OSHO – “ANLAYIŞIN KİTABI” NDAN SEÇMƏLƏR

Xüsusi

Kainat sonsuzdur; o hər zaman davam edirdi. Varoluşun mövcud olmadığı bir zaman yoxdur və varoluşun mövcud olmadığı bir zaman da olmayacaq. Varoluş sonzuluq deməkdir.

İnsan şüuru əsrlərdir inkişaf etməyib. Sadəcə, bəzən kimsə çiçək açır, lakin milyonlarla insan arasında sadəcə tək bir insanın çiçək açması qayda yox, istisnadır. Və bu insan tək olduğuna görə, çoxluq ona dözə bilmir. Onun varlığı bir növ təhqir  halını alır; onun mövcudiyyətinin özü alçaldıcıdır,  çünki o sənin gözlərini açır və potensialının və gələcəyinin fərqinə varmağını təmin edir. Və sənin inkişaf etmək üçün, daha şüurlu olmaq üçün, daha sevgi dolu, daha estetik, daha yaradıcı, daha səssiz olmaq üçün – ətrafında daha gözəl bir dünya yaratmaq üçün – heç bir şey etməmiş olmağın eqonu incidir. Sənin dünyaya bir qatqın olmadı; burdakı sənin varlığın bir rəhmət yox, bir lənət olub. Sən dünyaya öz ehtirasını, öz şiddətini, öz qısanclığını, öz rəqabətçiliyini, öz iqtidar aclığını təqdim edirsən. Sən dünyanı bir müharibə yerinə çevirisən; sən qana susamısan və digərlərini də qana susamış hala gətirisən. Sən insanlığı öz insanlığından məhrum edirsən. Sən insanın, insanlığın aşağısına, hətta bəzən heyvanların belə aşağısına düşməyinə kömək edirsən.
Buna görə də bir Gautama Budda və ya Chuang Tzu sənə batır, çünki onlar çiçək açıb və sən eləcə orda dayanırsan. Baharlar gəlib keçir və səndə heç bir şey çiçək açmır. Hec bir quş sənin yaxınına gəlib yuva qurmur və mahnılarını sənin ətrafında söyləmir. Bir Məsihi çarmıxa çəkmək və Sokratı zəhərləmək daha yaxşıdır; sadəcə onları  ortadan qaldıraraq sənin heç  bir şəkildə ruhsal olaraq aşağılıq kompleksi hiss etməyinə ehtiyac qalmır.

Şüurumuzu dəyişdirməliyik, dünyada daha çox meditasiya enerjisi, daha çox sevgi yaratmalıyıq. Köhnəni – onun çirkinliyini, onun çürümüş ideologiyalarını, onun axmaq ayrımlarını, axmaq xürafatlarını – yox etməliyik və təzə gözlərə, yeni dəyərlərə sahib yeni bir insanlıq yaratmalıyıq. Keçmişlə bir kəsilmə; başqaldırmanın mənası budur.

Sadəcə yeni bir insan, insanlığı və bu planeti və bu planetin üzərindəki gözəl həyatı xilas edə bilər.

Rus inqilabı Leninin gözlərinin önündə uğursuz oldu. O, Karl Marksa söykənərək, “İnqilab gəldiyi zaman, evliliyi ortadan qaldıracağıq, çünki evlilik, özəl mülkiyyətin bir parçasıdır. Özəl mülkiyyət ortadan qalxarkən, evlilik də ortadan qalxacaq. İnsanlar sevgili ola bilərlər, birlikdə yaşaya bilərlər; uşaqlara toplum tərəfindən baxılacaq” deyə xütbə verirdi. Lakin, iqtidar Kommunist Partiyasının əllərinə keçdiyi vaxt və Lenin də lider olduğu zaman hər şey dəyişdi. Bir dəfə, iqtidar əllərinə keçəndə, insanlar fərqli düşünməyə başlayır. Artıq, Leninin düşüncəsi, insanları məsuliyyətlərdən azad etməyin təhlükəli ola biləcəyi formasında idi: Onlar aşırı dərəcədə fərdçi hala gələ bilərdi. Buna görə də, qoy, onlar bir ailənin yükü altında qalsınlar. O, ailənin ortadan qaldırılmasını tamamilə unutmuşdu.

İnqilabların, şəxsən inqilabçıların öz əllərində uğursuzluğa düçar olması qəribədir, çünki, bir dəfə iqtidar öz əllərinə keçəndə başqa cür düşünməyə başlayırlar. O zaman, onlar iqtidarlarına aşırı dərəcədə bağlanırlar. O zaman onların bütün səyi iqtidarı necə sonsuzadək əllərində saxlayacaqları və insanları necə idarə edə biləcəkləridir.

Din uğursuz olub. Elm uğursuz olub. Şərq uğursuz olub və Qərb uğursuz olub. İçində, Şərqin və Qərbin görüşə biləcəyi, dinin və elmin görüşə biləcəyi daha yüksək bir şeyin sintezinə ehtiyac var.

İnsan, sadə bir şəkildə özündən zövq alır, bu geniş kainatdan zövq alır, ağaclarla rəqs edir, sahildə dalğalarla oynayır, başqa heç bir səbəb olmadan, sırf zövq aldığı üçün balıqqulaqları toplayır. Havadakı duz və sərin qum, günəş doğur. Yaxşı bir qaçış; bundan artıq nə istəyə bilərsən. Mənə görə din budur: Havanın dadını çıxarmaq, dənizin dadını çıxarmaq, qumun dadını çıxarmaq. Çünki, varoluşun özündən başqa bir tanrı yoxdur.

Fəaliyyətində bütün olmaq sənə sevinc gətirir. Tam bir intensivliklə edilmiş adi, önəmsiz bir fəaliyyət belə, sənin varlığına bir işıq, bir doyum, dərin bir məmnuniniyyət gətirir.

Zehin bir seçicidir; buna görə də problem ortaya çıxır. Seçimsiz qal.

Üzüntünün içində heçmi gözəllik görə bilmirsən? Bu haqda düşün. Növbəti dəfə üzgün olduğun zaman, onunla savaşma. Mübarizəylə vaxt itirmə; onu qəbul et, onu buyur et, qoy o,  buyur edilmiş bir qonaq olsun. Onun dərininə sevgiylə, diqqətlə bax … gerçək bir ev sahibi ol. Və təəccüblənəcəksən  – üzüntünün sahib olduğu bəzi gözəlliklərə xoşbəxtlik əsla sahib ola bilməz. Hüznün dərinliyi var və xoşbəxtlik səthidir. Hüznün gözyaşları vardır. Və gözyaşları hər hansı bir qəhqəhənin gedə biləcəyindən daha dərinə gedər. Hüznün özünəməxsus bir səssizilyi, xoşbəxtliyin əsla sahib ola bilməyəcəyi bir melodiyası vardır. Xoşbəxtliyin öz mahnısı var, lakin, daha gurultuludur, səssiz deyildir.

Sənin, bütün dünyanı dəyişdirməyinə ehtiyac yoxdur; sadəcə özünü dəyişdirdiyin zaman, bütün dünyanı dəyişdirməyə başlayacaqsan, çünki sən dünyanın bir parçasısan. Tək bir insan belə dəyişsə, bu dəyişiklik minlərlə digər insana yayılır. Sən yeni bir insanlığı doğuracaq bir inqilabın tətikləyicisi olursan.

Sən onsuz da ən başından bəri bir tanrı, bir buddasan. Sənin Buddaya çevrilməyinə filan ehtiyac yoxdur; xəzinə ordadır, sadəcə sən onu hara qoyduğunu bilmirsən. Sən açarı yadından çıxarmısan və ya onun necə istifadə ediləcəyini unutmusan. Bilgiylə o qədər sərxoş bir durumdasan ki, olduğun hər şeyə qarşı laqeyd, unutqan bir hala gəlmisən. Bilgi alkoqol kimidir; insanları sərxoş edər. O zaman, onların qavrayışları  bulanıqlaşır, xatırlama səviyyələri ən aşağı səviyəyə enir. O zaman orda olmayan şeyləri görməyə, orda olan şeyləri isə görməməyə başlayır.

Bir uşaq doğulduğu anda onun içində əngəllər yaratmağa başlayırıq. Onun içində müqayisə duyğusunu yaradırıq. “Biriləri səndən daha gözəldir, digəri səndən daha sağlamdır, o birinin uşağı belədir; onun qiymətlərinə, zəkasına bax hələ; yaxşı bəs sən nə edirsən?” Biz müqayisə anlayışını yaradırıq. Müqayisə, aşağılıq və üstünlük anlayışlarını da bərabərində gətirir; bunların hər ikisi xəstəlikdir, əngəldir. Artıq, uşaq sadəcə özü haqqında fikirləşə bilməz; hər zaman özünü bir başqası ilə müqayisə edərək düşünər. Müqayisənin zəhəri içinə girmiş olar. Artıq, bu insan həmişə iztirab içində qalacaq; var olmağın xoşbəxtliyi getdikcə daha qeyri-mümkün bir hala gələcək.
Hər kəs bənzərsiz olaraq doğulur. Müqaysə etmək mümkün deyildir. Sən sənsən, mən isə mənəm. Bir Budda Buddadır, bir İsa isə İsadır, bunları bir-biriylə müqayisə etmək imkanı yoxdur. Əgər müqayisə etsən aşağılıq, üstünlük duyğuları yaradacaqsan, bunlar eqonun formalarıdır. Və təbii ki rəqabət etmək, başqalarına qalib gəlmək üçün böyük bir arzu ortaya çıxar. Sən bunu bacarıb bacarmayacağın mövzusunda bir qorxu içində qalırsan, çünki bu şiddətli bir mübarizədir və hər kəs eyni şeyi etməyə, birinci olmağa çalışır. Milyonlarla insan birinci olmağa çalışır. Buna görə də böyük bir şiddət, aqressiya, kin, düşmənlik ortaya çıxar. Həyat bir cəhənnəmə çevrilər. Əgər məğlub olasan, acı içində qalırsan… və məğlub olma ehtimalın qalib gəlmə ehtimalından daha çoxdur. Və uğurlu olsan belə, xoşbəxt olmayacaqsan, çünki uğurlu olduğun anda, qorxu ortaya çıxar: Artıq, başqa biri bunu sənin əlindən ala bilər. Sən öncədən titrəyirdin, indi də titrəyirsən. Uğursuz  olanlar da acı içindədir, uğurlu olanlar da.
Bu dünyada xoşbəxt bir insan tapamaq çox çətindir, çünki heç kim xoşbəxt olmaq üçün lazım olan şərtləri yerinə yetirmir. İlkin şərt, bütün müqayisələrdən vazkeçməkdir. Aşağı səviyyədə və ya üstün olmaqla bağlı bütün bu axmaq fikirləri burax. Sən nə üstünsən, nə də daha alt səviyyəsədəsn. Sən sadəcə özünsən. Sənin kimi biri yoxdur, müqayisə edə biləcəyin heç kim yoxdur. Sonra, birdən evə çatmış olursan.

Bilgini burax. Müqayisəni burax. Saxta şəxsiyyətləri burax. Bütün bu gedişat tamamilə mənfidir. Onu burax, bunu burax… buraxmağa davam et. Buraxacaq heç bir şey qalmayana qədər buraxmağa davam et… bax o zaman onu görəcəksən, sənin saf şüurun orda, qarşında olacaq.

İnanc, sənin cəhalətinin üzərini örtür. O əsla sənə gerçəyi göstərmir; sənə sadəcə bəlli bir dogmalar, etiqadlar verir və beləcə, sən onların içində bir bilgi aldanması yarada bilirsən. Lakin bu bilgi, bir xəyaldan başqa bir şey deyil. İnanca söykənən hər şey saxtadır.

Şübhə o qədər lənətlənmiş bir şeydir ki, sən onun gözəlliyini, onun zənginliyini unutdun.

Mən, tanrı tanımazlarla tanrıya inanan arasında hər hansı bir fərq görmürəm; onlar eyni gəmidə yolçuluq edirlər.

Dindar zehin zəkasını itirər, paslanar.

 

Mənbə: Osho – ” Anlayışın kitabı”
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
0   7  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

MİŞEL DE MONTEN – ESSELƏR -1

Xüsusi

Mişel de Monten – fransız  intibah dövrünün yazıçısı Mişel de Monten - "Esselər"və filosofu.

Mişel Monten 28 fevral, 1533-cü ildə dövlətli tacir ailəsində anadan olmuşdur. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, “de Monten” zadəgan tituluna layiq görülmüşdü. Atasının elmə və ədəbiyyata olan marağı irsən oğluna da keçmişdir.

Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alır. 1572-ci ildə 38 yaşında ikən üç kitabdan ibarət “Təcrübələr” əsərini yazmağa başlayır. İlk iki kitab 1580-ci ildə işıq üzü görür. 1580-1581-ci illərdə yazıçı İsveçrə, Almaniya, Avstriya və İtaliyaya səyahətə çıxır. Səyahət zamanı qələmə aldığı “Yol” qeydləri yalnız 1774-cü ildə çap olunur.

Mişel de Monten iki dəfə Bordonun meri seçilir. Esse yaradıcısı sayılan yazıçı 13 sentyabr 1592-ci ildə vəfat edir.

“ESSELƏR” DƏN SEÇMƏLƏR:

Heç bir zaman öz evimizdə deyilik, hər zaman olduğumuz yerin o tərəfindəyik. Qorxu, arzu, ümid bizi gələcəyə doğru yönləndirir və olacaq olanla başımızı qataraq olanın anlamından uzaqlaşdırır.

Gələcək qayğısı olan ruh necə də bədbəxtdir.

Dəlilik, istədiyi şey ona verildiyi zaman məmnun olmamaqdırsa, müdriklik, sahib olduğ u şeylə kifayətlənmək, özünü əsla məyusluğa uğratmamaqdır.

Epikür-ə görə müdrikliyin nə irəlini görməklə, nə də gələcək barəsində narahat olmaqla əlaqəsi var.

Bərəkətli və məhsuldar ikən işlənməmiş torpaqların yabanı və işə yaramaz otlarla dolduğu görülür. Bu torpağı yararımıza istifadə etmək, onu qorumaq üçün çalışmağımız, toxum əkməyimiz lazımdır.
Eyni şey, ağlımız üçün də keçərlidir. Əgər onu cilovlayacaq, çətinə salacaq  məşğuliyyətlər tapmasaq, ağlımız xəyal gücünün bulanıq tarlasında özünü ordan oraya atacaqdır.

Məqsədi olmayan bir zehin dağılar, çünki deyirlər ki, məqsədsiz olmaq, hər yerdə olmaqdan çox heç bir yerdə olmamaqdır.

İşi yaxşı yerinə yetirmək qayğısı və bunun yaratdığı gərginlik və təzad, zehni yorar, ona əngəl təşkil edər.

Bu gündən məmnun olan gələcəkdən qorxmaz.

Bir adamı asmaqdansa, onu utandırın.

İnsanlarla etdiyim söhbətlərdən bir şeylər öyrənə bilmək üçün səyahətlərim zamanı maraqlandığım mövzu haqqında mütəxəssis olan birilərini aparıram yanımda:

Kapitan küləkdən bəhs etsin,
Cütçü öküzlərindən,
Savaşçı yaralarını anlatsın,
Çoban sürülərini.

İnsanların, etibar əldə etmək məqsədi ilə, öz peşələri xaricindəki mövzular haqqında danışdıqlarına tez-tez şahid oluruq.

Çiçero, fələsəfə ilə məşğul olmağın, ölümə hazırlaşmaqdan başqa bir şey olmadığını söyləyir.

Dünyanın bütün müdrikləri və ağılları eyni düşüncə üzərində daha çox fokuslanırlar: Ölümdən qorxmamağı öyrənmək.

Yolumuzun sonu ölümdür, alın yazımızın qaçınılmaz sonu budur. Əgər ölüm bizi qorxudursa, alovlara düşmədən irəliyə necə addım ata bilərik? İnsanların ölüm qorxusuna çarəsi, onu heç düşünməməkdir. İnsan necə belə bəsit bir aldanışa düşər?

Mən özümə hər gün, başqa bir gün etməyi düşündüyüm şeyi bu gün də edə biləcəyimi söyləyirəm.

Əgər birdən-birə qocalsaydıq, bu cür ani bir dəyişikliyi qətiyyən həzm edə bilməzdik. Amma həyat bizi əlləri ilə yavaş-yavaş, dərəcə-dərəcə, xəfif bir yoxuşda qocalığa doğru itələyərkən bizi ram edir. Gəncliyimiz öldüyü zaman heç bir sarsıntı hiss etmirik. Halbuki, gəncliyimizin ölümü, durğun bir həyatın ölümündən və ya qocalıqdan  qaynaqlanan ölümdən daha çox acımasızdır. Çünki pis bir həyatdan sonra ölmək, məhsuldar və dinc bir varlığın, üzücü və acı bir vəziyyətə düşməsi ilə eyni deyildir.

İlk müdriklərdən biri olan Falesdən yaşamağın və ölməyin eyni şey olduğunu öyrənmişdim. O halda, niyə ölmədiyini soruşan birinə, sakitcə cavab verib: “Çünki bunun bir mənası yoxdur.”

Vərdiş, hər şeyin ən güclü sahibidir.

Platon, bir qoz qabığını zər kimi istifadə edərək oynayan bir uşağı danlayır.
Uşaq: “Məni çox önəmsiz bir şeyə görə danlayırsan” deyəndə, Platon belə cavab verir: “Alışqanlıq, önəmsiz bir şey deyildir.”

Uşaqlara, öz təbiətlərindəki qüsurlardan belə nifrət etməyi diqqətlə öyrətmək lazımdır.

Mən, dopdolu bir beyin yerinə yaxşı işlənmiş bir beynin rəhbərlik etməsinə, müəllimdən gözlənilən özəlliklərdə əxlaqi dəyərə və zəkaya, bilgidən daha çox önəm verilməsinə üstünlük verirəm.

Uşaq ikən qulağımıza bir qıfdan su axıdırmış kimi heç dayanmadan bir şeylər söylənir və sonra bizdən söylənənləri təkrar etməyimiz istənilir. Tutacağınız müəllimin bunu dəyişdirməsini, başlanğıcdan etibarən məsul olduğu zehnin tutumuna görə uşağın öz özünə dəyərləndirmə etməsinə, seçməsinə və ayırd etməsinə izin verərək çalışmasını istərdim.

Müəllim bəzən yolu açmalı, bəzən də bu işi uşağa buraxmalıdır. Müəllimin sadəcə danışmasını və yaratmasını yox, yeri gələndə uşağı dinləməsini də istərdim. Sokrat və Arcesilaos əvvəlcə şağirdlərini danışdırırdılar, sonra özləri danışırdılar.

Təhsil verənin nüfuzu,  öyrənmək istəyənə adətən zərər verir.

Müəllimin, uşağın gedişatını görməsi üçün onu öndən yeritməsi və beləcə imkanları daxilində uşağın səviyyəsinə nə dərəcə enə biləcəyini görməsi yaxşı olar. Bu əlaqə yaxşı qurula bilmədiyi üçün hər şeyi üzümüzə gözümüzə bulaşdırırıq. Ayırd etməyi bilmək və davranışları ölçü ilə buna uydurmaq mənim bildiyim ən çətin işlərdən biridir.  Çünki uşağın səviyyəsinə enmək və uşağın addımlarıyla ona yol göstərmək uca və güclü bir ruhun işidir. Yoxuşu çıxarkən, enərkən olduğundan daha əmin və sağlam yeriyirəm.

Uşağın sadəcə ruhunun deyil, əzələlərinin də gücləndirilməsi laızmdır. Çünki əgər dəstəyi olmazsa, ruh bitkinləşər. Ruhun hər iki vəzifəni də tək başına üstlənməyəcək qədər çox işi vardır.

Halbuki, səssizlik və təvazökarlıq, başqalarıyla olan münasibətlər baxımından son dərəcə önəmli özəlliklərdir. Bir uşaq qazandığı bilgini göstərişlə sərgiləməyəcək və onun yanında anlatılan saçmalıqlara və hekayələrə hisrlənmyəıcək şəkildə təlimləndirilməlidir, çünki xoşumuza gəlməyən bir şeyi tənqid etmək böyük bir nəzakətsizlikdir. İnsan, özü özünün qüsurlarını düzəltməklə kifayətlənməli, özünün etməyi rədd etdiyi şeyləri bir başqası etdiyi zaman qınamamalıdır.

Ancaq, göstəriş və kibirdən qurtularaq müdrik insan oluna bilər.

Dünyayı tanımaq, insan mühakiməsinə dəyərli bir işıq qatar. Hamımız öz içimizə dönmüşük, özümüzlə maraqlanırıq, baxışımız, burnumuzun ucunu keçmir.

Şagirdin kitabının dünya olmağını istəyərəm. Bu kitabda elə müxtəlif xarakterlər, məzhəblər, mühakimələr, fikirlər, qanunlar və ənənələr vardır ki, bu bizə özümüzünküləri sağlam bir şəkildə mühakimə etməyimizi öyrədər və mühakiməmizə də öz qüsurlarını və təbii zəifliklərini göstərər – bu da heç xəfifə alınacaq bir iş deyildir.

Bizim şagirdimiz üçün bir otaq, baxça, masa və yataq, yalnızlıq və biriylə birlikdə olmaq, səhər və axşam, hər saat və hər yer çalışma otağıdır. Çünki əsl çalışma mövzusu xarakteri və mühakimə gücünü formalaşdırma olan fəlsəfə, hər yerdə özünü göstərmək üstünlüyünə sahibdir.

Formalaşdırılan şey, bir ruh və ya bir bədən deyil, bir insandır, elə isə onlara ayrı-ayrı davranmamaq gərək.

Kral Zeuxidamos-dan, niyə Spartalıların gənc nəsillərin oxuması üçün igidliyin qaydalarını yazmadığı soruşulanda, belə cavab verir: “Çünki onları hərəkətə alışdırmaq istəyirik, sözlərə yox.”

Platon deyir ki, Atinalılar, söhbətlərində nəzakət və çox söz söyləmə qayğısı daşıyarlar, Spartalılar az danışmağa, Giritlilər isə dildən çox fikirlərinin məhsuldarlığına önəm verirlər, ən yaxşısı sonuncusudur.

Zenon, iki cür şagirdi olduğunu deyir: Öyrənməyə maraqlı olanlar, hansı ki, bunlar Zenonun sevimliləridir və sadəcə danışmağa önəm verənlər. Danışmaq əlbəttə ki, yaxşı və gözəl bir şeydir, amma  düşünüldüyü qədər gözəl də deyildir və mən həyatımızı necə məşğul etdiyini gördüyüm zaman çox məyusluğa uğradım.

Onu görməyə o qədər alışmışıq ki, heç kim başını qaldırıb aydın göy üzünə baxmağa tənəzzül belə etmir.

Gözün alışqanlığı ağlımızı da alışdırır, heç durmadan gördüklərinə artıq təəccüblənməz, səbəbini axtarmaz.

Bir-birlərini tamamilə mənimsəmiş iki insan idilər və cilovlarını qarşılıqlı olaraq əllərində tuturlardı.

Mən xarakteri mülayim, ölçülü olan insanları sevirəm.

Platonun Gorgias dialoqunda, Callicles, fəlsəfəsinin aşırısının təhlükəli olduğunu deyir və insanlara gərəyindən çox fəlsəfə ilə məşğul olmaqdan çəkinmələrini tövsiyyə  edir. Fəlsəfə, ölçülü olduğu zaman xoş və yararlıdır, amma sonda insanı vəhşiləşdirər və pozar, israrlı bir hiyləgərliklə, təbiətin bizə çizdiyi doğru yoldan azdırar.

Yalnızlıqda, tək başına bir çoxluq ol.

Araşdırmağınız lazım olan şey, insanların sizin haqqınızda necə danışdığı yox, sizin öz haqqınızda necə danışdığınızdır. Öz özünüzdən çıxın və öncə özünüzü qarşılamaq üçün hazırlaşın; öz özünü idarə etməyi bilməyən insanın, özü ilə qürur duyması dəlilikdir.

Zehninizi, özünüzdən utanana və özünüzə sayğı göstərənə qədər ərdəmli düşüncələrlə doldurun.

Qədim bir yunan sözü, insanların bir şeylərə görə deyil, şeylərlə bağlı düşüncələri üzündən acı çəkdiklərini söyləyir.

Xarici təsirlər rənglərini və qoxularını öz iç durumumuzdan alır. Eynilə, geyindiyimiz geyimlərin bizi öz istilikləri ilə isitməməsi, bizə aid olan temperaturu qoruması kimi.

İnanın ən saçma tutumlarından olan şan və şöhrət qayğısı, fəlsəfəçilərin belə vazgkeçməkdə ən çətinlik çəkdikləri tutumdur.

Müdrik insanın imperatorluğu özünə aiddir,
O öz xoşbəxtliyinin sənətkarıdır.

Bütün hərəkətlərimiz bizi aşkar edir. Bir at, sadəcə yarışda necə hərəkət etdiyinə görə yox, eyni zamanda yerişinə və axurda necə dincəldiyinə görə də mühakimə olunar.

Öyrəndiyimiz  və sahib olduğumz bilgilər nə olursa olsun, bunların bizi məmnun etmədiyini hiss edirik və hər zaman gələcəyin və bilinməyən şeylərin arxasınca qaçırıq. Məncə bunun səbəbi bizi məmnun edə bilməyəcəkləri deyil, onları bacarıqsızca dəyərləndirməyimizdir.

Hazırladı: Fidan Aslanova 

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

DOST…

Xüsusi

dostluq1Dostluq könül işidir. Bu işdə nə yalan, nə riya mümkün deyil. Bu xüsusiyyətlərin yer aldığı münasibət nədirsə başqa bir şeydir.

Sokrat, dostu “ən son çatılacaq arzu” adlandırır. Tələbələri ondan  “Dostluq nədir?”- deyə soruşduqda, o, “Uşaqlığımdan bu yana arzuladığım tək şey var.  Bəzi insanlar atları olmasını arzular, bəziləri itləri. Bəziləri qızılı, bəziləri şan-şərəfi… Mənsə hər zaman dostlarım olsun arzuladım.”

Dostluq bir-iki günün işi deyil. Ayrı- ayrı xüsusiyyətlərə malik insanların bir-birini qəbul etməsi, həzm edə bilməsi, razı-narazı olduqları halların sonda bir məxrəcə gətirilməsi elə də asan deyil. Çox zaman insanlar məhz elə bu tanıma məqamında bir-birindən uzaqlaşırlar. İradlar və onların qəbul edilməməsi. Dostda səhv, yanlış axtarmaq, bunlardan yola çıxaraq onu tənqid etmək, incitmək doğru deyil. Ancaq “Əsl dostu olanın aynaya ehtiyacı yoxdur” -deyir Rumi. Səhvləri dostca görmək, qeyrilər görməsin deyə, həmən dostu xəbərdar etmək isə tam başqadır. İnsan bəzən getdiyi yolda qarşısında onu nə gözlədiyini görə bilmir. Kənardan isə bu çox aydın görünür. Bu məqamlarda candan yanan dost lazımdır insana.

Dostluqda səmimiyyət, fədakarlıq, paylaşa bilmək vacibdir. Aristotel dostluğu iki bədəndə yaşayan bir ruha bənzədirdi, Volter isə yağışlı havada tapılmayan faytona. Aşağıda bəhs etdiyim ibrətamiz hekayə də dostluğun dəyərindən bəhs edir:

yaralı əsgərr-dost“Müharibənin çətin məqamları idi. Hər gün saysız-hesabsız itkilər verirdilər. Geri cəkilmə qaçınılmaz idi. Əsgərlərdən biri dostunu yanında görməyincə “Görəsən dostum səngərə doğru geri çəkilərkən düşmənlər tərəfindən vuruldumu?” -deyə tədirgin oldu. Düşündüyü doğru çıxmışdı, dostu döyüş meydanında qalmışdı. Nə edəcəyini bilmirdi. Özü səngərdə ikən dostunun döyüş meydanında qalmasına heç cür razı ola bilmirdi. Komandirə doğru yönəldi, “Cənab komandir, -dedi, “Dostum geri çəkilərkən düşmənlər tərəfindən vuruldu, icaze versəniz, onu səngərə gətirmək üçün döyüş meydanına gedərdim.” “Yox olmaz”,”Görmürsənmi güllə yağış kimi yağır. Çox ehtimal ki, dostun dünyasını çoxdan dəyişib. Döyüş meydanına getməyin sənin də ölümünə səbəb ola bilər. Biz say etibarilə çox az qalmışıq.” Əsgər dayanmadan israr edir, nəhayət komandiri razı salır. Sürətlə döyüş meydanına doğru irəliləyir. Dostunu çiyninə alıb səngərə tərəf qaçır.
Komandir yaralı əsgəri müayinə edib, dostuna yönəldi: “Demədim ki, dostun dünyasını çoxdan dəyişib, sənsə özünü təhlükəyə atdın. Bunun bir mənası var idimi?”
“Çox mənası vardı”-dedi əsgər, “Yanına yaxınlaşarkən son anlarını yaşayırdı. Məni görüncə təbəssüm etdi, bir neçə söz deməyə taqəti qalmışdı. Üzümə baxdı və özündən əmin şəkildə “Gələcəyini bilirdim dostum, gələcəyini bilirdim”, “Cənab komandir, bu sözlər mənim üçün dünyadakı hər şeyə dəyərdi.”

İnsan sevgilisiylə də dost olmalı. Həyat yoldaşıyla dost olmayan insan ailədə uduzmuş demək ki..

Qardaş dost olmaya bilər, amma dost həmişə qardaş olmalıdır. (c)

dostluqSizə sizdən bəhs etməyi sevər dost. Sizin düşüncənizə, fikrinizə önəm verər, ehtiyac duyar dost. Dövrümüzdə sosial şəbəkələr, virtual dostluqlar bir reallıqdı. Saysız-hesabsız insanlar, onlara duyulan maraq, bəzən ən yaxınlarımızı belə unutdurur. Amma bəlkə bunlar ən yaxşını seçə bilməmiz üçün bizə tanınmış seçimdir. Çoxluq içindən seçdiyimiz, dəyər verdiyimiz, dost adı verdiyimiz seçim.

Gerçək dost sən özünə inanmağı buraxdığında belə, sənə inanan insandır. (Leo Buscaglia)

Yaxşı dostlar hər vaxt tapılmaz. Həyatınızda belə dostlar varsa qiymətini bilin, onlarla münasibətlərinizi zədələyəcək davranışlardan uzaq olun. Bəlkə bir daha beləsini tapmaq imkanınız olmaz.

Bu yazımla bütün dostlarıma sevgimi çatdırıram. Yaxşı ki varsınız, əziz dostlar!

Müəllif: Psixoloq Rübabə

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

SOKRATDAN SEÇMƏLƏR

Xüsusi

Sokrat- Yunan fəlsəfəsinin qurucularından olan aSokratntik yunan filosofu. Əxlaq fəlsəfəsinin qurucusu olaraq qəbul edilən Sokratın həyatının ən diqqətə çarpan hadisələrindən biri, haqqında açılan ittiham olmuşdur. Platonun, Sokratın müdafiəsi adlı əsərində bəhs etdiyinə görə, Sokrat, şəhərin tanrılarına inanmamaq, onların yerinə başqa tanrılar qoymaq və beləcə, gəncləri zəhərləməkdə təqsirlənir. Sokrat, bu ittihamlar nəticəsində ölümə məhkum edilir.

Kant, Sokratı “ağlın idealı”, Hegel, “bir insanlıq qəhrəmanı, fəlsəfəsini yazmayan amma yaşayan gerçək bir filosof” olaraq təsvir  edir. Nitsşe isə əksinə, onu, ölüm qorxusu nədir bilməyən, yaşayan biri olaraq yox, yalın ağıl olaraq ölən və həyatın instinktindən tamamilə qopmuş bir “canavar” kimi təsvir edir.

Sokrata aid yazılı bir əsər günümüzə gəlib çatmamışdır. Bu səbəblə, bütün təlimlərini  şifahi olaraq etdiyi mühakiməsi çıxarılır. Sokrat haqqındakı məlumatlar başqalarının vasitəçiliyi ilə günümüzə qədər gəlmişdir. Bu gün sahib olduğumuz əsərləri yazmış olan başlıca filosof Platondur. Platon, Sokratın şagirdidir. Sokratla bağlı məlumatların böyük əksəriyyəti Platonun yazılarından əldə edilməkdədir. Platon Sokratın xatirəsini canlı tutmaq üçün onu və onun təlimlərini izah edən yazılar yazmışdır.

SEÇMƏLƏR:

İnsan, gülmədiyi günü, yaşadım deyə, həyat dəftərinə qeyd etməməlidir.

Dəyişikliyin sirri, enerjinizi, köhnə ilə  döyüşməyə yox, yenini inşa etməyə fokuslanmaqdır.

Müdriklik, özümüzü məğlub etməkdir.
Cəhalətsə, özümüzə məğlub olmaq.

Müdriklik, maraqla başlayar.

İnsanlıq, dini doktrinadan tamamilə azad bir əxlaq sistemi qurmağa müvəffəq ola bilmədi.

Yaşıllıqlar, torpağın çirkinliklərini örtdüyü kimi, şirin söz də insanların qüsurlarını örtər.

Bir şeyi həqiqətən bilmək, onu anlatmaqla olar.

Yeganə yaxşılıq bilgi, yeganə pislik, cəhalətdir.

Əslində, söylədiklərimdən çox,
gizlətdiklərimdə gizliyəm ..
Siz, ən yaxşısı, məni anlamaq üçün
danışdıqlarımdan çox,
susduqlarımı dinləyin.

Kimsəyə heç bir şey öyrədə bilmərəm, yalnız, onların düşünmələrinə kömək edə bilərəm.

Bir şeyləri dəyişdirmək istəyən insan, işə, əvvəl özündən başlamalıdır.

Özünü tapmaq istəyirsənsə, özün üçün düşün.

Sorğulanmayan həyat, yaşanmağa dəyər deyil.

Dürüst bir insan, hər zaman uşaqdır.

Bir hakim, yaxşı niyyətlə dinləməli, ağılla cavab verməli, sağlam düşünməli, tərəfsiz qərar verməlidir.

Nə qədər az şey istəyirsənsə, o qədər Tanrıya yaxınsan.

Təhsilin, bahalı olduğunu düşünürsünüzsə, cəhalətin bədəlini hesablayın.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ÖZÜN OLMAQ CƏSARƏTİ: ŞÜBHƏ VƏ İNANCDAN GÜVƏNƏ DOĞRU

Azadlıq, bir məqsəd deyildir. Azadlıq, insan üçün sadəcə bir fürsətdir.

İnsanların hardasa hamısı, çoxluq içində özünü güvənli hiss edər. Hardasa hər kəsin bir millətə, bir ailəyə, bir dinə mənsub olması, bir quruluşa və ya bir siyasi partiyaya üzv olması; insanlarınşübhə özlərini bağlayacaq zəncirlər tapmağa davam etmələri, güvən duyğusu üçündür. İnsanlar, bu zəncirlər, bu bağlar içində rahatlaşarlar. Bu bağlar artıqlaması ilə güvən verər və heç bir məsuliyyət yüklənməyini gərəkli etməz. Arxanı bir topluma, dövlətə, ailəyə, dinə və ya təqsiri və məsuliyyəti üstünə ata biləcəyin hər hansı bir şeyə söykənməyin, sənə saxta bir güvən duyğusu verər.

İnsanlar nə üçün güvənmirlər? Bunun səbəbi sadədir; çünki insanlar öz zəkalarına, öz hərəkətlərinə güvənmirlər. Özü olmaq məsuliyyətini almaq yerinə, özünü bir yığına, topluma, dövlətə və ya bir qrupa təslim etmək daha asan görünür.

İnsanlar hər nə qədər azadlıq istəyir kimi görünsə də, içdən içə azadlıqdan qorxurlar. Məsuliyyət götürmək, hər hərəkətinin fərqində olma disiplini, aydınlanmaqdansa, asan yolu seçməyə üstünlük verir. İnsan, azadlıqla yolunu azacağını zənn edir. İnsan azadlıqdan qorxur. Çox az insan, həqiqətən azad olmağa, öz məsuliyyətini üzərinə götürməyə hazırdır. Bu günə qədər çox az insan öz rahat həbsxanalarından çıxmış vəziyyətdədir.

Sən qorxanda, özünə güvən duymayanda, varoluşa güvənməyəndə, şübhə su üzünə çıxar. Aldadılmaqdan qorxmaq, öz zəkanın, öz qəlbinin yoluna güvənməməyin, böyük güvənsizlik yaradır. Halbuki, güvən sənin sərhədlərini qaldırar. Daha axıcı, daha böyük, daha bütöv zəkaya və cəsarətə sahib olmağını təmin edər. Sən bütünlüyünü hiss edəndə daha dərin bir fərqindəliyə qovuşduqca böyük bir qəlbə gərək olur. Özünü qorumağın, sənin inkişaf etmə potensialını ortadan qaldırar, həyatı izləməyinə səbəb olar, bilinməyənə addım ata bilməzsən. Bilinəndən qurtulmaq, həqiqəti axtarmaq, özgürləşmək deməkdir.

Zəkana güvənirsənsə, bilinməyənə, yaradıcı olmağa, ürəyini açmağa, addım atmağa, yeni olana açıq olarsan. Güvənin, özünü qorumağa yönəlik yox, özünü gerçəkləşdirmək, öz məsuliyyətini üzərinə götürməyin üçün var olmuş olar. Bilinməyən, yeni olan insanın özünü gerçəkləşdirməsi üçün bir fürsətdir, içindəki yaradıcı gücləri sərbəst buraxması üçün bir hədiyyədir.

Şübhə, hər zaman müdafiə altındadır, güvən isə sənə hər qapını açar, hər fürsəti açıq saxlayar. Sənin fərqindəliyini kəskinləşdirməyini təmin edər. Hər nə olura olsun, hər nə gəlirsə gəlsin, öz zəkana güvənməyin, fərqindəliklə hərəkət etməyin, o mübarizəni, o riski qəbul etməyindir. Həyatın və yeninin, bilinməyənin gətirdiyi risklə qorxmaq və özünə şübhəqapanmaq, saxta səbəblər tapmaq yerinə həyata açıq olmaq, bundan coşğu duymaqdır.

Qorxu, insanın, ətrafına divarlar hörməsidir, özünə qapanmasıdır. O, davamlı olaraq daha çox bilgi, daha çox açıqlama, daha çox and istəyər. Qorxan bir insanın başqa bir insanla qurduğu ünsiyyət,  gerçək bir ünsiyyət, münasibət deyildir. O, özünə yönəlikdir, qorxuları tərəfindən idarə olunmaqdadır. O, başqasını həqiqətən tanımaq və ya anlamaqla bağlı deyil, özünü qorumaq, güvən altına alamaqla bağlıdır. Özünə qapanan bir insan, həyata və digər insanlara açıq deyil. Çünki, özünə güvənməyən bir insan başqalarından və münasibətlərindən daima şübhə duyar, qorxar.

Bilməmək, əslində, həyatın özüdür, həyat, bizi tam da bu cür istəyər. Bilməmək, riskə getmək, zəkanın verdiyi cavabı görməyin, reaksiyalarından  və keçmişdən, bilinəndən, şərtləndirmələrdən qurtulmağın üçün gərəkli olan torpaqdır. Güvən ağacı, ancaq belə bir torpaqda boy ata bilər. Bilinməyən, fərqindəlik üçün, hər hərəkətini fərq edərək gerçəkləşdirməyin üçündür.

Azadlıq, məsuliyyəti öz üzərinə götürməyin və hər sözündən, hər hərəkətindən, hər nəfəsindən məsul olmağın deməkdir. O, istədiyini etmək demək deyil, böyük bir disiplindir.

Həyatın anlamını tapmağa çalışmağın bir yararı yoxdur. Həyat, bir anlam yaratma fürsətidir. Həyat, qorxub gizlənmək, əsarət altında qalmaq, özünü zəncirləmək, keçmişə, bilinənə boyun əymək üçün deyildir. Həyat, yaşamağın, bilinməyəni və riski qəbul etməyin, özün olmaq məsuliyyətini üzərinə götürməyin, özgürləşməyin üçündür.

Sevgini anlamaq, sevgi dolu olmağını təmin etməz. Sən özünü anlamağa başlayıb qəbul edəndə, hərəkətlərinin, sözlərinin məsuliyyətini öz üzərinə götürəndə özünü sevməyə başlaya bilərsən. Sən sevgi ilə hərəkət edəndə, sevgi ilə axanda, sevgi, gerçək anlamını tapa bilər. Sevgi, sadəcə beş hərfli bir kəlmədir, sevmək isə öz təcrübəndir.

Bütün bilgilər borcdur, sən təcrübə etmədiyin müddətcə hamısı həqiqət haqqındadır, həqiqətin ətrafında dolaşmaqdır. Həqiqətə yaxın ola bilər, uzaq ola bilər, başqası üçün həqiqət ola bilər amma sən kəşf etmədikcə, sənin həqiqətin ola bilməz. Bilginin, bilməyin sonu yoxdur. Nə qədər bilirsən bil, yenə də əskik qalar. Bilgiləndikcə, anladığın tək şey, Sokrat kimi, heç bir şey bilmədiyin olar.

Bunu anladığın zaman, xaricdən gələn bilgi, sənin həqiqətin yerini tuta bilməz. Bir müddət sonra bilgilər səni dustağı halına gətirər, onlarsız hərəkət edə bilməməyə, daha çox öyrənməyə çalışarsan. Bunun sonu yoxdur. Bilgi səni daha fərqində, daha keyifli, daha minnətdar yaşamağına köməkçi olursa, şüurlanma yolunda sənin həqiqətlərinə çevrilərlər. Onlara açıqsan, təcrübə edirsən.

Öz şüurun üçün başqa reseptlər, başqa xəritələr, başqa rəhbərlər sənə sadəcə yolu göstərə bilər. Öz təcrübə etdikləri yolu, amma bu yolu gedəcək olan insan sənsən. Yolu bilməklə o yolda yerimək fərqli şeylərdir.

Açıqlamalar, daha çox bilgilər, hər zaman, tanış olanşübhədan hərəkət etmə istəyi… Halbuki, həyat bu andır və davamlı olaraq dəyişməkdədir. Heç bir şey eyni qalmaz. Varoluşda hər şey, davamlı olaraq yenilənər. Sən planlar edərkən həyat dəyişməyə, yenilənməyə davam edər. Həyat, tanış yollar yox, yeni yolculuqlardır. O böyük bir sirrdir, böyük bir mazcəradır, içinə atlamaq lazımdır.

Dünyada, hər kəs bir ailənin, dövlətin, dinin üzvü ikən, siyasi bir partiyanın tərəfdarı ikən, adətlərin, ənənələrin başqsısı altında ikən özgürləşmək mümkün  deyildir. Bunların hamısı bir güc mərkəzidir, bir qurumdur, bir iqtidardır. İnsanlar üçün durmadan saxta, süni güvən yaradıb bunun qarşılığında gerçək özgürlüyünü istəyər.

Bu qədər yurddaş, bu qədər oğul, bu qədər iman edən var amma dünya acı içindədir. Bu son dərəcə ironikdir, bu necə olur? Ortada, sözdə çox vətəndaş, övlad, iman edən var amma böyük bir xaos, böyük bir acı hakimdir.

İnsanlara, inanmaları, boyun əymələri, qaydalara uymağı öyrədilir. Güvən bir təcrübə yox, bir inanc olduğu zaman, bir alış-verişə, ticarətə çevrilər. Qarşılığında azadlığını təslim etdiyin bir alış-verişə… Təcrübə etmək, sorğulamaq, həqiqətin yoluna çıxmaq öyrədilməz.

Əsarət bəlkə səni tox saxlayar amma əsla gerçək bir məmnuniyyət verməz. Özünü gerçəkləşdirmədiyin hər an, başqalarının, minlərlə il öncəki fikirlərin, qanunların, sözlərin həyatını yaşayırsan, deməkdir. Səndən çox çox öncə varolmuş durumlara, sözlərə, insanlara boyun əyirsən, onlar sənə hökm edir.

Sənə, davamlı olaraq bir şeylərə inanmağın öyrədilər. Belə ki,  güvənin belə inanmaq olduğunu, inancla bağlı olduğunu söyləyərlər. Çünki heç kim sonsuza qədər şübhə ilə yaşaya bilməz, şübhə, insanı davamlı olaraq, narahat edər. Hər zaman sıxıntı içində, iztirabla yaşamaq çətindir. Sən də inanmağı seçərsən, bir başqasnın sözünə, hərəkətinə, bilgisinə inanmaq… Öz təcrübənə, zəkana yox.

Bir dəfə fərq etdiyin zaman, artıq, inancın ətinə, sümüyünə işləməsinə icazə verməzsən. Sən sorğulamadan, şərtlənmələrini fərq etmədən, şüursuz hərkət etməzsən. Şüur səni özgürləşdirər, təcrübə, həqiqətə çatmağın üçün bir fürsət təqdim edər.

Sən, bütün borc alınşübhəmış fikirlərdən, inanclardan, doqma və qadağalardan qurtulduğun zaman azadlıq səni içinə çəkməyə başlayar. Varoluşun təzə nəfəsi içini doldurar.

Artıq bir dilənçi deyilsən, bir kopiya deyilsən amma ilk dəfə özünsən.

Unutma ki, güvən fərdi, inanclar toplumsaldır. İnanclar dirədilər, güvəni heç kim sənə dirədə bilməz. İnancın içində hər zaman eləcə qalarsan, pəncərəni, qapını başqa sözlərə, başqa inanclara bağlayarsan. Öz inancının ən yaxşı olduğuna elə inanarsan ki, özün sorğulmaqdan, digər inanclardan üstün görərsən. Və ən kiçik bir təsrlik olduğu zaman, inancın sarsılmağa başlayar. O, sevdiyin birini itirməyin qarşısında itirsə, o hər hansı bir tərslik halında sənə acı verirsə, sənin həqiqətin olmamışdır. Birdən inancsızlıq hər tərəfini əhatə emişdir, şübhələr, su üzünə çıxmışdır. Əslində, sən inanmırdın, inandığın hər nə isə onunla alış-veriş halında idin. Səni qoruduğu, sənə yaxşı olduğu müddətcə özünü aldadırdın.

İnancdan və inancsızlıqdan azad ol. İnancın yox ola bilər amma güvənin yox edilə bilməz. İnanc, səni davamlı olaraq dayandırar, sənin gerçəyə, sorğulamağa arxa çevirməyini istəyər. İnanc, şübhəni də dayandırmaq istəyər, bir tiryək, bir dərman kimi keçici olaraq acını sakitləşdirə bilər. O sənin həqiqətin olmadığı müddətcə sadəcə bir vəddən ibarətdir. Durmadan bir şeylər vəd edər amma gerçəkləşdiyi heç görülməmişdir.

Hər qaranlığın sonunda günəş doğular. Hər kəs bu yolculuğu edərək həqiqətə çata bilər. Bu yolculuğu, sənin üçün başqası edə bilməz, sənə necə olacağı mövzusunda bir xəritə çəkə bilməz. Yolunu sən özün çəkməlisən. Şübhə və qorxu normaldır, lakin ona yapışıb qala bilməzsən. Şübhə və qorxu dolu olmaq, yaşamaq yox, hər gün ölməkdir. Bilinməzi və riski qəbul etdiyin zaman zəka, fərqindəlik və azadlıq başlayar.

Yolculuq uzun və çətin ola bilər amma azadlıq hamısına dəyər.

Mənbə: blog.milliyet.com.tr
Hazrıladı: Fidan Aslanova 

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 15 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook