YORĞUN OYANMAĞIN 9 SƏBƏBİ

Yetərincə su içməmək, orqanizmin lazımınca dəmirlə təchiz olunmaması və digər səbəblər yorğunluğa səbəb ola bilər. Bəs başqa nələr yorğunluğa səbəb ola bilər? “Health” adlı internet saytında yazılan xəbərə görə, yuxusuzluq sadəcə enerjini bitirmir, həm də fiziki və ruhi olaraq sizi yorur. Beləliklə, yuxusuzluqdan başqa sizi gün ərzində yoran səbəblər:

1. YETƏRİNCƏ SU İÇMİRSİNİZ

Orqanizmin susuz qalması enerji səviyyəmiz üzərində önəmli rol oynayır. Susuzluq qan həcminin azalmasına, səbəb olur və qan qatılaşır. Qəlb döyüntüləri zəifləyir. Əzələlərə, orqanlara gedən oksigenlə qidalanma zəifləyir. Yorğunluqdan qaçmaq üçün yetərincə su için.

2. LAZIMİ MİQDARDA DƏMİR QƏBUL ETMİRSİNİZ

Özünüzü gücsüz hiss edirsinizsə, diqqətinizi bir yerə çəmləşdirməkdə çətinlik çəkirsinizsə dəmir çatışmamazlığınız ola bilər. Anemiya riskini azaltmaq üçün dəmir qəbulunu artırın. Dəmirlə zəngin qidalar qəbul edin. Yağsız ət, yumurta sarısı, yaşıl yarpaqlı tərəvəzlər, yer fıstığı və s. qəbul edin.

3. SƏHƏR YEMƏYİ YEMİRSİNİZ

Gecə yediyiniz qidalar səhərə qədər həzm olunur, səhər oyandığınızda isə qəbul etdiyiniz qidayla orqanizminizi yeni günə hazırlamalısınız. Səhər yemək yeməsəniz tənbəlləşərsiniz. Səhər yeməyi metobolizmanı hərəkətə gətirir. Səhər yeməyində təmiz yağlar, yağsız protein, meyvə-tərəvəz və s. yemək məsləhətdir.

4. AYAQ ÜSTÜ YEMƏKLƏRDƏN ÇOX İSTİFADƏ EDİRSİNİZ

Şəkər və bəsit karbohidratlarla zəngin olan qidalar qısa vaxtda sizə güc verər. Qan dövranındakı ani yüksəlmələr isə yorğunluğa səbəb olur. Hər yeməkdə yağsız protein qəbul edərək, qandakı şəkərin sabitliyinə şərait yaradın. Sobada toyuq, balıq, meyvəli, toyuqlu salat yaxşı seçimdir.

5. ÇOX MÜKƏMMƏLİYƏTÇİSİNİZ

Mükəmməl olmaq istəyiniz çox çalışmanıza və yorulmanıza səbəb olur. Bu səbəblə seçdiyiniz hədəflərdə gerçəkçi olun. Proyektlərinizi gerçəkləşdirmək üçün vaxt məhdudiyyəti qoyun və buna əməl etməyə çalışın. İşləriniz tez olsun deyə, özünüzü çox yormayın.

6. PROBLEMLƏRİNİZİ BÖYÜDÜRSÜNÜZ

Hər mövzuyla bağlı əndişələnir və kiçik problemləri böyüdürsünüzsə, bu əndişə zehni baxımdan sizi çox yorar. Özünüzü bu düşüncələrlə yormayın, dərin bir nəfəs alın. Qayğılarınızı dostlarınızla bölüşün.

7. İŞ YERİNİZ ÇOX QARMAQARIŞIQDIR

İş yerinizdə dağınıq bir stol sizi zehni olaraq yorur, diqqətinizi mərkəzləşdirməkdə çətinlik törədir. Hər iş gününün sonunda işlərinizi bitirdikdən sonra, şəxsi əşyalarınızı qaydaya salın, səliqəli şəkildə yerbəyer edin. Bu ertəsi gün, günə pozitiv başlamanıza səbəb olacaq.

8. YATAĞINIZDA İNTERNETDƏN İSTİFADƏ EDİRSİNİZ

Telefonun, kompüterin istifadəsi yuxunu qaydaya salan melotonin hormonunu durduraraq orqanizmin təbii ritmini pozur. Bu səbəblə yatmadan bir neçə saat öncə elektron cihazlardan uzaq durun.

9. GÜN ƏRZİNDƏ ÇOX QƏHVƏ QƏBUL EDİRSİNİZ

Araşdırmalara görə gündə 3 fincan qəhvə sizin üçün faydalıdır. Amma yatmadan 6 saat öncə alınan kofein də yuxunun pozulmağına səbəb olur. Bu səbəbdən günortadan sonra qəhvə içməməyiniz məsləhətdir.

Hazırladı: Psixoloq Rübabə

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ

Fobiyanın aşkar edilməsində Zanqın özünüqiymətləndirmə cədvəlindən istifadə edilir. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən “nadir hallarda”, “arabir”, “tez-tez” və ya “əksər hallarda” cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun effektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir.
Cədvəlin tətbiqetmə qaydası:
Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir. Cədvəlin tam doldurulması bir neçə dəqiqə çəkir. ZARS cədvəlinin 20 bəndinin hər birinə cavab verilməlidir. Alınan cavablar qiymətləndirilərək ümumi bal hesablanır.
Sonda bu cədvəli sizə təqdim edirəm.

ZANQIN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ TƏŞVİŞ CƏDVƏLİ:

1. Mən özümü adi halimdan daha əsəbi və təşvişli hiss edirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

2. Mən səbəbsiz qorxu hissi keçirirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

3. Məni asanlıqla məyus etmək və ya vahiməyə salmaq olar:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

4. Mən hiss edirəm ki, özümü ələ ala bilmirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

5. Mən hiss edirəm ki, hər şey yaxşıdır və heç bir pis iş baş verməyəcək:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

6. Mənim əllərim və ayaqlarım titrəyir və əsir:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

7. Mən başımda, boynumda və kürəyimdə olan ağrılardan əziyyət çəkirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

8. Mən özümü halsız hesab edirəm və tez yoruluram:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

9 Mən özümü sakit hiss edirəm və asanlıqla bir yerdə qərar tuta bilirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

10. Mən özümdə ürək döyüntülərinin tezləşməsini hiss edirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

11. Məndə başgicəllənmələr olur:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

12. Məndə bayılmalar olur (ürəkkeçmələr), hiss edirəm ki, bayılacam:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

13. Mən rahat nəfəs alıram:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/ həmişə

14. Mən əl və ayaq barmaqlarımda giziltilər və keyimələr hiss edirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

15. Məndə mədə ağrıları və həzm pozuntusu olur:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

16. Mən sidik kisəmin dolu olduğunu hiss edirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

17. Mənim əllərim quru və istidir:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

18. Mən üzümdə istilik hiss edirəm və qızarıram:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

19. Mən yuxuya asan gedirəm və rahat yatıb dincəlirəm:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

20. Məni dəhşətli yuxular narahat edir:
Nadir hallarda/ heç vaxt
Arabir
Tez-tez
Əksər hallarda/həmişə

ZARS CƏDVƏLİ ÜZRƏ BALLARIN HESABLANMASI:
Zanqın öz-özünü qiymətləndirmə təşviş cədvəlinin 1, 2, 3, 4, 6, 7, 8, 10, 11, 12, 14, 15, 16, 18 və 20-ci bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: “nadir hallarda” – 1; “arabir” – 2; “tez-tez” – 3; “əksər hallarda” – 4. Cədvəlin 5, 9, 13, 17 və 19-cu bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: “nadir hallarda” – 4; “arabir” – 3; “tez-tez” – 2; “əksər hallarda” – 1.

ZARS CƏDVƏLINDƏ ÜMUMİ BALIN HESABLANMASI:
20-44 – Norma
45-59 – Yüngül və ya orta ağır dərəcəli təşviş pozuntusu
60-75 – Ağır dərəcəli təşviş pozuntusu
75-80 – Son dərəcədə ağır olan təşviş pozuntusu
Xatırladım ki, bu testi edərkən son bir həftədəki vəziyyətinizi nəzərə alaraq cavab verin.

Mənbə: az.wikipedia.org
Hazırladı: Psixoloq Rübabə

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +39 (from 41 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus