NƏLƏRİ KƏŞF ETDİK?

Xüsusi

nələri kşf etdik-din-fəlsəfəİnsanlıq tarixinə nəzər saldıqda insanoğlunun nələrdən keçdiyi və haralara gəldiyi insanı heyrətə salır. İlk çağlardan təbiətin bir parçası olaraq bilinən insan, zaman-zaman bu vəhdətin özünə qarşı gəlməyə başlamışdır. Hətta özünü bütün canlılardan üstün saymışdır. Dini mətnlərdə bunun Tanrı tərəfindən seçilmiş bir vəzifə olduğu yazılır. Bütün bu yolçuluğa bir çıraq tutsaq, belə bir uzlaşmanı həmqafiyə edə bilərik:

Cəsarət mədəniyyətin,
Ədalət mülkiyyətin,
Ölçülülük dinlərin,
Müdriklik də fəlsəfənin doğuşunu ifadə edir.

Gəlin birlikdə səyahət edək. Baxın, ilk insanlar təbiətdən ayrılaraq öz kültürlərini formalaşdırdılar. Bunu cəsarətin hesabına etdilər. Təbiətdən ayrılmaq bir cəsarət, sonra ona qarşı gəlmək iki cəsarət. İnsanoğlu üçün mədəniyyət, onun bilmədiyi çevrələrin fəthi və mənimsənməsidir. Bu, ərazicə fəthdən daha çox özünü tanıma prosesidir. Özü ilə, öz gücü ilə tanış olaraq işğallar edən insanoğlu, əldə etdiklərini mülkiyyətinə çevirdi. Mülkiyyətini təbiətdən ayrı tutsa da həmcinsi olan insandan tam ayıra bilmədi. Çünki o, artıq öz çevrəsi, öz kültürü olan sosial bir topluluqdur. O halda ədaləti dünyaya gətirdi. Ədalət, mülkiyyətin insan həyatında hansı yerdə olması üçün bir duyğu mərhələsidir. Hər kəs onu öz fonunda görər. Sonra isə toplumun ədaləti formalaşar.

Bəs cəsarətin, ədalətin ölçüsü nədir? Axı bunlar mücərrəd anlamlardır -deyə düşündü insan. İnsan bunların hardan gəldiyini düşünərək bunların necə istifadəsini də tapdı. Çöldəki bütün ölçüləri tənzimləyəcək insan ruhunun ölçüsüdür. İnsan isə buna tam vaqif deyildi. Və buna ehtiyac duydu və dini kəşf etdi. Din, ölçünün mənbəyi haqqında düşüncəni cəmiyyətin içinə transfer edən bir sistem oldu. İlahi məqamdan səsləniş, cəsarətli insanın ədalət ehtiyacına konkret ölçü qoyacaq ən ali bir nota idi. İnsan bildiklərini ancaq bilmədiyi bir mənbə ilə tənzimləyə bilərdi. Çünki hələ də bilmədiyi o mənbədən qorxur və idarə olunmaq istəyirdi. Bütün bu axtarışlar içində var-gəl edib minilliklər adlayan insanoğlu, bu düşüncələri ilə beyninin yeni sirlərinə vaqif olmağa başladı. İnanan və idarə olunan insan daha da özgür olmaq istədi. İndi daha çox düşünmək və səy etmək istədi. Müdrikləşdi və bu müdrikliyi sevənlər fəlsəfəni ithaf etdilər tarixin bağrına.

fəlsəfə-sualFəlsəfə, sual vermə sənətidir sanki. O cavaları ilə deyil, sualları ilə azad hiss etdirər insanı. İnsanı daha irəli ayaq basmağa sövq edər, şirnikləndirər. Fəlsəfə sərhədləri zorlayar, amma hər yerə öz sərhəddini çəkər. Bütün suallar birlikdə böyük bir sual işarəsi formasında sərhəd çizər. İnsan daim bu işarə içində var-gəl edər. Hətta bəzən cavabın elə bu suallar olduğu ilə qane etdirər insanı. Rahatsızlığın ərdəm olduğunu aşılayar.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

KİTAB VƏ QURAN

kitab və quran

Qısaca olaraq, Kitab deyilən şey yaşanılan həyatın hamısıdır.

KİTAB; Oxunacaq olan hər şey hökmündədir. Bu yazılı da ola bilər, vizual da ola bilər, yaşayış və gedişat da ola bilər.
QURAN; Bu oxuma hökmündə olanlardan çıxarılan doğru mənadır, doğrulardır.

KİTAB deyilən şey QURANDA 3 şəkildədir:

1. El kitabe – bu xam məlumatdır. Yeni qarşılaşdığın, lakin tərkibini başa düşə bilmədiyin, anlamadığın hər cür hadisə, şəhər, münasibət, məlumat, kitab, insan, həyat bu sıradandır.
2. El kitabü – bunların sənin tərəfindən başa düşülmüş, dərk edilmiş halına deyilir.
3. El kitabi- Elkitabe-ni Elkitabü-yə çevirmək üçün lazım olan hər cür vəsaiti ifadə edir. Bunlar zaman, məlumat, TƏVİL, çalışma, fədakarlıq, zəhmət və s.-dir.

QURAN deyilən şey də QURAN-da 3 şəkildədir:

1. El kurane- Həyatdan çıxarılan doğruları ifadə edir. Əhatə dairəsi genişdir.
2. El kuranü- Yazılı vəhydən əldə edilən doğruları ifadə edir.
3. El kurani- istər elkuranü, istərsə də elkurane-dən əldə edilənlərin vəhdətidir.

 Quran deyilən şey isə bunlardan əldə etdiyin DOĞRULARDIR. Bu əhatə dairəsinə hər şey daxil ola bilər.

Bütün yazılan tərcümələr KİTAB hökmündədir.

Bütün yazılan tərcümələr KİTAB hökmündədir.

KİTAB-da hər cür MƏSƏLLƏR çəkdik deyərkən nəzərdə tutulan bu anlayışların hamısıdır. Quran Kitabın içindədir. Eynilə bir qoz kimi. Mən qoz yedim və ya qarpız yedim deyərkən, qarpızın və ya qozun qabığını (KİTAB) yediyimi deyil, içini yediyimi (QURAN) nəzərdə tuturam, amma biri çıxıb kitab=quran desə, bu halda qozu, qapızı və ya portağalı qabığı ilə yediyini iddia etmiş olar!
KİTAB deyilən şey MEKNUN, yəni içindəkinin qoruyucusu xüsusiyyəti ilə QURANI içində daşıyır.

Əsas olan şey QURAN-dır. Qarpız alarkən kəsilərək alınır, deyilmi? Yəni, qarpızın xarici görünüşü səni maraqlandırmır. Əsas içinə baxırsan. Qarpızın xarici görünüşü yaşıl olmasına baxmayaraq, içi qırmızı olsa onu alırsan. Məhz QURAN ilə KİTAB arasındakı fərq bu formadadır. Bunların ikisi də eyni şey deyil.

Bütün yazılan tərcümələr KİTAB hökmündədir. Bunları qəbul edərkən tələsməməli, “KƏSƏRƏK, YARARAQ” almalıyıq. İçinə baxmalıyıq. İndiyə qədər heç bir alim bu fərqi bu şəkildə ortaya qoya bilmədi və milyonlarla insanı azdırdı. Qısaca olaraq söhbət bundan ibarətdir..!

Hazırladı: Erkin Qiyasi

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +22 (from 26 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

“MƏN”-dən “BİZ”-ə. ÜNSİYYƏT

MƏN – ÜNSİYYƏT – HİKMƏT – BİZ

Vahidlik, vəhdət – müxtəlifliklərin ünsiyyətindən, ünisyyət mədəniyyətindən formalaşır. Ünsiyyətin üzərində dayanmaq çox vacibdir, məncə də. Ünsiyyət ülfətdir, bağdır, əlaqədir. Hər bir şeyin arasında:

Allah insan
İnsan insan
İnsan təbiət

ünsiyyət-ülfət

“Biz”, “mən”-lərin ünsiyyət mədəniyyətində təzahür edər.

İnsan bu ünsiyyətlə BİZ olur. Allahla Biz, insanlarla BİZ, təbiətlə BİZ. Amma bu biz var olan hazır bir şey deyil məncə, bu ünsiyyətdən doğan halın adıdır. Bu sadəcə toplum deyil, bu şüurun köklənməsidir, bir prosesdir. Kökündə var olan MƏN durur. Bunu nəzərə almassaq nə ünsiyyəti, nə hikməti, nə də BİZ anlayışını qavraya bilmərik məncə.
Var olan MƏN-dir. “Biz”, “mən”-lərin ünsiyyət mədəniyyətində təzahür edər.
O üzdən fərdlərin şüurlanmasında, ünsiyyyətli şəkildə formalaşmasında böyük fayda görürəm.

Toplumun fərdi dəyişmədikcə, Biz o toplumu dəyişmərik. 13/11

Fikir verirsizsə, ön plana çəkilən toplum-camaatdır. Amma rasional olaraq bu toplum belə, fərdlərdən təşkil olunmuşdur. Demək, ən azı riyazi olaraq bir fərdin dəyişməsi, onun təşkil etdiyi toplumun dəyişməsinə bərabərdir. Fərqli bir baxış:
Dəyişən fərd topluma başqa gözlə baxmağa başlayır. İnsanlığa xas olan sevgi, mərhəmət və müjdə gözü ilə. Və bu halda da, onun gözündə toplum dəyişir. Hamının sui-zənn etdiyi bir cəmiyyətə o hüsnü-zənnlə baxır…

Bunun üçün nə etməliyik?
Məncə ilk öncə durumumuzu tədqiq etməliyik. Şübhələnməli, sorğulamalı və araşdırmalıyıq:
Kimik biz, kimin safında yer alırıq?
Baxın, artıq suallar verməyə başladıq. Məncə bu suallar bir atəş yaradar, içimizdə. Buna dərd də deyə bilərik. Dərd düşüncəyə götürər. Orda alacağınız var. Oxumaq, ifadə etmək, təmizlənmək, bəyan etmək, nurlanmaq və nurlandırmaq…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

HƏYATI NECƏ YAŞAMALIYIQ?

həyatı necə yaşamalıyıq“Həyatı necə yaşamalı?”, “Həyatda nə etməli?” kimi suallar soruşuruq. Bu suallar, fərdin gün ərzində edəcəklərini deyil, insanın həyatdakı mövqeyini sorğulayır. Bir hadisəni ya da edilənləri deyil, hadisələrə yanaşma tərzini şərh etmək hədəfi var. İnsanın özü ilə danışmasında, insanlığı düşünməsindədir. İnsanlıq ömrünü necə keçirəcəkdir? Olması lazım olan bir davranış varmı, necə yaşamaq lazımdır? Dərhal söyləməliyik ki, belə bir lazımlılıq yoxdur. İlk öncə, təbiətdəki digər varlıqların var oluşlarına baxaraq universal bir həyat tərzinin olmadığını söyləyə bilərik. Tam əksinə, fərqliliyin həyatın bir qanunu olduğu deyilə bilər. Yenə də, cəmiyyət halında yaşayan insanların bir-birini azad edən, eyni zamanda maneə törədən həyat sahələri vardır.

Həyatın gedişatı onu fərq edənləri çaşdırar. Həyatı sorğulayanlar həyat mexanizminin mürəkkəbliyi qarşısında heyrətə düşər. Həyatı müşahidə etməyənlər, parçası olduqları bütünə qarşı yadlaşırlar. Əslində, yadlaşmalarının fərqinə varırlar da deyilə bilər.
həyatı necə yaşamalı
Hər kəsin fərqli şəkillərdə yaşaması təbii vəziyyətdir. İnsan özündən başqasını narahat etməyəcək şəkildə yaşamalıdır. Başqalarının varlığına hörmətli olma, xoşgörüşlü davranma, ən əhəmiyyətli öncəliklərdir. Ancaq birlikdə varıq. Bütün varlıqlar bir-birinə bağlıdır. Həyatı necə keçirəcəyimizə dair ilk prioritetimiz birlik anlayışıdır. İnsan tək başına insan deyil. Heç tək başına olmamışdır. Ola da bilməz.

Həyatı necə yaşamalı sualına veriləcək cavablardan birincisi, “birlikdə” olmaqdır. Bu, ətraf mühitə qarşı məsuliyyətimizdir. İkinci prioritet də özümüzə dair məsuliyyətdir. Fərd olaraq yaşamanın bir səbəbi vardır. Biz həyatın müxtəlif sınaqlarıdır. Ayrı bir bütün olmağımızın səbəbləri vardır. Fərqlilik və təcrübə həyatın bilinən ən diqqətə çarpan xüsusiyyətləridir. İnsan, fərqlilik məxluqatda təbiətdən bir xeyli ayrılmış vəziyyətdədir. Millətlər, ailələr, qruplar, fikirlər deyərkən öz dünyalarımızı meydana gətirmiş vəziyyətdəyik. Təbii gedişatımız fərqli olmaq və dəyişik yanaşmalar sərgiləməkdir.

Yaşamaq tərzimizə bağlı ilk prioritetimiz birlikdəlik, ikinci prioritetimiz fərqlilik olmalıdır. Bir-birinə zidd olsa da, bu ikisi, insanın xəzinəsidir. Cəmiyyət olaraq insanlıq fərqliliyini formalaşdırırıq. Fərqliliyimiz də cəmiyyəti istiqamətləndirən, ona təcil qazandıran və ətrafımıza təsir xüsusiyyətimizdir. Fərd, digərlərinin diqtəsinə uymamalıdır. Özü mühakimə etmə və sorğulama qabiliyyətinə sahib olmalıdır. İnsanlıq tarixi ictimai birlikdəlik və fərdi fərqlilik sayəsində formalaşmışdır. Hər şeyi düşünüb, sorğulayaraq tətbiq etməliyik. Bir-birindən nifrət edən insanlar və sorğulamayan kölələr yox olmağa məhkumdur. Başqalarının varlığına hörmətli və sorğulayıcı fərdlərdən ibarət olan cəmiyyətlər hədəf olmalıdır. Həyatı ətrafımızla və düşünərək yaşamalıyıq.

Mənbə: www.dmy.info
Tərcümə edən: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus