə zaman eşq tərəfindən boşaldılsan, tək qalaraq qidalanar, yenidən bütünləşərsən. Və bu bir ritmdir.
Bu iki şeyi bir-birindən ayrı olaraq düşünmək, insanın başına gələn ən təhlükəli axmaqlıqdır. Bəzi insanlar dünya nemətlərinə çox düşdülər – onların batareyası bitdi, tükəndilər, boşaldılar. Özlərinə aid bir sahələri yoxdur. Kim olduqlarını bilməzlər; əsla özləri ilə tanış ola bilmirlər. Başqaları ilə, başqaları üçün yaşayırlar. Bir izdihamın parçasıdır onlar, heç biri fərd deyil. Və unutma: Eşq həyatlarında qane olmayacaqlar – yarım qalacaq və bir yarım əsla qane etməz. Sadəcə bütünlük məmnuniyyətə yol açar.
Sonra bir də digər hissəni seçən insanlar var. Manastırlarda yaşayırlar.  Keşiş ( “monk” ) kəlməsi “yalnız yaşayır” mənasındadır; monogami, monoton, manastır, monopoliya kəlmələri ilə eyni kökü paylaşır. Tək, yalnız mənasındadır.
Keşiş yalnız olmağı seçən insandır – lakin bir müddət sonra dolub daşar və özünü hara axıdacağını bilməz. Hara axacaq? Eşqə, münasibətə izin verə bilməz; gedib insanlarla tanış ola bilməz, onlarla qaynaşa bilməz. Və beləcə, enerjiləri, turşumağa üz tutar. Axa bilməyən hər enerji acılaşar. Nektar belə, dayandığı yerdə zəhərə çevrilir – və tam tərsi; zəhər belə axacaq olsa, nektara çevrilir.

Mənbə: Osho – “Aşk, Özgürlük, Tek başınalık” kitabı
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
16   0  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

50 ÖNƏMLİ XATIRLATMA

Xüsusi

1.Sizi xoşbəxt edə biləcək və həyatınızı dəyişdirə biləcək yeganə insan var; o da sizsiniz.
2. Qarşınıza çıxan kiçik şansları dəyərləndirdiyiniz halda, həyatınızı daha yaxşı bir nöqtəyə gətirə bilərsiniz. Bunun üçün ilk və bəlkə də ən çətin addım, özünüzə qarşı dürsüt olmaqdır.
3. Nə qədər stresli olduğunuzu və keçmişdə aldığınız yaraları düşünməkdən əl çəkin. Bundan da pisi ola bilərdi.
4. Önəmli olan, başınıza gələnlər yox, sizin bunlara necə qarşılıq verməyinizdir.
5. Yaşadığıınız anın müsbət tərəflərini düşünün. Hər zamankından daha çətin olsa da, hələ də bir ehtimal olduğunu unutmayın.

6. Yaşadığınız həyata qarşı gülümsədiyiniz zaman, uğrunda gülmsəyəcək bir həyat yaşamış olarsınız.
7. Bunu unutmayın: Özünüzü başqaları ilə müqaysə etmək, gerçək bir xoşbəxtlik oğrusudur. Başqalarının sahib olduğu şeyləri düşünərək bir ömür keçirə bilərsiniz , lakin sonda heç nə əldə edə bilməzsiniz.
8. Başqasının təsdiqinə ehtiyac duyduğunuzu hiss etmədən özünüzü yaxşı his etdiyiniz halda, xoşbəxtlik sizi daha asanlıqla tapacaq.
9. Qarşınıza çıxan insanlara qarşı nəzakətli davranın, sonra onlara yenidən ehtiyacınız ola bilər.
10. Hər kəsə qarşı nəzakətli və sayğılı davranın; onlar sizə qarşı nəzakətli olduqları üçün yox, siz belə bir insan olduğunuz üçün.

11. Nəzakətlilik, zəiflik.. bağışlayıcı.. qəbullanan olmaq demək deyil; nəzakətliliyin olmadığı bir yolun sonunda xoşbəxtlik olmayacağını bilməkdir.
12. Verə bildiyinizin ən çoxunu verin, lakin sizdən sui-istifadə etmələrinə icazə verməyin. Başqalarını dinləyin, lakin öz iç səsinizi itirməyin.
13. Deməli olduğunuz hər şeyi deyin. Doğruları danışın. Heç vaxt deməyə cəsarət edə bilmədiyiniz kəlmələri içinizdə saxlamaqdan daha üzücü bir şey yoxdur.
14. İnsanların sizə necə davrandığını və ya haqqınızda dediklərini dəyişdirə bilməzsiniz. Edə biləcəyiniz yeganə şey, sizin necə qarşılıq verməyiniz və ətrafınızda olması üçün kimləri seçməyinizdir.
15. Müsbət olmayan dostlar həyatda heç bir zaman sizə müsbət şeylər gətirməz. Daha uzun bir zaman kəsiyində nələrə dözə biləcəyinizi düşünün.

16. Siz nəyə icazə versəniz, o gerçəkləşər. Müsbət olmayan insanların və onların fikirlərinin taleyinizlə oynamağına izin verməkdənsə, təkbaşına vaxt keçirmək daha yaxşıdır.
17. Başqaları sizə pis davrandığı zaman uzaqlaşın, gülümsəməyə və özünüz olmağa davam edin. Başqasının pisliyinin sizi başqa bir insana çevirməsinə icazə verməyin.
18. Əgr bir insan sizin dəyərinizi görə bilmirsə, bu, sizin dəyərinizi azaltmır.
19. Həyatda öyrəndiyimiz ən azad şeylərdən biri, kiməsə bənzəmək məcburiyyətində olmadığımız, kiminsə də bizə bənzəmək məcburiyyətində olmadığıdır.
20. Kimsə sizə dəyişdiyinizi deyirsə, bu hər zaman pis bir şey demək deyil. Bəzən, həyatınızı öz bildiyiniz şəkildə yaşadığınız anlamında ola bilər.

21. Hiss etdiklərinizdən əsla utanmayın. İstədiyiniz şeyi hissetmək və sizi xoşbəxt edən yolu izləmək haqqına sahibsiniz.
22. Dünyadakı ən bədbəxt insanlar, başqalarının düşüncələrinə ən çox önəm verənlərdir.
23. Uğur və xoşbəxtliklə bağlı fikirlərinizi, başqalarının fikirlərinə və gözləntilərinə bağlaya bilməzsiniz.
24. Xoşbəxtlik və uğurun yolu, həyatınızı bildiyiniz kimi yaşamaqdan keçir. Özünüz olun. Heç kim sizə bunun yalnış olduğunu söyləyə bilməz.
25. Qalxmaq istədiyiniz nərdivanın ən aşağısında olmaq, istəmədiyiniz nərdivanın zirvəsində olmaqdan hər zaman daha yaxşıdır.

26. Başqalarının yox, sizin doğru hesab etdiyiniz həyatı gerçəkləşdirmək üçün çalışın.
27. Öz-özünüzlə xoşbəxt deyilsinizsə, nə qədər çox olursa olsun, pul sizi xoşbəxt edə bilməz.
28. Bəlkə də qorxduğunuz şey, tam olaraq etməli olduğunuz şeydir. Bəzən həyat, sizdən başqa heç kimin görə bilmədiyi bir xəyal üçün hər şeyi riskə atmaqdır.
29. Mükəmməl zamanı gözləyə bilməzsiniz. Bəzən cəsarət etməyiniz lazım gəlir, çünki həyat, peşmanlıqlar və nələr ola biləcəyi barədə narahatlıq keçiriləcək zamanlar üçün çox qısadır.
30. Gələcəyi təxmin etməyin ən güvənilən yolu, onu yaratmaqdır. Həyatın keçib getməsini izləmək əvəzinə, ona qatılın.

31. Başqalarının edə bilməyəcəyinizi dediyi şeyləri etməkdən daha əyləncəli bir şey yoxdur.
32. Kifayət qədər səbriniz və vaxtınız varsa, hardasa hər şey mümkündür.
33. Böyük çətinliklər həyatı maraqlı edər, onların öhdəsindən gəlmək isə həyatı anlamlı edər. Xoşbəxtliyinizi və uğurunuzu müəyyən edən şey, uğursuzluqlarla necə mübarizə apardığınızdır.
34. Bəhanələrin yox, xətalarınızın sizə motivasiya verməyinə icazə verin. Keçmişdəki müsbət olmayan təcrübələrin gələcəyinizi müəyyənləşdirməsinə icazə verməyəcəyinizə söz verin.
35. Gələcək, keçmişdən daha yaxşıdır. Ümidinizi itirməyin. Gözəl şeylər, bəzən ən az ümidiniz olanda gerçəkləşər.

36. Bir neçə addım atdığınız zaman, düşündüyünüzdən nə qədər uzağa getdiyinizi görüb təəccüblənəcəksiniz.
37. Gözyaşlarına qalib gələn gülümsəmədən daha gözəl və daha güclü bir şey yoxdur.
38. İşlər yolunda gedərkən hər kəs xoşbəxt ola bilər. Lakin, gözlərimizi dolduran zamanlarda gülümsəyə bilmək üçün böyük bir ruh gərəkdir.
39. Nə qədər çəkirsə çəksin, sonda hər şey düzələcək. Çətin zamanlar, insanları gücləndirər.
40. Böyüyüb yetkinləşdikcə, nələrə ehtiyac duyduğumuzun və nələri geridə buraxmağa ehtiyacımız olduğunun fərqinə varmağa başlayarıq. Bəzən getmək, önəmli bir addımdır.

41. Günün  sonunda, göz yaşlarınıza səbəb olan şeyə və ya əhval-ruhiyyənizi qaldıran şeyə fokuslanmaq sizin əlinizdədir.
42. Həyatdakı ən önəmli zəfər anlarından biri, dəyişdirə bilməyəcəyiniz şeyləri arxada buraxmaq cəsarətini göstərdiyiniz anlardır.
43. Nə edirsinizsə edin, lakin gününüzü məhv edən şeyə ilişib qalmayın. Gülümsəyin və şükür edin. Həyat, müsbət olmayan şeylərlə vaxt itirmək üçün çox qısadır.
44. Gözləntiləriniz azaldıqca, həyat daha gözəl olar.
45. Səbr, acı verə bilər, lakin əkdiyiniz meyvələrin toxumları şirin olacaq.

46. Sadə yaşayın. Comərd şəkildə sevin. Dürüst danışın. Dərin nəfəs alın. Edə biləcəyinizin ən yaxşısını edin.
47. Yaşamağı unutduğunuz həyatınızı mükəmməlləşdirmək üçün çox əlləşməyin.
48. Önəmli olan gələcək gözəl günləri gözləmək deyil, həyatınızdan bu gün həzz almaqdır.
49. Kiçik şeylərə önəm verin, çünki, “köhnə, gözəl günləri” üçün həqiqətən darıxdığınız zaman, ən çox darıxdığınız şey, o kiçik detallardır.
50. Uzun piyada gəzintilərə çıxın. Yaşadığınız anın dadını çıxarın.

Mənbə: www.uplifers.com
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
15   0  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook