BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR

Xüsusi

İnsanları anlamaq üçün yalnıız insan olmalısan. İnsanın başqa birini anlamağı üçün isə yalnız onun yerində olmağı lazımdır. İnsanın özünü anlamağı üçün isə özünün kim olduğunu dərk etməyi mütləqdir. Öz yerini itirmiş insan bütün həyatı boyu tənhalığa və iztirablara məhkumdur.

İnsanlar ağılları ilə deyil, hissləri ilə yaşamaq istəyirlər. Hislərlə yaşamaq mümkün olmadıqda isə başlayırlar iztirab çəkməyə.

Həyat nəzəriyyələr üzərində deyil, əməllərimiz üzərində qurulmuşdur. Həyat üçün sənin necə olduğun, nə düşündüyün, nə istədiyin, nəyə qadir olduğun, “yaxşı insan”olduğun qətiyyən əhəmiyyətli deyil. O, sənin nə etdiyinə baxır. Bəli, məhz nə etdiyinə. Əksəriyyətimiz həyatımızı elə yaşayırıq ki, sanki onun üzərində heç bir nəzarətə sahib deyilik. Ancaq məhz bizim yanaşmamız qərarlarımızı müəyyən edir, qərarlarımız da həyatımızı dəyişir. Öz uğursuzluqlarımızda özümüzü və ya digərlərini ittiham etməyimiz, məsuliyyəti öz üzərimizə götürməyimiz, yaxud da ondan boyun qaçırmağımız da məhz bu yanaşma tərzimizdən asılıdır.

İnsan psixikası mənfiyə kökləndiyi zaman qəlbdə olan bütün müsbət hisləri susdurur. O, ətrafda ancaq mənfi cizgilər görməyə başlayır. Buna görə də deyirlər ki, insan hisləri əsasında qərar verməyə və hərəkət etməyə meyllidir.

İnsan bəzən məsələlərə içdən deyil, kənardan nəzər salar. Məsələn, bəzən güzgüyə özümüzü görmək üçün baxarıq. Bəzən isə güzgüyə bir əşya kimi diqqət edər, nəzərdən keçirdərik. Bu zaman, əlbəttə ki, özümüzü görmək əvəzinə, güzgünün üstündə cızığın olub-olmadığını, ölçüsünü, formasını öyrənmiş oluruq. Bu, kənardan baxmağa misaldır. Əfsus ki, çox vaxt eşitdiyimiz mənalı, həyat dolu sözlərə, ibrətli hadisələrə özümüzü görmək, öz həyatımıza tətbiq etmək üçün nəzər salmırıq. Sözün ibrətinə deyil, surətinə baxırıq. Buna görə də eşidib-gördüklərimiz qəlbimizə işləmir.

Bilmək lazımdır ki, həyatda bütün işlər məhz niyyətlərimiz əsasında dövr edir və biz taleyimiz tərəfindən məhz niyyətlərimizə görə mükafatlandırılırıq. Niyyət yaxşı olduğu zaman görülən işdən onun sahibi də fayda götürər. Yox, niyyət düzgün olmazsa, edilən işdən gözəl nəticə alınsa da, bunun əməl sahibinə heç bir faydası toxunmaz.

Hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, cəmiyyət rənglərini verir. Çəkmək isə bizim öhdəmizdədir.

İnsan psixikası çox qəliz bir mexanizmə malikdir.
İnsan avtomobil qəzasına düşür. Bu zaman o, maşının içində sıxılmış halda qalır. Qəzadan sonra o, keçirdiyi qorxu, dəhşət, iztirab, acizlik, ümidsizlik kimi hisləri yadda saxlayır. Həmçinin bu hadisədən əldə olunmuş “sürətli sürmək təhlükəlidir və qəzaya səbəb olur”, maşında sıxışdığına görə “dar mühitlər qorxuludur, insan orda aciz və ümidsiz olur” kimi nəticələri də unutmur. Bax insanın sonrakı həyatına təsir edən də şüuraltında qeydə alınmış bu təəssürat və nəticələrdir.

Keçmişimizdən yaddaşlmızda bütün hadisələr deyil, yalnız bu cür qabarıq hislərlə ifadə olunmuş təəssüratlar qalmışdır. Yəni biz insanlar keçmişimizdən bizə daha çox sevinc və kədər gətirmiş təəssüratları yadda saxlayırıq; nifrət, ağrı, uğursuzluq, çarəsizlik, iztirab, itki, qorxu, məyusluq və həmçinin bunların əksi olan müsbət hislər. Ətrafın təsirinə bu cür həssas olan insan hər gün öz ruhunda nəsə əkir və nəsə düzəldir. Bəzən müsbət hislərdən təşkil olunmuş gözəl bir bağ, bəzən isə quraq və yararsız torpaqdan ibarət olan bir biyaban.

Təsəvvür edirsən, bir insanı uzun müddət həsrətlə gözləyirsən. Sevinc içindəsən, ürəyin az qalır partlasın. Ancaq o, gələndə görürsən ki, üzündə demək olar ki, heç bir hiss yoxdur. Bu zaman bütün sevincin havada məhv olub gedir, ürəyin əvvəl onun həsrətindən sıxılırdısa, indi onun bu laqeydliyindən, səni anlamamağından sıxılır. O isə sadəcə “salam, əhvalın necədir, Villi?”-deyir. Sonra da heç bir cavab gözləmədən başqa mövzudan danışır. Sən də onun gözlərinə baxaraq düşüncələrində deyirsən: “Sənin üçün çox darıxmışam. Hər gün yalnız sənin gəlişini gözləmişəm. Məktəbdə belə düşüncələrimdə yalnız sən vardın. İndi bir özün düşün, mənim halım necədir?!”

Tənhalıq… tənhalıq odur ki, bütün arzuların ancaq xəyallarında qala və həqiqət tapmaya. Tənhalıq odur ki, yalnız xəyallarında xoşbəxt olasan… Tənhalıq insanın özünü içində kimsəsiz hiss etməsidir… Tənhalıq İlahidən sənə bir hədiyyə kimi verilmiş ömrü zay etdikdən sonra dönüb geri baxaraq peşman olub göz yaşı tökməkdir… Tənhalıq yaşlananda yanında sənə yatmazdan qabaq dərmanını içmək üçün su gətirən doğma birinin olmamasıdır… Tənhalıq bu qocalar evində pəncərədən həyətə baxaraq xəyallara dalmaqdır. Tənhalıq keçmişə qayıdaraq həyatı yenidən yaşamaq istəyidir. Tənhalıq odur ki, elə hey nəyisə gözləyirsən, ancaq nə gözlədiyini bilmirsən, kimisə gözləyirsən, ancaq anlayırsan ki, o artıq gəlməyəcək…
Çıxıb gedirsən, bir kəsə bir söz demədən, izah vermədəm. Düşünürsən ki, yoxluğun hamı üçün, əsasən də sənin sevdiklərin üçün dözülməz olacaqdır. Ancaq sonradan anlayırsan ki, heç kim buna görə pis olmadı, ümumiyyətlə, heç kim bunun fərqinə belə varmadı.

İnsan sevincini, kədərini bölüşməyə, urəyini boşaltmağa, lazım gəldikdə məsləhət almağa, yol getməyə münasib bir munis axtarır. Bu axtarış bir müddət davam edir. Bəzən nə qədər axtarsa da, bu böyük dünyada bir nəfər də olsun ona qulaq asacaq, ona yoldaş olacaq şəxs tapa bilmir. Dünya insanlarla doludur, ancaq onların hamısı üçün yalnız özləri maraqlıdır. Heç kimi digərinin darıxdırıcı həyatı düşündürmür. Hamı üçün yalnız öz həyatı maraqlı və diqqətəlayiqdir. Hər kəs yalnız öz əsərini oxumaq, öz romanını yazmaq istəyir.

Hisslər güllər kimidir. Diqqət olunmayanda, baxılmayanda solur.

İnsanlar öz həyatlarını çəkən karandaş kimidirlər. Çəkdikcə də korşalırlar. Korşaldıqca isə dəqiq çəkə bilmirlər.

Bilmək lazımdır ki, hər şey ilk 10 saniyədə baş verir, ilk on saniyədə qarşımızdakını kobudlayırıq, ilk on saniyədə öz üzərimizdə nəzarəti itiririk, məhz bu on saniyədə mənfi fikirlər beynimizə daxil olur. Eyni zamanda da, elə bu on saniyədə səbr edirik, müsbət düşünürük…hər şey bu on saniyəylə başlayır.
On saniyədə insan yaxşı, ya da pis biri ola bilər.

Arzular yalnız istəklər əməllə birləşən zaman gerçəkləşir.

Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq , yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz!

İnsanların şirin sözlərinə aldanaraq qəlbini onlara açma! Qəlbindən ən dəyərli olan şeyləri ; ümidlərini, sevincini , …oğurlayacaqlar. Bax o zaman həqiqi tənhalıq və qəlbi boşluq ilə nəticələnmiş xəyanətin nə olduğunu anlayacaqsan.

Qadınları qısqandıran kişilərin başqasına olan diqqəti deyil, məhz özlərinə olan diqqətin azalması, özlərinin unudulmasıdır. Qadınlar unudulmasaydılar, bəlkə də, qısqanmazdılar.

Qadınlar kişilərə hər şeyi bağışlaya bilirlər. Ancaq kişiyə bağışladıqları səhvini hər dəfəsində xatırlatmaya bilmirlər.

Həyat sonu mütləq olaraq ölümlə nəticəlınən, müalicəsi olmayan bir xəstəlikdir.

İnsan uzun müddətli tənhalığa adət edir. Sonradan hər kəs bu tənhalığı pozsa, başlayır o adama öyrəşməyə.

İlk baxışdan yürüdülən mühakimə, adətən , yanlışdır. Ünsiyyət, bax bu yolla insanı tanımaq olar. .. Ancaq Villi, həqiqətdə ünsiyyət də tam kifayət deyil. Biz tərəflərdə deyilir ki, insanı yaxşı tanımaq üçün onunla səfərə çıxmaq lazımdır. Təbii ki, bu bir deyimdir. İnsanı yaxşl tanımaq üçün onunla həyatın ən çətin anlarında birgə olmalısan. Çətinlik insanların həqiqi simalarının pərdə arxasından görsənməsinə səbəb olar.

 

Rövşən Abdullaoğlu:  “Bu Şəhərdə Kimsə Yoxdur” psixoloji romanından
Hazırladı:  Psixoloq Rübabə

Beyenmeler
0   13  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

İMMUN SİSTEMİ NECƏ GÜCLƏNDİRİLƏ BİLƏR?

Xüsusi

İmmun sisteminin dəstəklənməsi və gücləndirilməsi, xəstəliklərə qarşı müqavimət qazanmaq və soyuqdəymə, qrip və xərçəngdən təsirlənmə ehtimalınİmmun sistemi necə gücləndirilə bilər?ı azaltmaq üçün ən önəmli nöqtədir. Təkrarlanan və ya xroniki infeksiyalar sadəcə immun siteminin zəiflədiyi vəziyyətlərdə ortaya çıxır. Zəif bir immun sistemi infeksiyaya yol açır, infeksiya immun siteminə zərər verir və bu da bədənin müqavimətini daha da zəiflədir.
Aşağı səviyyəli immunitet funksiyasının ən geniş yayılmış səbəbi , qidalanma əskiklikləridir.
Gündəlik qidalanmada həddindən artıq şəkərə yer verilməsi, piylənmə, alkoqol qəbulu müxtəlif səbəblərlə immun sisteminin funksiyasını azaldır. Kifayət qədər protein qəbulu ən yaxşı səviyyədə immunitet funksiyası üçün şərtdir. Lakin həddindən artığı, immun siteminə yenə də mənfi təsir edər.
Bədənimizə qəbul etdiyimiz qidalar, enerji üçün oksigenlə yandığı zaman, sərbəst radikallar, yəni oksigen yaradan son məhsullar yaranır. Sərbəst radikallar hüceyrə və toxumalarda çoxaldığı zaman, DNA quruluşuna zərər verir. Bundan başqa siqaret, hava çirkliliyi, radiasiya və s. səbəbilə də sərbəst radikallar artır. Artma vəziyyətində xərçəng, ürək-damar xəstəlikləri, artritlər və s.  sağlamlıq problemləri yaranır. Qidalarla birlikdə qəbul etdiyimiz antioksidantlar, bədəndəki səsrbəst radikallarla mübarizə aparırlar. Sərbəst radikalların yaratdığı mənfi təsirin qarşısının alınması və təsirinin ən aza endirilməsi üçün kifayət qədər antioksidant qəbul edilməlidir.

Hansı vitaminlər immun sistemini dəstəkləyir?

İmmun sisteminin dəstəklənməsində istifadə olunan ən önəmli maddələr, A, E, C, B vitaminləri, karotinler, sink, dəmir və seleniumdur.

A vitamini: Şiş əleyhinə olan fəaliyyəti,  ağ qan hüceyrələrinin gücləndirilməsi, antikor təsirinin artırılması da daxil olmaqla, bir çox immun prosesini dəstəkləyir və xəbərdar edir. Bu vitaminin əskik olduğu insanlar, virus infeksiyalarına daha asanlıqla yoluxur. Süd, balıq yağı, yumurta önəmli mənbələrdir.

C vitamini: Antivirus və antibakterial təsiri ilə yanaşı, immuniteti artırır və gücləndirir. Sitrus meyvələri, yaşıl bibər, keşniş, gilas, yemiş önəmli qaynaqlarıdır.

E vitamini: Sərbəst radikalların saxlanmasına kömək edir. Soya, küncüt, qoz, badam, fıstıq və s.  yağlı yoxumlar önəmli qaynaqlarıdır.

B 6 vitamini: Çatışmazlığı, immun sisteminin basqılanmasına səbəb olur.

Fol turşusu – B 12 vitamini: Çatışmazlığı, mübarizə aparan hüceyrə sayının və infeksiyaya səbəb olan zərərli orqanizmlərlə müabarizə apara bilmə qaabiliyyətinin azalmasına səbəb olur. Folik asit üçün xüsusilə ispanaq olmaqla, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlakimilər önəmli qaynaqlardır. B 12 üçün qırmızı ət, balıq, yumurta, toyuq, süd və süd məshulları önəmli qaynaqlardır.

Betakarotin:  Sərbəst radikalların saxlanmasını təmin edir. Yaşıl yarpaqlı tərəvəzlər, qırmızı, narıncı, tünd sarı rəngli tərəvəzlər önəmli qaynaqlarıdır.

Dəmir çatışmazlığı: Linfa toxumalarının quruluşunun pozulması, mübarizə aparan hüceyrələrin funksiyasının          azalması kimi immun sistemində önəmli pozulmalara səbəb olur. Xüsusilə qırmızı ət, yumurtada heyvan mənşəli dəmir; quru paxlakimilər, yaşıl yarpaqlı tərəvəzlərdə bitki mənbəli dəmir olur. Heyvan mənşəli dəmirin bədəndəki istifadə olunma səviyyəsi bitki mənşəli dəmirlə müqayisədə daha yüksəkdir.

Sink: Bir çox virus cinsinin çoxalmasınının qarşısını alır. Bir çox immun sistemi reaksiyasında həyati rolu var. Yumurta, ət və südün tərkibində çoxdur. 

Selenium: İmmun sisteminin bütün hissələri üzərində təsiri var.

Həddindən artıq vitamin istehlakının zərərli təsirləri ola bilər. Yağda əriyən vitaminlər ( A, D, E, K ) bədəndə depolandığı üçün uzun müddət yüksək dozada qəbulu vəziyyətində toksik təsir görülə bilər. Aşırı C vitamini bəzi orqanlarda problemlərə, B 6 vitamini isə bərpa oluna bilməyən sinir sistemi zədələnməsinə səbəb ola bilər.

İmmun sitemini gücləndirmək üçün hansı meyvə və tərəvəzlər qəbul edilməlidir?

Ehtiva etdikləri antioksidant maddələr səbəbi ilə meyvə və tərəvəz qəbulu xərçəngə qarşı qorunmada olduqca təsirli hesab edilmişdir.
Pomidor
, tərkibindəki likopen səbəbi ilə; prostat, döş, həzm sistemi, sidik kisəsi, dəri və uşaqlıq boynu xərçəngi riskini azaldır.
Sitrus meyvələrinin, ehtiva etdiyi karotin səbəbi ilə xərçəngə mane  olmaqda önəmi böyükdür.
Brokoli, kələm və gül kələmi kimi bitki mənşəli qidaların ehtiva etdikləri qlukozinolatların xərçəng riskini azaltdığı bilinir.
Kətan toxumunun ehtiva etdiyi lignan döş və ağciyər şişinə qarşı qoruyur.
Sarımsaq və soğanda olanda allilik sulfidlər immun sistemini gücləndirir, sərbəst radikalların atılmasını artırır, şiş hüceyrələrinin çoxalmasını əngəlləyir, xolestrol səviyyəsini azaldır. Aparılan bir araşdırma, mədə xərçənginin iİmmun sistemi necə gücləndirilə bilər?nkişaf riski və soğan sarımsaq istehlakı arasında tərs bir münasibət olduğunu göstərmişdir.
Meyvə və tərəvəzlər, çay, kakao tərkibindəki flavanoidlər, xərçəngin inkişafını, ishalı, mədə xorası inkişafını əngəlləyir və infeksiyaya qarşı qoruyur.
Aparılan bir araşdırmaya əsasən alma ekstratları  şiş hüceyrələrinin çoxalmasının qarşısını alır.
Soyanın tərkibində olan fitoestrogenlər xüsusilə hormonlara bağlı olan xərçənglərin idarə altından saxlanmasında və qarşısının alınmasında rol oynayır. Bundan başqa ürək xəstəliklərinin və sümük əriməsinin qarşısının alınmasında da təsiri vardır.
Omega 3 yağ turşularının ən önəmli mənbəyi balıqdır; döş və ağciyər xərçəngini azaltdığını göstərən məlumatlar var.
Probiotiklər isə xəstəliyə səbəb olan mikroorqanizmlərinin çoxalmasının qarşısını alır, bağırsağın nizamlı işləməsinə köməkçi olur. Xərçəngə qarşı qoruyucu təsiri var. Qatıq və kefirin tərkibində çoxdur. Bu probiotik bakteriyalar qida olaraq prebiotikləri ( göy soğan, enginar, badımcan, soğan və sarımsağın tərkibində olan karbohidartları ) istifadə edir. Bu baxımdan, birlikdə yeyildikləri zaman, daha yaxşı fayda edirlər.

Zəncəfilin, infeksiya azaldıcı təsiri var, kolon xərçənginə qarşı önləyici təsiri olduğuna dair araşdırmalar var.
 Üzüm çəyirdəyi, vişnə,  xərçəngin qarşısının alınmasında rol oynayır.
Yaşıl çayda, qara çaya nisbətən 3-5 qat daha qüvvətli antioksidant təsiri var. Müxtəlif tipli xərçənglərin inkişafını əngəllədiyinə dair araşdırmalar var.
Narın, xərçəng üzərində təsirli ola biləcəyi irəli sürülən hissəsi, çəyirdəyidir. Buna görə də narı çəyirdəyi ilə çiynəyərək yemək daha təsir ola bilər.
Quşburnu, antioksidant və antienflamatuar xüsusiyyətlidir. Osteoartrit, soyuqdəymə müalicəsində, effekti araşdırmalarda sübut edilmişdir.
Cökə, soyuqdəymə şikayətlərini yüngülləşdirici və ağrı keçiricidir.
Bitkilərdəki bütün antioksidant birləşmələrinin sərbəst radikalar üzərində təsirləri eyni deyil.  Bu baxımdan antikoksidant istifadəsində müxtəliflik önəmlidir. Mümkün olduğu qədər fərqli mənbələrdən bu tip birləşmələri qəbul etmək gərəkdir.

Meyvə və tərəvəzlərdə vitamin itkisinin qarşısını almaq üçün nə etmək lazımdır?

-Yeyilə bilən qabıqların soyulmamağı; soyulmalıdırsa, incə soyulmağı tövsiyyə olunur. Bir çox vitamin və mineral, meyvə və tərəvəzlərin xarici hissələrində olur. İç hissələrə doğru getdikcə vitamin və mineral intensivliyi azalır.
– Meyvə və tərəvəzlərin az suda bişirilməsi, yuyarkən suda gözlədilməməyi tövsiyyə olunur.
– Tərəvəzləri bişirməmişdən dərhal əvvəl və böyük parçalar halında kəsmək tövsiyyə olunur.
– Bişirirlərkən qazanın qapağı qapalı saxlanmalıdır. Əgər çiy halda yeyilə bilərsə, bişirmədən yeyilməsi tövsiyyə olunur.
-Tərəvəzlərin bişdiyi suyun şorbalara və yeməklərə əlavə edilməsi tövsiyyə olunur.
Bundan başqa meyvə və tərəvəzlərin mövsümündə yeyilməsi sağlamlıq baxımından çox önəmlidir.

Güclü bir immun sistemi üçün digər tövsiyyələr:

Müxtəlif meyvə və tərəvəzlərdən gündə ən az 5 porsiya yeyilməlidir.
–  Pomidor, yay aylarında hər gün mütləq yeyilməlidir. Hətta yay pomidorları konservləşdirilərək qış aylarında da istifadə oluna bilər.İmmun sistemi necə gücləndirilə bilər?
– Brokoli, gül kələmi və başqa tərəvəzlər yemək olaraq yeyilə bildiyi kimi ət yeməklərinin yanına da qarnir olaraq istifadə olunsa, istehlakı artırılmış olar. Hətta sarımsaqla birlikdə yeyərək, iki tərəvəzin antioksidant təsirindən də faydalanmaq olar.
– Nar istehlakı salatlar və südlü şirniyyatlaırın üzərində istifadə olunarsa, istehlakı artırıla bilər.
– Sitrus meyvələrinin suyundan çox özünün yeyilməsi artırımalıdır.
– Qış aylarında müxtəlif antioksidantların bir yerdə qəbul olunması üçün meyvə salatları yeyilə bilər.
– Yağlı toxumlar ( qoz, fındıq, badam və s. ) E vitamini qəbulu baxımından gündə 1-2 porsiya yeyilməlidir.
-Paxlakimilər ( lobya, noxud, mərci ) həftədə 2-3 dəfə yeyilməlidir.
Xüsusilə qış aylarında şorba olaraq yeyilə bilər. Salatlarda istifadə etməklə  fərqli dadlar əldə edə və beləcə, istehlakını artıra biləsiniz.
– Gündəlik və ya uzunömürlü südlərin probiotikli qatıqlarla mayalanması ilə ev şəraitində sağlam qatıqlar əldə edilə bilər. Hər gün bir stəkan kefir yeyilməlidir.
– Həftədə 2 dəfə balıq yeyilməlidir.
– Gündə ən az 5-6 porsiya tam ( üzərində işlənməmiş ) dənəli taxıllar ( tam buğda, tünd düyü və s. ) yeylməlidir. Buna görə də ağ çörəkdən çox tam taxıllı çörək yeyilməlidir.
– Bədəndə gedən bir çox reaksiya üçün su lazımdır. Buna görə də gündəlik 2-2,5 litr su içilməlidir.
-Ekinezya, zəncəfil, cökə, quşburnu, sarıkök çayları çox bir-birilə qarışdırılmadan gündəlik olaraq içilə bilər.

Mənbə: www.haberturk.com
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ÇƏRƏZLƏRİN FAYDALARI

Günəbaxan toxumu:

Xolestrolu aşağı salır.Çərəzlərin faydaları
Damar sərtliyini aradan qaldırır.
Fikir işçilərinin və zəifləmiş uşaqların gündə 50 qram yeməsi tövsiyyə edilir.
Ürək və sinir xəstəliklərinin qarşısnı alır.
Sidik qovucudur.
Tənəffüs sistemi ilə bağlı narahatlıqlarda yaxşılaşdırıcı təsirə malikdir.

Fındıq:

Dərini gözəlləşdirir.
Varikoza müalicəsində faydalıdır.
Enerji verici və qidalandırıcıdır.
Güc və diqqət tələb edən vəziyyətlərdə yararlıdır.
Böyrəklərdəki qum və daşları tökər, böyrəklə bağlı narahatlıqların müalicəsində istifadə edilir.
Bədəndə artıq maddə buraxmadan protein verir və bədənin normal çalışmasına, zəifləməməsinə köməkçi olur.
İnkişaf dövründəki uşaqların inkişafnı daha yaxşı təmin etmək üçün fındıq verilməlidir.
Yüksək təzyiqdən prostata, ürək  şikayətindən klimaks dövrü problemlərinə qədər bir çox narahatlıqda, fndıq bədəni gücləndirici və sağlamlığınızı qoruyucu bir funksiyanı öz üzərinə götürür.
Edilən bir çox araşdırma, fındığın xolesterolu saldığını və infarkt riskini azaltdığınÇərəzlərin faydalarıı, ehtiva etdiyi yüksək kalsium sayəsində sümükləri və dişləri gücləndirdiyini, cinsiyyət hormonlarını inkişaf etdirdiyini və gündəlik həyatda enerji verdiyini ortaya qoyur.
Hər gün yalnız 25-30 qr fındıq yemək, gündəlik E vitamini ehtiyacının yüzdə 100`nü qarşılayır.
Son zamanlarda edilən araşdırmalar göstərir ki, fındıqda bol miqdarda olan beta sitosterol maddəsi xolestrolu aşağı salmaqda və xərçəng ( bağırsaq, prostat, döş) kimi bir çox xəstəliyin qarşısını almaqda önəmli bir rol oynaya bilir. Bu xüsus, şişlərin böyüməsini əngəlləmə və apoptosis ( proqramlanmış hüceyrə ölümünün ana tiplərindən biri)  xəbərdarlığı üçün də keçərlidir.

Badam:

Sinirləri gücləndirir.
Sinə xəstəliklərinin qarşısını alır.
Bədən və zehin yorğunluğunu aparır.Çərəzlərin faydaları
Hamilə qadınların südünü artırır və körpələrin inkişafına köməkçi olur.
Böyrək və sidik yolları iltihablarını yaxşılaşdırır.
Xolestrolu aşağı salır. İnfarkt riskini azaldır.
Hər gün 42 qr badam və ya fındıq yemək, ürək xəstəliyi riskini azaldır.
Qan şəkəri səviyyəsini nizamlayır; xərçəngə tutulma riskini azaldır.
Baş ağrısı, qaraciyər və böyrək ağrılarını yüngülləşdirir.

Qoz:

Qanda, xolestrolun yüksəlməsinin qarşısını alır.
Beynin işini gücləndirir.
Uşaqların məktəb performanslarını və xatırlamaq bacarıqlarını artırmaq üçün gərəklidir.
Ehtiva etdiyi fosfor və kalsium zehini yorğunluğu aradan qaldırır, sümük və dişləri gücləndirir.
İmmunitet sistemini gücləndirir.
Yaxşı bir antioksidant qaynağı olması səbəbiylə xərçənglə mübarizədə önəmli rolu vardır.
Qoz yeyilməsi, ürək sağlamlığının qorunmasına kömək olur: Qozun tərkibində olan doymaçərəzlərin faydalarımış yağlardakı linoleik turşu, xolestrolu aşağı salır. Tərkibindəki alfalinoleik turşu ilə omeqa 3 yağ turşuları, damar tıxanmalarının qarşısını alır. Edilən araşdırmalar, nizamlı qoz yeyən insanlarda  tac damar xəstəliklərinə tutulma riskinin əhəmiyyətli nisbətdə azaldığını göstərir.
Qansızlığın qarşısını alır.
Şəkər xəstələrində ürək xəstəliyi riskini aşağı salır.
Alzheimer və Parkinson kimi xəstəliklərə qarşı qoruyucudur.
Mədə qazını və həzm pozuqluqlarını aradan qaldırır.
Qırmızı qan hüceyrələrinin formalaşmasına, ağciyər toxumalara oksigen daşınmasına yardımçı olan və qansızlığın qarşısını alan
kalium baxımından olduqca zəngindir. Kalium, sinirlərin xəbərdarlığı və əzələ toxumasının çalışması üçün lazımlıdır.
Öd kisəsi daşının meydana gəlməsini əngəllədiyi müəyyən olunmuşdur.

Kişmiş:

Üzüm məhsullarındakı dəmir, kalsium və kalium minerallarının sümük inkişafı ilə yanaşı, qansızlığı, halsızlığı, zəifliyi və ishalı müalicə edici xüsusiyyəti vardır.
Çəki almaq istəyən də, rejim etmək istəyən də kişmiş yeməlidir, çünkü enerji verir.
Zülal və karbohidrat qaynağıdır. A, B1, B2, B6, C vitaçərəzlərin faydalarıminləri ilə fosfat, kalsium, dəmir, fosfor turşusu, orqanik turşular, qarışqa turşusu minerallarını ehtiva edir. Gündəlik kalsiumun beşdə birini və dəmirin isə üçdə birini qarşılayır. Minerallar halsızlığı, qansızlığı, ishalı və zəifliyi müalicə edir.
Qaraciyər zəifliyinə, öskürəyə, bronxitə yaxşı təsir edir.
Unutqanlığı azaldıcı təsiri olduğu müşahidə edilmişdir.
Diş çürümələrinə mane olar.
Üzümdə öz səviyyəsində və birbaşa qana qarışan şəkər vardır. Bu xüsusiyyəti ilə bədən və zehin gücü ilə çalışan işçilər üçün yaxşı bir qidadır.
Qida şəkli ana südünə bənzəyir. Üzümdə olan bol dəmir qan yaradır.

Qaysı:

Beynin nizamlı işləməsini təmin edər, stressi azaldır.
Qaraciyərin zəzər görmüş qisminin təmirini yerinə yetirir.
Sümüklərin düzgün və sağlam olmasında önəmli rol oynayır.
Qan istehsalını artıraraq, qansızlığa əngəl olur.
Mədə və on iki barmaq bağırsağı xorasının meydana gəlməsinə mane olur, meydana gəlmiş xoraların yaxşılaşmasında rol oÇərəzlərin faydalarıynayır.
Böyrəklərdə daş meydana gəlməsi riskini azaldır.
Çoxalma sistemi üzərində önəmli rolu olub, cinsi gücü artırır.
Xərçəngə qarşı qoruyucu bir təsirə malikdir.
Dişlərin daha sağlam və qüvvətli olmasında önəmli rol oynayır.
Ürək əzələlərini qüvvətləndirir və daha nizamlı işini təmin edir.
Kalium səviyyəsi  yüksək olması səbəbiylə ürək çatışmazlığı, böyrək xəstəlikləri, hepatit və siroz müalicəsində müsbət təsir göstərir.
Saf karbonhidrat ehtiva etdiyi üçün hazir enerji qaynağıdır.
Dəridəki nahamarlıqları  aradan qaldıraraq daha düzgün və canlı görünüş verir.
Ərik A, B, C vitaminləri, zülal, bol miqdarda şəkər və mədən duzları ehtiva edən  bir meyvədir. İştah açır, qan yaradır, fiziki və ruhi yorğunluqları keçirir.
Sinirləri gücləndirir, yuxu verir, qəbzliyə yaxşı təsir edir.

Balqabaq toxumu:

Böyrəkləri gücləndirir.Çərəzlərin faydaları
Böyrək, sidik kisəsi iltihablarının qarşısını alır.
Sidik yollarında yaranan xəstəlikləri aradan qaldırır.
Bağırsaq qurdlarını salır.
Bir çox prostat dərmanının tərkibində balqabaq toxumu vardır.

Duzlu fıstıq:

Çərəzlərin faydalarıZehni və fiziki yorğunluğu aparır. Böyrək və öd kisəsi ağrılarını yüngülləşdirir. Sinəni yumşaldır, öskürək qovucudur. Yalnız olaraq yeyilməli, portağal, alma, armud kimi meyvə və ya tərəvəzlərlə qəbul edilməməlidir.

Püstə:

Gündə 10-12 ədəd yeyilən püstə, bədənin gündəlik yağ ehtiyacını qarşılaya bilir.
Qandakı xolesterol səviyyəsini salır.Tac ürək xəstəliyi risÇərəzlərin faydalarıkini azaldır.
Püstə, şəkər xəstəliyində (diabet mellitus) istifadə edilə bilir.
İncə bağırsaqda qlükoza sorulmasını azaldır və qan şəkərinin yüksəlməsinin qarşısını alır.
Püstə, yaxşılaşma dövrlərində də bədənin dostudur. Bir tərkib içində və ya tək başına qəbul edilə bilən fıstıq, sağalma dövrünün rahat və qısa sürməsini təmin edir, orqanizmi  müqavimətli hala gətirir.
Ağciyərlər üçün yaxşı bir iltihab təmizləyicidir. Sinəni yumşaldır, ağrılarını yüngülləşdirir, öskürəyin keçməsinə köməkçi olur.

Mənbə: www.bilgizenginleri.org
Hazırladı: Fidan Aslanova

Beyenmeler
16   0  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 10 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

PAPİROS – C VİTAMİNİNİN QƏNİMİDİR

C vitaminin insan orqanizmi və insan taleyi üçün necə böyük əhəmiyyət kəsb etdiyini dərk etmək üçün təkcə onuNo smoking bilmək bəs edər ki, “əsrin bəlası” sayılan XƏRÇƏNG kimi dəhşətli xəstəliyin törəməsinin 3 səbəbindən biri, deyərdim ki, birincisi – C vitamini qıtlığıdır. Əslində, bütün xəstəliklərin əmələ gəlməsində bu vitaminin qıtlığı öz sözünü deyir. Bədəndə C vitamini yoxdursa, yaxud kifayət qədər deyilsə, virus daşıyıcısı olan mikrobların qabağını heç nə kəsmir, onlar rahatca qana daxil olub, bizim sadiq əsgərlərimizi – hüceyrələri qıra bilərlər. C vitamini – orqanizmin keşikçisi, patrulu rolunu oynayır. Əgər yanından yel ötəndə səni qrip tutursa, göyə bulud gələn kimi xəstələnirsənsə, yəqin bil ki, bədənində C vitamini çatmır. Təəssüflə qeyd etməliyəm ki, bu vitaminlə zəngin olan meyvələri və tərəvəzləri insanlar az qəbul edir, bəzi adamlar isə heç dilinə vurmur.
Bu, faciənin bir tərəfidir. İkinci faciə ondan ibarətdir ki, özünü “güclü cins” adlandıran, fəqət bir papirosun əlində aciz qalan kişilərimiz təkcə öz daxili orqanlarını deyil, ətraf mühiti də papiros tüstüsünün köməyi ilə zəhərləyərkən, həm də orqanizmdə olan C vitamini də öldürmüş olurlar. Təsəvvürünüzə gətirin ki, 1 ədəd papiros gündəlik C vitamini normasının 25 faizini öldürmüş olur. Gündəlik normanı isə 4 portağaldan ala bilərsiniz. Əvvəla, çoxlarımız gündə 4 portoğal yemir, ikincisi də bir çox kişilər gün ərzində 4 ədəd deyil, 2-3 paçka siqaret çəkir. Sən gərək nə qədər subtropik meyvə, göyərti yeyəsən ki, o boyda itkinin yerini doldurasan.

PAPİROS – NARKOTİK MADDƏDİR

Papiros orqanizmi təpədən dırnağacan dağıdır. Belə ki, papirosda olan nikotin orqanizmi zəhərləyir, qətran damarları məhv edir, tüstü ağ ciyəri dağıdır, bir də insan üçün çox önəmli olan C vitaminini və oksigeni məhv edir. Deyilənlərə onu əlavə edək ki, papiros həm də narkotik maddədir. Narkotik maddələriPapiros- C vitamininin qənimidirn verdiyi fəsadı isə çox gözəl bilirsiniz. Sinir sistemini sıradan çıxardır, insanı asılı vəziyyətdə saxlayır, qəbul vaxtı keçəndə baş ağrısı, oynaq və əzələ ağrısı baş qaldırır. İnsan əsəbi olur, tez özündən çıxır, iradəsi zəifləyir, iş qabliyyətini itirir, tez qocalır, Ana Təbiətin ona ayırdığı ömrün heç onda birini də yaşaya bilmir.
Onu da deyim ki, papiros dişləri, tüpürcək vəzilərini, ləmsə üzvlərini də korlayır. Kişilərdə xərçəng xəstəliyinin ən çox nəfəs yolunda, mədənin girişində törəməsi məhz papirosla bağlıdır. Papirosun vurduğu ziyan bununla da bitmir.

PAPİROS – İCTİMAİ BƏLADIR

Papirosun insan orqanizmini necə dağıtması barədə müxtəsər danışdıq. Dedik ki, qabarlı əllərinizlə qazandığınız pulu verib aldığınız və böyük həvəslə öz cisminizi zəhərlədiyiniz papiros ağ ciyəri, ürək-damar sistemini, sinir sistemini və digər orqanları necə sıradan çıxardır. Bu gün onun ictimai bəla olduğunu göstərmək istəyirəm.
Papiros çəkən adam təkcə özünü deyil, özündən qat-qat artıq dozada yanındakıları zəhərləyir. Papiros çəkən adam tüstünün xeyli hissəsini çölə buraxır, Papiros - C vitamininin qənimidirhəmin tüstü hava ilə bərabər ailə üzvlərinin – körpə uşağın, yaşlı ananın, həyat yoldaşının və s. ciyərlərinə dolur və onların orqanizmini zəhərləyir. Nəzərə almaq lazımdır ki, eyni proses iş yerlərində, yeməkxanalarda, çayxanalarda, kafelərdə və digər ictimai yerlərdə də baş verir. Bundan əlavə, küçələrdə çəkilən papirosların tüstüsü havaya qarışır və vətəndaşların ciyərlərinə dolur. Məhz buna görə də papiros çəkmək – bir şəxsin fərdi bəlası deyil, dəhşətli İCTİMAİ BƏLADIR! Bu bələya qarşı həm dövlət, həm də ictimaiyyət kəskin mübarizə aparmalıdır.
Zənnimcə, bu işdə qadınların və qızların iş görmək imkanları çox genişdir. Məlumdur ki, analar narkotik maddə qəbul edən oğlanlara qız vermir, qızlarımız belə oğlanlara ərə getmir. Qəribədir ki, analar və qızlar digər bir narkotik maddəyə – papirosa belə sərt münasibət bəsləmir, ona adi hal kimi baxırlar. Halbuki papiros insan orqanizmini narkotik maddədən də güclü formada dağıdır. Sadəcə, yavaş-yavaş dağıdır. Gündə 2-3 paçka papiros çəkən adamın bədəni özünə iynə vuran adamın bədənindən də çox zəhərlənir.
Mən təklif edirəm ki, papiros çəkən oğlanlara qarşı ictimai qınağı gücləndirmək lazımdır, belə “igidlərin” elçisini əliboş qaytarmaq – ən yaxşı tənbeh olardı. Qızlarımız necə baxır bu təklifə?

Papiros haqqında söhbətlərdən sonra aldığım suallar arasında ən çox təkrarlanı belədir: “papirosu necə atım?”. Bu sualın ən dəqiq və ən dolğun cavbını Elman Tovuz verdi. Onu mən də təkrarlayacam. Amma ondan qabaq bir şeyi danışım. Məni Naxçıvanda daha çox oxuyurlar, dərk edirlər və sevirlər. Ona görə də tez-tez bu qədim diyarə dəvət edirlər. Mən də dəvəti böyük məmnuniyyətlə qəbul edirəm. Növbəti dəfə Naxçıvanda olanda oxucularımdan biri mənə rus dilində bir qalın kitab bağışladı. Amerika alimi bu kitabını çox aktual bir məsələyə həsr eləmişdi : “Papirosu tərgitməyin asan üsulu” . Çox sevindim. Özüm papiros çəkən olmasam da, çəkənlərə kömək etmək istəyirəm ki, bu zəhri-maqrı atsın. Kitabı bir nəfəsə oxudum. Əfsuslar olsun ki, o qalınlıqda kitabda bircə cümlə tapa bilmədim ki, ondan bəhrələnim. Hamının bildiyi şeyləri yazmış, papiroPapiros- C vitamininin qənimidirsun dəhşətlərini uzun-uzadı açıqlamışdı. Onun da gəldiyi qənaət bundan ibarət idi ki, papirosu atmaq üçün möhkəm iradə lazımdır. Bunu hamı bilir.

İndi də qayıdaq Elman qardaşımızın verdiyi məsləhətə. Elman papirosun vurduğu zərəri görəndən sonra, onu atmağı qərara alıb və atıb. VƏSSALAM! Elmanın dediklərinə bircə onu əlavə edə bilərəm ki, papirosu ən çox bekar adamlar çəkir, boş vaxtı öldürmək üçün. Bir də yeyib-içən “oğlanlar”. Deməli, boş vaxtı səmərəli işlərlə doldurmaq lazımdır, yeyib-içmək məsələsinə də adicə “zapravka” kimi baxmaq lazımdır. Başa düşə bilmirəm: siz maşına yanacaq tökəndə nə üçün bu hadisəni toy-bayrama çevirmirsiniz, amma kabab və “russkaya vodka” vuranda bayram edirsiniz? Qidalanma prosesi çox sadə bir tədbir olmalıdır – ona maşına benzin tökmək kimi baxsaq yaxşıdır.

Əgər başqaları deyil, məhz sən özün papirosu atmaq qərarına gəlsən və bunu çox istəsən, mütləq atacaqsan. Burda çətin və qorxulu bir şey yoxdur. İlk vaxtlar bir qədər darıxacaqsınız, müəyyən ağrılar və narahatlıq da ola bilər. Amma güclü İRADƏ qarşısında hər şey geri çəkiləcək. İradə isə hamının içində var, bəzilərində yatıb, bəzilərində yarıyuxuludur, bəzilərində isə – müsəlləh əskər kimi keşik çəkir, sağlamlığı, onunla bərabər də xoşbəxtliyi qoruyur. Sağlam ola bilməyən adam və ailə heç cürə xoşbəxt ola bilməz. Hamınıza ayıq-sayıq iradə arzulayıram!”



Müəllif: Ərşad Əzimzadə, “Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook