DÜNYADAKI ƏN NADİR ŞƏXSİYYƏT TİPİ: INFJ

Xüsusi

Şəxsiyyət xüsusiyyətlərinizin,  dünya əhalisinin sadəcə 1,5 -nin sahib olduğu bir şəxsiyyət tipinə bağlı olduğunu bilsəniz, nə hiss edərdiniz?

Dünya miqyasında etibar edilən Myers – Briggs şəxsiyyət testi, məşhur psixiatr Carl Yung-un təlimlərindən yaranmışdır. Carl Yung-un nəzəriyyəsi, bütün insanların dünyanı necə gördüklərinin 4 əsas fiziloji funksiyaya bağlı olduğu idi. Myers – Briggs -ə əsasən bunlar, yəni qavrayış, sezgi, duyğu və düşüncə fərqli ağırlıqlarla bir araya gələrək 16 fərqli şəxsiyyət tipini meydana gətirir. Bu şəxsiyyət tiplərinin dünyada ən nadir tapılanı, dünya əhalisinin təxminən 1,5-ni əmələ gətirən INFJ -dir.

İNFJ ŞƏXSİYYƏT TİPİ NƏ DEMƏKDİR?

I – İntrovert ( içə dönük )

N – Intuitive ( duyumsal )

F – Feeling ( Hiss mərkəzli )

J – Judging ( Mühakimə edici )

Müşahidə edici, maraq dolu və prinsiplərinə bağlı bir xarakter olan INFJ, çoxluq əvəzinə az sayda dosta, gurultu əvəzinə sakitliyə üstünlük verən sakit bir şəxsiyyət tipidir. Konkret yox mücərrəddir, kiçik detallarda boğulmayaraq böyük rəsmi görməyi bacarır. İnsani duyğuları obyektiv dəyərləndirmələrin önündə tutan INFJ, sosyal əlaqələri məntiqdən daha çox önəmsəyir.

INFJ -nin bu qədər nadir olması, çoxlarının toplumsal həyatda ayaqda qalmaq üçün dəyişmək məcburiyyətində olmaqlarına bağlanır. Doğuşdan gələn xüsusiyyətlərini əngəlləmək, ətrafları tərəfindən daha qəbul edilə bilən bir xarakterə bürünmək məcburiyyətində qalmaları, içə dönük və duyumsal xüsusiyyətlərini itirməklərinə səbəb olur.

INFJ – ni, DİGƏR ŞƏXSİYYƏT TİPLƏRİNDƏN AYIRAN 10 ÖZƏLLİK:

1. Dünya ilə güclü bir bağları var: İnsanlar ətraflarında olub keçənin  çoxsunu fərq etməz ikən, INFJ şəxsiyyət daha algısal, alıcıdır. Çevrələri və eləcə də digər insanlarla daha möhkəm bağlar qurur, anlam yükləyirlər. Buna görə də bu şəxsiyyət tipinin digər insanlara kömək edə biləcəkləri peşələr seçməsi təsadüfi deyil.

2. İdealist və qərarlıdırlar: Eleanor Roosevelt ve Nelson Mandela kimi iki önəmli liderin INFJ şəxsiyət tipinə malik olması, bu xarakterin idealizmiylə bağlı bir fikir verir. Başqasının duyğularını anlama bacarıqları ilə insanları özlərinə heyran edən INFJ-lər, dünyanı sadəcə olduğu kimi yox, olmasını istədikləri kimi görməyi bacarırlar.

3. Qərar vermə müddətləri uzundur: Bütün variantlarını dəyərləndirməyi sevən INFJ, qərar verə bilməməsiylə bəzən ərafındakıları dəli edə bilər.

4. Stres altında ikən özləri olmaqda çətinlik çəkirlər: INFJ-lərin digər şəxsiyət tipləri ilə müqayisədə stresi daha çox hiss etmələri, bu basqı altında özləri kimi olmamaqlarına səbəb ola bilər. Topluma ayaqlaşmaq, onlar üçün bir növ mübarizə mexanizması halına gələ blər.

5. Öyrəndiklərini hissləri ilə əlaqələndirirlər: INFJ-lər yeni öyrəndikləri bilgini, duyğuları ilə əlaqələndirdikləri zaman, öyrəndiklərini uzun müddət yadda saxlamaqları və təkrar xatırlamaları asanlaşır.

6. Anlamlı münasibətlərin axtarışındadırlar: Onları həqiqətən anlayan az sayda insanı, sıradan bir çox insanla çevrələnməkdən üstün tutan INFJ, adətən münasibətlərində də idealist və mükəmməliyyətçi olduğu üçün bəzən çətinlik çəkir.

7. Dürüst reaksiyalara dəyər verirlər: İstər yumşaq olsun, istərsə sərt, INFJ-lər dürüst olduğu müddətcə, şərhlərə və reaksiyalara dəyər verir. Eyni şəkildə, özərindən də soruşulduğu müddətcə, öyüd və tövsiyyə verməyi sevən inanlardır.

8. Pozitiv iş şəraitlərində hamıdan daha məhsuldar olurlar: Heç kim, neqativ enerjinin yayıldığı bir yerdə işləmək istəməz, amma INFJ  bu mövzuda ən həssas şəxsiyət tipidir. Bununla yanaşı, poztiv bir iş şəratindən ən çox fayadalananlar da onlardır.

9. Sakit və uyumludurlar: Yaxşı dinləyici olan, içə dönük INFJ şəxsiyyət titpi qarışıq problemlərlə üzəşməkdə adətən problem yaşamır. Yanlarında özlərini narahat hiss etdikləri və ya onlara qarşı əks reaksiyası olduğunu düşündükləri insanların yanında isə adətən içlərinə çəkilirlər.

10. Təbiətdə olmağı çox sevirlər: Dünyaya bağlı, həssas şəxsiyyətləri və stresə qarşı verdikləri reaksiyadan anlaşıldığı kimi, INFJ-lər həmişə daha hüzurlu ortamların axtarışındadır. Bu səbəblə, şəhərdənsə təbiətə üstünlük verir, mümkün qədər yaşıla və maviyə yaxın yaşamağa çalışırlar.


Mənbə: www.uplifers.com

Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

“FOMO” NƏDİR ?

Xüsusi

“Qəbul edirəm… Bəzən dostlarımla bayıra çıxanda q"FOMO" nədir?almaq istədiyimdən daha uzun bir vaxt yanlarında qalıram; çünki mən yanlarında olmayanda maraqlı bir hadisənin yaşanmasından və bunun xaricində qalmaqdan çox qorxuram. Vecimə olmayan filmləri sırf müzakirələrdən uzaq qalmamaq üçün izləyirəm. Olduğum yerlərdə ətrafımdakı insanlarla danışmaq əvəzinə bir neçə dəqiqədən bir Facebook və Twitter hesabımı yoxlayıram, çünki önəmli bir şey yaşandığı zaman hər kəs sosial mediada bu mövzular haqqında danışır. Gündəmdən uzaq qalıb özümü xaric olunmuş hiss etmək istəmirəm. “

“Yenilikləri qaçırma qorxusu” – FOMO ( Fear of Missing Out ) – son zamanlarda adını tez-tez eşitməyə başladığımız bir növ narahatlıq şəklində psixoloji pozulma  və “gərəksiz yerə peşmanlıq duyma” davranışı ilə təsvir olunur. FOMO, insanların, ətraflarındakı bir çox alternativin fərqində olması və daima daha çoxunu istəmək, olmaq və ya etmək istəməsindən qaynaqlanır.

FOMO, hər nə qədər yeni bir trend kimi görünsə də, əslində uzun müddətdir ki, həyatımızdadır. Lakin müəxəssislər, bu pozulmanın, internetin həyatımızda daha çox yer alması ilə artım göstərdiyi fikrindədirlər.

Sosial mediaların FOMO -nun ortaya çıxmasını dəstəkləməsi; insanların Facebook, Twitter, Linkedin üzərindən ətraflarındakı insanların nə etdiklərini, inkişaflarını və nələrə sahib olduqlarını görmələrindən və öz həyatları ilə müqayisə etmələrindən qaynaqlanır. İnsanların bu alternativlərin fərqində olması, öz həyatları ilə bağlı məmnuniyyətsizlik yaradır, çünki eyni mərhələlərdən  keçdikləri insanların daha yaxşı yerlərə gəldiklərini görmək, peşmanlıq duyğusunu tətikləyir.

Bundan başqa, FOMO, insanların sosial münasibətləri üzərində də böyük bir təsirə malikdir. Bunu, aşağıdakı nümunədən də görə bilərik:

“Çox sosyal bir işim var və davamlı olaraq işimlə əlaqədar orqanizasiyalar üçün "FOMO" nədir?dəvətlərə qatılıram. Bu dəvətlərə etiraz edə bilməyim mümkün deyil, çünki ertəsi gün ofisdəki hər kəs gecədə yaşananlar haqqında danışarkən özümü yadlaşmış hiss edirəm. Məhz bu səbəbdən, iş xaricindəki dostlarla görüşlərə gedə blmirəm. Zamanla, dostlarımın artıq bir yerlərə gedərkən  mənə xəbər vermədiklərinin və iş xaricindəki sosial həyatımın yavaş-yavaş yox olmağa başladığının fərqinə vardım. Etiraf etməliyəm ki,  işlə bağlı orqanizasiyalarda  elə də əylənmirəm. Lakin hər dəfə bu orqanizasiyalara qatılmaq məcburiyyətindəymiş kimi hiss edirəm. Çünki getmədiyim təqdirdə o gecə gerçəkləşə biləcək maraqlı bir hadisəni və ya  kariyera fürsətini qaçıracaqmış kimi bir hissə qapılıram.”

FOMO-nun ən böyük təhlükəsi, zamanınızı boş yerə tükətməsidir. FOMO yaşayan insanlar, adətən, o anda etdikləri şeyə fokuslanmaqdan çox, etmədikləri şeylər üçün peşmanlıq keçirərək zamanlarını öldürürlər. Yəni bir şeylər edərkən, edə bilmədikləri şeyləri qaçırdıqları üçün böyük bir peşmanlıq və suçluluq hiss edirlər.

2013-cü il əslində FOMO-nun artım göstərməsi baxımından önəmli bir dönüm nöqtəsi olaraq görülə bilər. Çünki bu il ağıllı telefon satışları ilk dəfə kompüter satışlarının önünə keçdi. İnsanlar artıq sosial medyalardakı varlıqlarının ev və iş yerləri ilə limitli olmasını deyil, 24 saat online ola biləcəkləri alternativ yolları dəyərləndirmək istəyirlər. Ağıllı telefonlar, insanların 7 gün 24 saat sosial mediyalarda yaşanan  dinamikaları saniyəbə saniyə təqib etməsinə imkan verir.

Şübhəsiz, FOMO hər birimizin həyatına fərqli şəkildə təsir edir. London School of Economics’də Sosial El"FOMO" nədir?mlər İnstitutu professoru Benjamin Voyer, yenilikləri qaçırma qorxusunun tamamilə, sosial olaraq təcrid olunma narahatlığı səbəbi ilə ortaya çıxdığını söyləyir.

“Sosial statunuz yüksək olduğu zaman, sosial olaraq təcrid edilmə narahatlığınız olmur. Çünki insanlar üçün referans nöqtəsi sizsiniz və başqalarını örnək alan deyil, başqaları tərəfindən örnək alınan bir pozisiyadasınız. Bu səbəblə, FOMO adətən yeniyetmə dövründəki, yəni şəxsiyyət böhranı yaşayan  fərdlərdə daha tez-tez rast gəlinir.”

FOMO, hər nə qədər yaşla və statusla əlaqəli bir fenomen olaraq görünsə də, əslində yaşa və ya statusa bağlı olmadan hər tip insanda görülə bilər. Burada önəmli olan nöqtə, insanlar üçün nəyin önəmli olduğu və insanın dəyərlərinin nəyə əsasən müxtəliflik göstərməsidir.

McGuire-Snieckus’ hesab edir ki, FOMO-nun ortaya çıxması, sosyal status və ya yaşdan çox, insanların şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli bir vəziyyətdir. Həyatdan zövq ala bilən, nə istədiklərinin, necə bir həyat tərzini mənimsədiklərinin fərqində olan insanlarda  FOMO-nun görülmə ehtimalı daha azdır. Çünki bu insanlar,  istədikləri hədəflərə çatdıqdan sonra dayanmaları olduğu nöqtələrin şüurundadırlar və əllərindəki ilə kifayətlənməyi bacarırlar.

Bunun əksini yaşayan insanlar isə, etdiklərinə yox, daima daha artıq nə edə biləcəklərinə fokuslanaraq hərəkət edirlər. Bir mövzuda qərar alana qədər, ola biləcək bütün alternativləri dəyərləndirməyə çalışırlar. Nəticədə bir qərara gəlsələr belə, bunun ən yaxşı nəticə olmadığına inanırlar və gördükləri heç bir işdən məmnun olmurlar.

FOMO, hər nə qədər neqativ təsirləriylə müzakirə olunan bir pozulma olsa da, bəzi insanlar üçün olduqca motivasiyaedici ola bilir. FOMO sayəsində bir çox insan sərhədlərinin xaricinə çıxaraq, özlərini hər gün daha çox inkişaf etdirməyə və yeni şeylər öyrənməyə çalış"FOMO" nədir?ırlar.

FOMO-nun narahatlıq və stres yaratması, və ya motivasiya qaynağı olaraq istifadə edilib fərdi inkişafınıza faydalı olması arasında incə bir cizgi var. Bu cizgidə qala bilmək üçün də, daima anı yaşamaq, başqalarının həyatlarına yox, öz həyatımıza fokuslanmaq, və sosial medyada keçirdiyimiz zamanı düzgün tənzimləmək lazımdır. 
Edə bildiklərinizə fokuslanıb bunlarla qürur duymağı bildiyiniz müddətcə, FOMO-nu, həyatınızı müsbət yöndə inkşaf etdirəcək bir vasitə olaraq istifadə edə bilməyiniz mümkündür.


Mənbə:  uplifers.com

Hazrıladı:  Fidan Aslanova 

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

EVLİLİK QƏRARI ALMAZDAN ÖNCƏ…

Xüsusi

Evlilik qərarı almazdan öncə...Evlilik, birlikdə çıxdığımız uzun bir yolçuluq kimidir. Bel çantalarımızı götürüb uzaq bir diyara doğru getmək kimi. Bu uzun yolçuluqda bəzən mən bir çuxura düşəcəm və həyat yoldaşım məni çəkib çıxaracaq, bəzən o, bir çuxura düşəcək və mən onu çəkib çıxaracam. Bəzən dik bir dağa dırmaşacağıq və iplərlə bir-birimizə bağlı olacağıq. Bu, qədər birliyi etmək deməkdir. Bəzən gözəl bir dərə ilə qarşılaşacağıq və o dərədən birlikdə həzz alacağıq. Evlilik dediyimiz hadisə, əslində tam anlamı ilə belə bir YOL YOLDAŞLIĞI və ya HƏYAT YOLDAŞLIĞI olmalıdır. Hər kəs evlənə biləcəyi birilərini tapa bilər. Lakin çox az insan yol yoldaşını, həyat yoldaşını tapar və ya yaradar. Buna görə də əsl məqsədiniz evlənmək yox, YOL YOLDAŞI, HƏYAT YOLDAŞI olmaq olmalıdır.

Evliliklərdə bir çox fərqli psixodinamika ( altda yatan, lakin insanın çox vaxt fərqində olmadığı psixoloji faktorlar ) rol oynayar və bir mənada evlilik münasibətinin gələcəyini müəyyən edər.

Evlilik öncəsi nəzərə alınmalı olan bəzi önəmli kriteriyalar var:

Evlənməyi düşündüyünüz insanın:

Şəxsiyyət strukturu
Evliliyə və həyata baxış bucağı
Həyatda gerçəkləşdirmək istədiklərinizi dəstəkləyici olub olmayacağı
Həyatın çətinliklərində yanınızda olub-ola bilməyəcəyi
Cinsəlliyə baxış bucağı
Uşaq sahibi olmağa və uşaq yetişdirməyə baxış bucağı
Öz ailəsi isə bağlarının sağlam olub-olmaması
Öz ana-atasının bir-biriləri olan münasibətləri
Peşəsi və maddi durumu
Keçirdiyi fiziki və psixoloji xəstəliklər
Ailəsindən asılı bir insan olub-olmadığı
Hər hansı bir şəxsiyyət pozğunluğu və ya patologiyası olub-olmadığı..
və bundan başqa bir çox faktor, necə bir evlilik yaşayacağınızı müəyyən edəcək. Buna görə də evlənməzdən öncə bu kriteriyalar yaxşıca analiz edilməli, evlənməyi düşündüyünüz insanla müzakirə edilməlidir.

EVLƏNMƏZDƏN ÖNCƏ ÖZÜNÜZƏ BU SUALLARI VERİN:

Niyə evlənmək istəyirəm?

Niyə evlənmək istədiyiniz çox önəmli bir sualdır. Ailədən qaçmaqmı, problemlərdən qaçmaqmı, evlilik üçün gecikmək qorxularımı, uşağınız olmasını istədiyiniz üçünmü, yoxsa, həqiqətən bir insanla evlilik bağı ilə bağlanaraq bir ailə qurmaq istəyirsiniz?

Niyə bu insanla evlənmək istəyirəm?

Niyə başqa biri ilə yox, məhz bu insanla evlənmək istəyirsiniz? Bir-birinizi kifayət qədər yaxşı tanıyırsınızmı? Birlikdə ortaq məsuliyyətləri üzərinizə götürdüyünüz zaman, bu, münasibətinizə necə təsir edəcək? Birlikdə eyni evin içində uzun illər boyu bir-birinizi dəstəkləyərək və inkişaf etdirərək yaşaya biləcəksinizmi?

Necə bir həyat  yoldaşı modeli istəyirəm?

Necə bir həyat yodaşı modeli istəyirsiniz? Qoruyucu, modern, ənənəvi, fədakar, sərbəst, fərqli düşünən, ananız kimi, atanız kimi və s.. Evlənməyi düşündüyünüz insan bu həyat yoldaşı modelinə uyğun gəlirmi? Yoxsa evləndikdən sonra onu dəyişdirə biləcəyinizimi düşünürsünüz? ( Boş yerə çabalamayın, bunu əsla bacara bilməzsiniz. ) Cütlüklərin çoxu, evlənməzdən öncəki dönəmlərdə mənfi xüsusiyyətlərini izolyasiya edərək qarşı tərəfə heç hiss etdirməzlər və hər zaman müsbət yönlərini şişirdilmiş bir şəkildə qarşı tərəfə təqdim edərlər. Halbuki bizimlə evlənmək istəyən birinin bizi hər yönümüzlə tanımış və varlığımızı qəbullanmış olmağı çox önəmlidir. Gizlətdiyimiz hər mənfi tərəfimiz, evlilikdə ciddi bir mübahisə və uyğunsuzluq mövzusu olaraq qarşımıza çıxacaq. Buna görə də evlilik öncəsi dönəminizdə özünüzü olduğunuz kimi ortaya qoymalı və heç bir yönünüzü, birlikdə olduğunuz insandan gizlətməməlisiniz.

Həyata baxışımız paraleldirmi?

Həyata, oxşar bir pəncərədən baxa bilirsinizsə, bir-birinizi hər zaman üçün düzgün anlamağınız mümkündür. Siz, hadisələrin hər zaman müsbət tərəfini görən, lakin partnyorunuz həmişə mənfi tərəfini görən bir struktura malikdirsə, bu fərqlilik, hər zaman üçün qarşıdurmalara qaynaq yaradacaq. Həyatı, insanları, hadisələri və durumları oxşar bir səviyyədə qavraya bilirinizsə, demək ki bir-birinizə uyğunsunuz.

Xarakterlərimiz uyğundurmu?

Evlilik öncəsi dönəmlərdə əks xarakterlər bir-birilərini cəlb etsə də, evlilik müddətində uyğun xarakterlərin daha uzun və sağlam münasibətlər yaşadıqlarını görürəm. Həmin dönəmlərdə yaşadıqlarınız, qabaqdakı günlərdə yaşayacağınız əsl  filmin kiçik bir fraqmentidir. Bunu əsla unutmayın və o dönəmdə yaşadıqlarınıza əhəmiyyət verin. “Gələcəkdə dəyişər” kimi bir düşüncə yanılğısına qapılmayın. Evlənməyi düşündüyünüz və sevdiyiniz insanın hansıa bir xarakter pozğunluğu və ya patologiyasının olub olmadığı son dərəcə Evlilik qərarı almazdan öncə...önəmlidir.

Cinsi uyğunluğumuz necədir?

Evliliklərin yarıya yaxını, cinsi uyğunsuzluq və ya cinsi problemlər səbəbilə bitir. Buna görə də evlənməzdən öncə cinsi uyğunluğunuzu kültürünüzə və dəyərlərinizə görə yoxlamaq məcburiyyətindəsiniz. LAKİN EVLİLİK, SADƏCƏ CİNSİ HƏYAT DEMƏK DEYİL. Evlilikdən öncə heç bir cinsəllik yaşamayan və cinsi uyğunluqlarını bilməyən cütlüklər üçün, evləndikdən sonra yaşayacaqları cinsi həyat təcrübəsi, bir mənada kinder yumurtası kimidir. İçindən nə çıxacağını əsla bilməzsiniz. Bəlkə də siz hər gün cinsi həyat yaşamaq istəyən birisiniz, lakin partnyorunuz ayda 1-2 dəfə cinsi həyatı özü üçün kifayət hesab edir. Və ya bunun tamamilə əksindən söhbət gedə bilər. Bu uyğunsuzluq, aldatma və ya aldadılma da daxil olmaqla, evliliyinizdə bir çox problemin təməlini yaradacaq. “Mən həyat yoldaşımı qətiyyən aldatmaram” şəklində düşünə bilərsiniz. Lakin bunun şəxsiyyət quruluşu ilə heç bir əlaqəsi yoxdur. Bu, “İnsan təbiəti” dir. Evliliyinizdə, heç cür qane olmadığınız tərəfiniz, bütün səylərinizə baxmayaraq yenə də həyat yoldaşınız tərəfindən cavablandırılmırsa, getdikcə əsəbi və  hirsli biri olmağa başlayarsınız. Və bu hirs, münasibətinizin hər sahəsinə mənfi yansıyacaq. Buna görə də siz siz olun, evlənəcəyiniz insanla cinsi uyğunluğunuzdan uyğun bir şəkildə xəbərdar olun.

                                   TÖVSİYYƏLƏR

Evlilikdən öncəki dövrü çox uzatmayın:

Münasibətlər, təbiətinin tələbinə görə, inkişaf etmək və irəliləmək məcburiyyətindədir. İnkişaf edə bilməyən və irəliləyə bilməyən münasibətlər, bir müddət sonra daralmağa və acı çəkməyə başlayarlar. Bu dönəmin çox uzun olması halında, evləndikdən sonra cütlüyün tezliklə boşanma nöqtəsinə gəldiyini görürəm. Münasibət, ortalama olaraq 2-3 ildən sonra fərqli bir səviyyəyə keçmək və irəliləmək məcburiyyətindədir.

Münasibətinizə erkən anlam yükləməyin:

Münasibətiniz müəyyən bir yetkinliyə çatmamış, erkən anlamlar yükləməyin. Bu vəziyyət, eynilə yeni doğulmuş bir körpənin üzərinə, ağır bir çuval qoymaq kimi bir təsir yaradacaq. Münasibətlər də, yaşayan canlı bir varlıq, orqanizm kimidir.  Münasibət hələ hazır olmadan ona erkən anlamlar yükləmək, münasibətinizin bu anlamların basqısı altında əzilməsinə və hətta bitməsinə yol aça bilər. Bir çox cütlük, erkən anlam yükləmə xətasına düşərək, əslində çox gözəl ola biləcək münasibətlərinin bitməsinə yol açırlar. Münasibətimiz hələ yetkinləşmədən və güclənmədən evlilik haqqında danışmaq, gələcəyə dair planlar qurmaq, doğulmamış uşağımıza ad qoymaq və s. bu kimi davranışlar, erkən anlam yükləməyə nümunə göstərilə bilər.

Müəyyən bir yaşa çatmamış evlənməyin:

Kişilərin və qadınlarEvlilik qərarı almazdan öncə...ın evlilik məsuliyyətlərini üzərlərinə götürə bilmələri üçün müəyyən bir yaşa çatmaqları gərəklidir. Bu yaş, çox ümumi halda  kişilər üçün ortalama 29-30 yaş, qadınlar üçün isə 25-26 yaşdır. Bundan erkən yaşlarda olan evliliklərdə ciddi problemlər yaşandığını görürəm. İnsanlar bu yaşlarına çatdıqları zaman, “Necə bir həyat istəyirəm?”, “Necə bir münasibət istəyirəm?”, “Necə bir həyat yoldaşı istəyirəm?” qavramlarını yerinə oturtmağa başlayarlar. Buna görə  də müəyyən bir şəxsiyyət quruluşunun yerinə oturması, həyatdan nə istəndiyinin bilinməsi və müəyyən bir yetkinlik səviyyəsinə çatmış olmaq, sağlam bir evlilik üçün qaçınılmazdır. Əks təqdirdə erkən evliik zamanı, cütlükər bir-birilərini və münasibətlərini həddindən artıq yorurlar və ya 30-lu yaşlarına gəldikləri zaman müəyyən bir dəyişiklik keçirərək artıq, münasibəti istəmədiklərinin fərqinə varırlar.

Ailələrlə erkən tanış olmayın:

Münasibətiniz müəyyən bir yetkinliyə çatdıqdan və artıq bu insanla evliliyə doğru bir yolçuluğa çıxmağa qərar verdikdən sonra ailəsi ilə tanış olmağınız daha faydalıdır. Ailə üzvləri ilə tanış olduqdan qısa müddət sonra bir çox münasibətin bitdiyini görürəm. Xüsusuilə qızın, oğlanın ailəsi ilə tanış olmasından qısa bir müddət sonra oğlanın birdən-birə tərk etməyi, terapiyalarımda çox tez-tez gördüyüm bir vəziyyətdir. Təbii  olaraq belə bir vəziyyətdə insan ani bir şok və duyğusal travma yaşayır. Ailə üzvləri ilə tanış olduqdan qısa bir müddət sonra evliliyə getmək yolunda konkret addımlar atmalısınız.

Ailənizə qarşı çıxmaq adına evlənməyin:

Təəssüf ki, basqı edən, mühafizəkar ve idarəçi ana-ata davranışları səbəbilə bir çox gənc qız, tezliklə evlənib o evdən qurtulmaq kimi bir düşüncə ilə evliliyə doğru gedir. Bu, son dərəcə yalnış və sağlam olmayan bir düşüncə formasıdır və adətən insanın gələcəkdə xoşbəxt olmamasına yol açan hadisələr zəncirinin başlanğıcını qoyur. Bəzi insanlar uşaqlıqlarından bəri ailələrinə qarşı topladıqları şüuraltı qəzəblərini  boşaltmaq məqsədilə ailələrinin heç cür dəstəkləməycəkləri həyat yoldaşı seçimi edə bilərlər və o insanla evlənmək uğrunda çılğın səylər göstərə bilərlər.

Bundan əvvəlki münasibətinizə cavab olaraq evlənməyin:

Adətən uzun çəkən və üzücü bir formada sonlanan münasibətlərdən sonra insanlar bir anlamda üzgün və hirsli bir şəkildə qarşılarına qəti məqsəd qoyub, onları əsla üzməyəcək birinə yönəlir və onunla sürətli bir şəkildə evliliyə doğru gedirlər. Bu son dərəcə yalnış bir cəhddir və bu formada edilən evliliklər, adətən boşanma ilə nəticələnir. Əvvəlki münasibətinizin sonrakı münasibətinizə təsir etmənizə icazə verməyin. Bunun üçün, bitən münasibətinizlə bağlı duyğularınız tamamilə yaxşılaşdıqdan və normala dönəndən sonra yeni bir münasibət seçimi etməlisiniz.

Uzun bir müddət sevgililik dönəmi yaşadığınız üçün evlənməyin:

Uzun illər birlikdəliyi olan cütlüklər sanki artıq növbədəki iş evlənmək imiş kimi evliliyə addım atırlar və evlənmək üçün bir-biri ilə uyğun olub-olmadıqlarını gözdən keçirmirləEvlilik qərarı almazdan öncə...r. Münasibətdə yüksək səviyyədə alışqanlıq və asılılıq yaranır və qopa bilmədikləri üçün özlərini adətən evliliyə doğru getmək məcburiyyətində hiss edirlər. Bəzən də xüsusilə qadın tərəf üçün evlənmək qəti bir məqsədə çevrilə bilər. Bundan başqa, uzun illər birlikdə olan cütlüklərin münasibətlərində daha çox korlanmalar olduğunu görürəm. Bütün  bu korlanmalar və üzəri örtülən problemlər, cütlük evləndiyi andan etibarən partlayır və cütlüyü 1-2 il müddətində boşanma nöqtəsinə gətirir. Neçə il sevgili olursunuz olun , sırf keçmişdən qopa bilmədiyiniz üçün evliliyə doğru getməyin və mütləq indiki uyğunluğunuzu yoxlayın. İki tərəfin də artıq keçmişdəki insanlar olduğunu unutmayın.

Ailənizi xoşbəxt etmək üçün evlənməyin:

Hər uşaq neçə yaşına gəlmiş olursa olsun, ana-ata sevgisini və ehtiyacını qazanmaq səyindədir. Ana-ataların uşaqlarının evləndiyini gömrək, nəvə sahibi olmaq kimi gözləntiləri, bəzən uşaqlarının evlilik mövzusunda tələskən davranmaqlarına yol açır. Xüsusuilə, yaşlı və ya xəstə bir ailə üzvü varsa, onu itirməmiş xoşbəxt etmək adına insanlar evlilik mövzusunda tələskən davrana bilir və bu, yalnış seçimlər etməklərinə yol açır. Heç kimi xoşbəxt etmək üçün evlənməyin. Məqsədiniz, öz xoşbəxtliyiniz olmalıdır. Sizin, xoşbəxt bir həyatınız və evliliyiniz olanda, sizi sevən insanlar da gerçək anlamda xoşbəxt olacaqlar.

Minnət və ya acıma duyğuları ilə evlənməyin:

Bir insan, sırf çətin vaxtlarınızda yanınızda olub deyə, onunla evliliyə doğru getməyin. Hər anlamda uyumlu olub-olmadığınızı və xoşbəxt olub-ola bilməyəcəyinizi yaxşı ölçün. “Xəstəxanada başımın üstündə durub gözləmişdi, atam öləndə yanımda o var idi” kimi minnət duyğuları ilə evlilik qərarı almağınız sağlam olmayacaq. Bundan başqa, birlikdə olduğunuz insan asılı bir şəxsiyyət sturukturuna malik insandırsa, sizdə yüksək dozada acıma duyğuları oyandıracaq. Konsultasiya üçün gələn həmsöhbətlərimin, “Ondan ayrılsaydım, məhv olardı, buna görə də onunla evləndim” tərzli sözlərinə artıqlması ilə şahid olmuşam. Lakin bunu deyən insanlar, illər sonra həyat yoldaşlarını tərk edən insanlara çevrilir və onların həyatlarına hər anlamda daha çoz zərər verirlər.

Aşiq olmusunuzsa, evlənməyin:

Kiməsə aşiq olanda, onun hər cür qəribə və ya bizə zidd olan şəxsiyyət xüsusiyyətlərini normal qarşılayan bir halda oluruq. Lakin eşqin kimyası keçdikdən sonra, normallaşdırdığımız o xüsusiyyətlər, münasibətdə bir-bir bizi narahat etməyə başlayar və bir müddət sonra münasibətimiz bizim üçün dözülməz bir səviyyəyə çata bilər. Aşiq ikən əsla evlilik qərarı almayın. Eşq duyğusu keçməyə və məntiqiniz yenidən qayıtmağa başladıqdan sonra evlilik qərarı alsanız, daha sağlam bir qərar olma ehtimalı artacaq.

Evlilik öncəsi konsultasiya dəstəyi alın:Evlilik qərarı almazdan öncə...

Münasibətinizdə bir problem oldu olmadı, mütləq birlikdə evlilik öncəsi konsultasiya dəstəyi almağınızı tövsiyyə edirəm. Cütlüklər adətən uzun illər evliliklərini davam etdirdikdən və münasibətlərində bir çox anlayışı zədələdikdən sonra “bunu da yoxlamamış olmayaq” tərzində bir anlyışla terapiyaya müraciət edirlər. Halbuki  evlənmədən öncə gəlinməsi idealdır. Evlilik öncəsi konsultasiya müddətində cütlüklərin bir çox tərəfdən uyumlu olub olmadığını arşdırırıq.

a. Ailə strukturlarının  uyğunluğu
b. Yetişmə tərzlərinin uyğunluğu
c. Təhsil dönəmləri və kültür uyğunluğu
d. Şəxsiyyət analizləri və şəxsiyyət uyğunluğu
e. İnanclar və dəyərlər sisteminin uyğunluğu 
f. Həyata baxış tərzlərindəki uyğunluq 
g. Peşə uyğunluğu 
h. Cinsi uyğunluq

kimi bir çox önəmli nöqtəni analiz edir və irəlidə yaşanma ehtimalı olan problemləri böyük ölçüdə öncədən müəyyən edərək bu problemləri necə ortadan qaldıra biləcəkləri ilə bağlı addımlar atmağa başlayırıq. Beləliklə, cütlük hər anlamda münasibətləri və bir-biriləri ilə bağlı fərqindəlik qazanaraq digər cütlüklərin düşdükləri tələlərə düşmədən, daha sağlam adımlarla evliliyə girə bilirlər.

Bütün bu bilgilərin işığında, özünüzü və evlənmək istədiyiniz insanı dəyərləndirməlisiniz. Özünüzü aldatmayın. Unutmayın! İnsanın özünü aldatmağı bacardığı kimi heç kim bunu daha yaxşı bacara bilməz.  Romantik bir coşğu ilə yox, gerçəklərlə evliliyə addım atın. Gerçəklərə nə qədər gözlərinizi bağlasanız, bir gün gerçəyin divarına o qədər sürətlə dəyərsiniz. Və evliliklə bağlı ağlınızda ən kiçik belə sual işarəsi varsa, mütləq fərdi və ya cütlük olaraq bir mütəxəssisdən evlilik öEvlilik qərarı almazdan öncə...ncəsi konsultasiya dəstəyi alın. Mütəxəssisin bilgi və təcrübələri mütləq sizə yol göstərəcək.

UNUTMAYIN… HƏYATDAKI ƏN ÖNƏMLİ SEÇİM, HƏYAT YOLDAŞI SEÇİMİDİR. BU SEÇİMİ SAĞLAM VƏ DOĞRU EDƏN FƏRDLƏR, HƏYAT BOYU XOŞBƏXT OLARLAR VƏ HƏR ANLAMDA YÜKƏSLƏRLƏR. SAĞLAM OLMAYAN VƏ YALNIŞ SEÇİMLƏR EDƏNLƏRSƏ, BUNUN BƏDƏLİNİ MADDİ MƏNƏVİ İTKİLƏR VERƏRƏK VƏ HƏR ANLAMDA AŞAĞIYA GEDƏRƏK ÖDƏYƏRLƏR. ƏN ƏSASI DA ƏSLA GERİ DÖNDƏRİLƏ BİLMƏYƏCƏK OLAN ŞEYİ İTİRƏRLƏR. ZAMANI.

 

Mənbə: www.tunctataker.com
Hazırladı: Fidan Aslanova Red

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

İŞ AXTARANLARA 10 TÖVSİYYƏ

İş axtaranlara tövisyyələr1. Nə istədiyinizə qərar verin: Necə bir iş istəyirsiniz? Tam zamanlı, yoxsa part-time-lı bir iş? Təhsil aldığınız sahədə, yoxsa xəyallarınızdakı işdə? Təcrübəli olduğunuz sahədə, yoxsa yepyeni bir sahədə? Pul qazanmaq üçün, yoxsa pulu hələlik ikinci planda saxlayıb təcrübə qazanmaq üçün? Kariyera qurmaq üçün, yoxsa günün ehtiyaclarını ödəyə bilmək üçün? Bunu müəyyən etdikdən sonra addımlarınızı o istiqamətdə atın.

2. Özünüzü, müəyyən bir sahə ilə məhdudlaşdırmayın: Sahib olduğunuz qabiliyyət və təcrübələrinizi zənn etdiyinizdən daha çox sahədə istifadə edə bilərsiniz. Bu sahələri araşdırın, müraciət yelpiyinizi genişləndirin.

3. Ətrafınızı məlumatlandırın: Yoldaşlarınıza, qohumlarınıza, dost-tanışa iş axtardığınızı bildirin. Əvvəlki iş və ya məktəb ətrafınızdan insanlarla əlaqə saxlayın. Onların işləri haqqında məlumat əldə edin. Bütün bu kəslərə necə bir iş axtardığınızı və uyğun bir iş olduğu zaman sizə xəbər vermələrini söyləyin. Heç ümid etmədiyiniz bir yerdən sizə uyğun iş xəbəri gələ bilər.

4. CV-niz vitrindir, onu maraqlı hala gətirin:  CV’nizi alt- alta darıxdırıcı maddələrdən ibarət olan bir sənəd olmaqdan qurtarın.  Fərqli CV nümunələrini araşdıraraq sizi ən yaxşı yansıdanı seçim edin.  Müraciət edəcəyiniz firmaların siyasətinə görə fərqli CV’lər hazırlamaqda fayda var. Rəsmiyyətə əhəmiyyət verən firmalar üçün siz də rəsmi biİş axtaranlara tövsiyyələrr CV hazırlayın. Eyni zamanda reklamçılıq və ya  dizayn şirkətinə də müraciət edəcəksinizsə, bura üçün yaradıcılığınızı ön plana çıxaracaq, canlı və rəngli bir CV’niz olmalıdır.

5. İş axtarış platformanızı geniş tutun: Qəzet elanlarını, internetdəki onlarla iş axtarış saytını dəyərləndirin. Buralara CV qoyun, yeni və yenilənən elanları nizamlı olaraq təqib edin. İşi çox istədiyiniz və mövqeyi üçün tamamilə uyğun olduğunuzu düşündüyünüz firmaların insan qaynaqları birliyi ilə görüş təyin edərək birbaşa əlaqə saxlaya bilərsiniz.

6. Müraciət etdiyiniz firmaları diqqətlə seçin:  Meyarlarınıza və təcrübələrinizə uyğun firmalara müraciət edin. Sizə uyğun olmadığını düşündüyünüz firmalara CV göndərmək vaxt itkisidir. Qəbul edilsə belə istəmədiyiniz bir işdə çalışmaq sonralar  böyük problemlərə yol aça bilər.

7.Özünüzü davamlı olaraq inkişaf etdirin: Bir-iki ay iş tapa bilmədiniz,  deyək. Dərhal ümidsizliyə qapılmayın və bu müddəti özünüzü inkişaf etdirib CV’nizi zənginləşdirmək üçün bir fürsət olaraq görün. Sahənizlə əlaqədar kurs, seminar və konfranslara qoşulun, kitablar oxuyun. Daha sonra bu təcrübələrinizi CV’nizə əlavə edərək firmalara bir daha göndərin. İnternet saytlarındakı CV’lərinizi də bu istiqamətdə yeniləyin.

8. Özgüvən sahibi olun:  İş görüşməsində içiİş axtaranlara tövsiyyələrnizə qapanıq, utancaq və istəksiz bir görünüş sərgiləməyin. Bu işi həqiqətən istədiyinizi və təcrübələrinizə güvəndiyinizi müəyyən edən bir rəftar ortaya qoyun. (Çox da özündən razı bir halda olmadan, təbii ki!) İşin detalları ilə əlaqədar suallar soruşun. Müsbət istiqamətlərinizi vurğulayın. O işi sahiblənin.

9. Recycling istəyin: Görüş etdiyiniz firmadan,”biz sizinlə əlaqə saxlayarıq” kimi bir cavab alsanız,  qəbul edilmədiyiniz təqdirdə də səlahiyyətlilərdən sizinlə əlaqə saxlamalarını və bunun səbəblərini bildirməklərini istəyin. Bu, sonrakı müraciətlərinizdə nələrə diqqət etməyiniz lazim olduğunu və əskikliklərinizin nələr olduğunu görmək mövzusunda sizə köməkçi olar.

10. Buraxmayın:  Bu günün müvəffəqiyyətli iş sahibləri ilk işlərinə girmək, ilk müvəffəqiyyətlərini əldə etmək üçün heç də asan yollardan keçmədilər . İş tapmaq prosesinin asan bir proses olmadığını, aylarla davam edə biləcəyini bilin. Səbirli olun.

Mənbə: www.kigem.com
Hazrıladı: Fidan Aslanova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook