TANIMAQ İSTƏDİM…

tanımaqİnsanların bir-birini tanıması, olduğu kim qəbul etməsi üçün müəyyən bir zaman lazımdır. Bu zamanı aşa bilmək elə də asan deyil. Çox vaxt münasibətlərin yarıda qırılmasının səbəbi tələskənlik, psixoloji dözüm səviyyəsinin aşağı olmasıdır. Bu hansısa bir iş görərkən qarşımıza çixan çətinliklərə məğlub olaraq işi dayandırmamız , işin sonuna çatmadan, nəticə əldə etmədən geri çəkilməmiz kimidir. Münasibətlərdə rastlaşdığımız ilk qarşıdurma, bir insanı ilk rastlaşdığımız qüsuru ilə eyniləşdirməmizdir. Qüsurlar qəbuledilməzdir deyə düşünürsünüzsə, o zaman elə indi düşünün, sizin heçmi qüsurunuz yoxdur? Sözsüz ağlınıza bir nöqsanınız, bir qüsurunuz gələcək. Bəs bu qüsurla sizi ətrafda heç kəs qəbul etməsə necə? Yəqin ki, heç kim təcrid olunmaq istəmir.
Bir insanı tanımaq istəyiniz ona olan sevginizdən irəli gəlir. Əgər hər şeyi yarıda qoymağa hazırsınızsa sevginizdə problem var.

“Sevginin təzahürlərindən biri də tanımaqdır. Tanıma üsullarının içində ən asanı, sevgi ilə tanımaqdır. Bunlar iç-içə olan əməllərdir. Sevdiyiniz qədər tanıyar, tanıdığınız qədər sevərsiniz. Cəmiyyətimiz tanımadan sevənlərlə, sevdiyini iddia edənlərlə doludur. Doğrusu bunu necə bacardıqlarını bilmirəm. Çünki bu növ sevgilərin ömrü də olmur, tanıyıncaya qədər davam edir.
Bir də tanıdıqca artan sevgi vardır ki, belə biri olmaq böyük bir lütfdür. Allah da tanıdıqca sevilir.
Sevgi tanımanın ən qısa yoludur. Çünki sevmək sevilməyi gətirir. Bu əməlin qərərgahı ÜRƏKdir və sevmək Insanın Qırxıncı Otağı olan ürəyində birini qonaq etməsidir. İnsanın sirri məhz o otaqdadır.
İnsanı tanımaq üçün oranı görmək lazımdır, yəni sevilmək. İnsana tanınmaq üçün isə orada görmək lazımdır, yəni sevmək. Əlində sevginin giriş kartı olmayan o otağa ordu ilə gəlsə də girə bilməyəcək, görə bilməyəcək, tanıya bilməyəcək.”( Mustafa İslamoğlu)

insanları tanımaqTanıyana qədər uzaqlaşmayın, yetərincə tanısanız heç uzaqlaşan da deyilsiniz. İncidiyiniz hallar olsa belə, bunu arada olan sevginin, dostluğun, münasibətlərin xatirinə yoluna qoya bilərsiniz. Bircə əsəbiykən qərar verməyin, bircə bir-birinizə sonralar peşman olacağınız sözlər deməyin. Onsuz da qısa olan həyatın harda sona çatacağından xəbərsizik. Ən gözəl olanlar da bir gün sona çatacaq. Elədirsə, niyə biz bitirək?
Nə qədər ki, həyatdayıq tanımağa çalışaq. Bəlkə mən də nə vaxtsa tanımaqdan vaz keçəcək hala gəldim, amma keçmədim. Çünki tanımaq istədim…

Müəllif : Psixoloq R_M

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

ŞAYƏ VƏ DEDİ-QODU

qeybət,dedi-qodu,şayəHər zaman bəşəriyyətin əzab çəkdiyi yolxucu xəstəliklər olmuşdur. Bunlardan ən betəri mənəvi xəsətliklərdir. Özü də yolxucu. O, fərddən başlayaraq onun özünü də ətrafını da, bütövlükdə cəmiyyəti də içdən yeyib dağıdar, parçalayar. Önyarğı, qeybət, şayə, dedi-qodu və s. kimi yolxucu mənəvi xəstəliklər. Şayə və dedi-qodu mənbəyini də, daşıyıcını da, dəydiyini də çirkləndirər, yoluxdurar. Mənbəyi qalar bir qıraqda, ortada olan daşıyıcılar olar. Ən pisi də budur. Baxın, Malariya xəstəliyi deyilən kimi adamın ağlına ilk olaraq ağcaqanad gəlir. Şayə və dedi-qodularda da belədir. Mənbəyindən daha çox daşıyıcıları təhlükəli olur. Ən yaxşısı:

1. Heç qulaq verməyin belə şeylərə. Əlavə yüklə yüklənməyin. Bunlara qulaq verdikcə bunların niyə sizə deyildiyini, başqası haqqındakı danışığa ortaq olmağın iyrəncliyini düşünün.

2. Yox əgər bu və ya digər səbəbdən qulaq verdinizsə, o zaman yerindəcə söndürün, alovlandırmayın. Yerində söndürmək nədir? Deyilənlərin vacibinə yetmək, araşdırmaq, həmin adamın cavabın vermək, yeri gələrsə üzləşdirmək lazımdır.

3. Onu da etmədinizsə, o zaman qeybəti edilən adamla rastlaşanda “filankəs sənin haqqında belə deyir, amma demərəm kimdir” deyib hədəfi şübhəyə salmayın. O ətrafına, yaxınlarına şübhə ilə yanaşmağa başlayacaq. Ayrıca, bunu etməklə dərdiniz nədir? Faydanız onsuzda olmayacaq. Demək ki, dərdiniz məsələnin həlli deyil, sadəcə ya tənə etmək, ya nəyisə sübut etmək, ya da yeni nəsə öyrənməkdir.

dedi-qodu,şayə.2jpgBu, real həyat mücadiləsidir. Hər an dedi-qodu edə bilər, şayələrə daşıyıcı olar və bilmədən ətrafımızı bulandıra bilərik. Bu səmimiyyətsizlik və namərdlik yaradır, hədəfi kim olur olsun. O üzdən bacardıqca bu durumlardan uzaq qalın. Əgər hədəfə çevrilmisizsə, onda ilk öncə onun daşıyıcısını izolə edin, uzaqlaşdırın. Mənbə də onunla birgə öləcək. İnanın, ən faydalısı budur. Hətta şayələr həqiqət olsa belə onu yayanın, saxlayanın təhlükəliliyini aşikar etmiş olursunuz. Onsuzda etdiyiniz səhvi düzəldəcəksiniz. Amma bunun qədər də vacib olan bir iş daha var. Şayə, dedi-qodu eşidib araşdırmayan, onun mənbəyini də gizlədərək bəlli olmayan məqsədlə sizə çatdıran daşıyıcıları da izolyasiya edin, təcrid edin, uzaqlaşdırın.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
16   0  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus