“MAQNEZİUM” MİNERALININ İNSAN SAĞLAMLIĞINDAKI ROLU

Xüsusi

Maqnezium, bədənin funksiyası üçün çox önəmli bir mineraldır və bədəndə ən çox olan 4-cü mineraldır. Bədən bu mineralı özbaşına yaratmadığı üçün qidalar və lazım gələrsə, qida əlavələri vasitəsilə qəbul edilməlidir.

Bu mineral, enerjinin yaranması, qan təzyiqinin nizamlanması, sinir siqnalının ötürülməsi  və əzələ yığılması daxil olmaq üzrə insan sağlamlığı üçün gərəkli olan 300-dən çox metabolik reaksiyada iştirak edir. Bütün bu funksiyaların yerinə yetirilə bilməsi üçün nizamlı olaraq qəbul edilməli və bədəndəki rezervlər doldurulmalıdır. İnsan bədənində maqneziumun 60%-i sümük və dişlərdə, 39%-i yumşaq toxumalarda, qalan 1 %-i isə qanda olur. Maqnezium, beyində və ürəkdə digər orqanlara nisbətən daha intensivdir.

Maqnezium normal qan təzyiqini qorumağa, sümükləri gücləndirməyə və ürək ritmini sabit saxlamağa kömək edir. Aşağı maqnezium səviyyələri qısa müddətdə simptomlara səbəb olmasa da,  2-ci tip şəkərli diabet, ürək xəstəliyi, əhval-ruhiyyədə pozulmalar və miqren kimi xəstəliklərlə əlaqəlidir.

Tövsiyyə olunan miqdarda maqnezium qəbul etməyən yetkin insanlarda iltihabın artması ehtimalı daha yüksəkdir. İltihablanma isə, öz növbəsində  ürək sağlamlığı, şəkərli diabet və bəzi xərçəng növləri ilə əlaqələndirilmişdir. Bundan başqa , maqneziumun aşağı olması osteoporoz( sümük əriməsi ) üçün risk faktorudur. Maqnezium və digər minerallarla zəngin qidalar yeyilməsinin, hipertoniya olan insanlarda yüksək təzyiqin qarşısını almağa kömək edə biləcəyinə dair sübutlar var.

Damara və ya əzələdaxili  vurulan maqnezium hamiləlik dövründə eklampsiya və ağır astma atakları kimi xəstəliklərin müalicəsi üçün istifadə olunur. Maqnezium bir çox antasid və laksatiflərin əsas tərkib hissəsidir.

4 yaşdan yuxarı sağlam insanlar gündə 375 mq maqnezium qəbul etməlidirlər. Maqnezium çatışmazlığı vəziyyətində həkimlər daha yüksək dozalar qəbul etməyi tövsiyə edə bilərlər. Xəstənin, qida əlavəsinə ehtiyacı olmadığı zamanda da əlavəni dayandıra bilərlər.

MAQNEZİUMUN FAYDALARI NƏLƏRDİR ?

• Beyində kortizolu ( stres hormonu ) balanslaşdıran ən təsirli vitamin maqneziumdur.

• Bədənin daxili tarazlığını qorumaq üçün qan səviyyəsi normal olaraq qalmalıdır. Ancaq, yalnış qidalanma və bədənə qəbul edilən  bəzi qida maddələri qan səviyyəsinə mənfi təsir göstərdiyi zaman, maqneziumun vəzifəsi bu tarazlığı qorumaqdır.

• Maqnezium elementi xoşbəxtlik hormonunu tarazlıqda saxlamaq üçün vacibdir. Bədəninizdə kifayət qədər maqnezium varsa, depressiya və narahatlıq pozulmaları yaşamaq ehtimalınız azalır.

• Bədəndəki yorğunluğun və tükənmənin azalmasına kömək edir.

• Elektrolit balansına kömək edir.

• Diş sağlamlığının qorunmasında təsirli bir elementdir.

• Hüceyrə bölünməsində əhəmiyyətli funksiyalara malikdir.

• Əzələ funksiyalarının və enerji istehsal mexanizmlərinin həyata keçirilməsinə kömək edir.

• Hüceyrələri alüminium, nikel, kadmium, civə və qurğuşun kimi zərərli elementlərdən qoruyur.

• Kalsium və kaliumun orqanizmdəki funksiyasını artırır.

 MAQNEZİUM ÇATIŞMAZLIĞI:

Günümüzdə, qidaların emalı zamanı, onların tərkibindəki maqneziumun azalması vəziyyəti gerçəkləşir. Yaxud, uzun müddət bişmiş tərəvəzlərdə maqnezium səviyyəsi  olduqca aşağı olur. Qəbul etdiyimiz qidalarda maqnezium səviyyəsinin azalması və qidalanma vərdişlərimizin dəyişməsi səbəbiylə maqnezium çatışmazlığı anlayışı olduqca məşhurdur.

Tibbi dildə maqnezium çatışmazlığına hipomaqnezemiya deyilir. Həddindən artıq tərləyən və ya müəyyən dərmanlardan istifadə edən insanlarda maqnezium ifrazı daha yüksəkdir. Stres və hamiləlik kimi vəziyyətlərdə bədənin ehtiyac duyduğu maqnezium miqdarı artır. Yaş artdqıca və ya mədə -bağırsaq xəstəliklərinin olması səbəbindən bağırsaqlarda sorulma azaldıqca tələb olunan maqnezium miqdarı artır. Bədən xaricdən ehtiyac duyduğu maqneziumu kifayət qədər ala bilmirsə, sümüklərdə depolanmış maqneziumu istehlak etməyə başlayır.

Maqnezium çatışmazlığına səbəb olan amillər; 2-ci tip şəkərli diabet, narkotik asılılığı, siqaret çəkmək, böyrək və qaraciyər xəstəlikləri, yanlış yemək vərdişləri, stresli bir həyat sürmək, sidikqovucu dərmanların həddindən artıq istifadəsi, antibiotiklərin tez -tez və müntəzəm istifadəsi, kifayət qədər qidalanmamaq, həddindən artıq spirt istifadəsi, çölyak xəstəliyi, Crohn xəstəliyi  və qocalıqdır .

Maqnezium çatışmazlığının simptomları kimi iştahsızlıq, ürəkbulanma, qusma, saç tökülməsi, qəbizlik, yorğunluq və halsızlıq göstərilə bilər. Daha ağır hallarda; əzələ tutulmaları, ürək aritmiyaları, uyuşma, konsentrasiyanın pozulması, zehni qarışıqlıq, fibromialgiya meydana çıxa bilər.

Maqnezium çatışmazlığının müalicəsində maqnezium dərmanları və tərkibində maqnezium olan multivitaminlər istifadə olunur. Çatışmazlığın çox yüksək olduğu hallarda maqnezium venadaxili olaraq verilə bilər. Təbii olaraq yüksək miqdarda maqnezium ehtiva edən qidaları qəbul etmək, siqaret və spirt istifadəsindən imtina etmək də müalicə planına daxil edilə bilər.

HİPOMAQNEZEMİYANIN ( MAQNEZİUM ÇATIŞMAZLIĞI ) YARATDIĞI SAĞLAMLIQ PROBLEMLƏRİ:

• Osteoporoz (sümük əriməsi)

• 2-ci tip şəkərli diabet

• Hipoqlikemiya ( qanda şəkərin normadan az olması )

• Astma ataklarının şiddətlənməsi

• Hipertoniya

• Depressiya

• Ürək xəstəlikləri

• Narahat ayaqlar sindromu

• Tənəffüs xəstəlikləri

• Miqren simptomlarında artma

CİDDİ MAQNEZİUM ÇATIŞMAZLIĞI NADİR HAL OLSA DA, BƏZİ İNSANLAR RİSK ALTINDADIR. BELƏ Kİ, 

• Böyrək xəstəliyi olanlar

• Crohn xəstəliyi və ya həzmə mənfi təsir edən xəstəlikləri olan insanlar

• Paratiroid problemi olanlar

• Diabet və xərçəng üçün müəyyən dərmanlar qəbul edənlər

• Yaşlılar

• Həddindən artıq spirtli içki qəbul edən şəxslər

• Feldşerlər

MAQNEZİUM DOZALARI:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, sağlam bir insan orta hesabla gündə 280-350 mq arasında maqnezium qəbul etməlidir. İnsanlar adətən  gündəlik maqnezium dozalarını yeməkdən alırlar və əlavə qəbul etmələrinə ehtiyac yoxdur. Yeməkdən təbii olaraq yüksək miqdarda maqnezium əldə etmək təhlükəsiz olsa da,  çox miqdarda qida əlavələri qəbul etmək etmək təhlükəli nəticələrə səbəb ola bilər. Maqnezium əlavələrinin şüursuz və həddindən artıq istifadəsi zəhərli ola bilər.

TƏBİİ MAQNEZİUM MƏNBƏLƏRİ NƏLƏRDİR?

İspanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, fındıq, qoz, alça qurusu, badam, qarpız, xaş-xaş  toxumu, şalğam, badımcan, xurma,  kərəviz, lobya, noxud, soya, süd, qatıq, qabıqlı çərəzlər, banan, avokado, qara şokolad, günəbaxan toxumu, küncüd, dil balığı, tam taxıllar, sərt sular maqneziumun təbii qaynaqları arasındadır. Əlbəttə ki, bütün qidaları yemək və ayrı -seçkilik etməmək həmişə ən yaxşı həlldir. Çünki emal zamanı maqnezium itkisi baş verə bilər.

MAQNEZİUM QİDA ƏLAVƏSİ

Maqnezium qəbulunu artırmaq üçün bir çox insan maqnezium əlavələrinə üstünlük verir. Ancaq, qida əlavəsi formasında bir neçə maqnezium növü olduğundan, ehtiyaclarınız üçün hansının uyğun olduğunu təyin etməli və buna uyğun olaraq hərəkət etməlisiniz.

MAQNEZİUM QİDA ƏLAVƏLƏRİNİN RİSKLƏRİ:

Yan təsirləri:  Maqnezium əlavələri ürəkbulanma, spazma və ishala səbəb ola bilər. Maqnezium əlavələri ümumiyyətlə nəcisin yumşalmasına səbəb olur.

Qarşılıqlı təsirlər: Maqnezium əlavələri, ürək dərmanları və antibiotiklər də daxil olmaqla bəzi dərmanlarla qarşılıqlı təsirdə ola bilərlər. Buna görə də, maqnezium əlavələri qəbul etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Risklər: Şəkərli diabet, bağırsaq xəstəliyi, ürək xəstəliyi və böyrək xəstəliyi olan insanlar həkimlə məsləhətləşmədən əvvəl maqnezium əlavələri qəbul etməməlidir.

Artıq doza: Maqneziumun həddindən artıq dozasının simptomları; ürəkbulanma, ishal, aşağı təzyiq, əzələ zəifliyi və yorğunluq ola bilər. Çox yüksək dozada maqnezium qəbulu ölümcül ola bilər.


Mənbə: https://www.acibadem.com.tr/

Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

İNSANDA ƏTALƏT HALI NƏDİR ?

Xüsusi

Xalq arasında daha çox tənbəllik olaraq bilinən, hətta lüğətdə belə, tənbəllik, işsiz qalma mənalarında olan ətalət, bilinənin əksinə, tənbəlliyi içində barındıran, lakin tənbəllikdən fərqli bir vəziyyətdir. Təəssüf ki, bu yalnış tərif, ətalətin yalnış anlaşılmasına və bilinmədiyi üçün də doğru çözümə gedilə bilməməsinə yol açır. Yaxşı bəs ətalət nədir?

Ətalətin kəlmə anlamı, passivlik halıdır. Hər hansı bir hərəkətə qarşı bir çox səbəbə bağlı olaraq müqavimət göstərmə vəziyyətidir. İnsanın,  nəyi istədiyini və buna çatmaq üçün nələr edə biləcəyini bildiyi halda, hərəkətə keçməməsi, içində var olan potensialını, bacarıqlarını istifadə etməməsi, yəni etməli olduğu şeyi bildiyi halda etməməsi, onun ətalət halında yaşadığının göstəricisidir. İstəksizlik, yorğunluq, depressiya, tənbəllik kimi vəziyyətlərin bir arada yaşandığı bir növ psixoloji xərçəng olaraq adlandırılan ətalət, gizlincə gəlir və fərq edilmədiyi zaman bütün bədəni və ruhu ələ keçirir. Ən tipik əlamətləri: tənbəllik, təxirə salmaq, tükənmişlik sendromu, bezginlik, bəhanəçilik, istəksizlik kimi passivlik hallarıdır.

Ətalətin yaranmasını anlatan məşhur bir hekayə var. Bu, çox insan tərəfindən bilinən, suya atılan qurbağanın hekayəsidir ki, hətta elmi bir təcrübədir. Qurbağa öncə  isti su ilə dolu olan qaba atılır və o dəqiqə də canını qurtarmaq üçün qabdan bayıra tullanır. Sonra, qurbağa təkrar olaraq su dolu bir qaba atılır, lakin bu dəfə suyun istiliyi noraml səviyyədədir və qurbağa da halından məmnundur. Bu əsnada, qab odun üstünə qoyulur və su yavaş-yavaş isinir. Bunun nəticəsində müşahidə olunan isə budur ki, halından məmnun olmağın verdiyi rahatlıqla, qurbağa  suyun istiliyinin artdığını hiss etməyib. Bu, ətalətli halda yaşayan insanların vəziyyətinə bir nümunədir. Ətalət insanın həyatına gizli bir şəkildə girir və özünü fərq etdirmədən insanı ələ keçirir.

Ətalət, insanın həyatında iki cür olur : İnsanın ruhunu ələ keçirən psixoloji ətalət və bədənini ələ keçirən fizioloji ətalət.

Psixoloji ətalət, bir çox psixoloji faktorlara bağlı olaraq ortaya çıxan və depressif ruh halını artıran ətalət halıdır. Fiziki ətalət isə, bədəndəki hərəkətlərin yavaşlığıdır. Son dönəmlərdə artan oturaq masa işləri  bu ətaləti daha da yaymaqdadır. Bu iki ətalət biçimi bir-birinə bağlı və biri digərinə yol açan bir döngü biçimindədir. Fiziki ətalət psixoloji ətalətə çevrilə bildiyi kimi, psixoloji ətalət də fiziki ətalətə çevrilə bilər.

Psixofizioloji  bir vəziyyət olan ətalət, bir çox səbəbə bağlı osla da, başlıca səbəbləri bunlardır:

1) Məqsədsizlik: Həyat məqsədinin nə olduğunu bilməməkdən, özünə bir yol, bir yön seçə bilməməkdən qaynaqlanan və nəticədə ətalətə aparan vəziyyətdir.

2) Mükəmməlliyyətçilik: Edilən hər şeyin mükəmməl olmalı olduğu inancına söykənən mükəmməlliyyətçiliyin verdiyi qatılıq və heç bir şeyin istədiyi kimi olmamasından qaynaqlanan stres nəticəsində ətalətə aparan xarakter biçimidir.

3) Pulsuzluq: Etmək istədiyi şeylərin müəyyən bir sərmayə tələb etməsi və özündə bu sərmayənin olmamasının verdiyi çarəsizlik nəticəsində ətalətə aparan bir vəziyyətdir.

4) Mənfi duyğular və düşüncələr: Temperament olaraq neqativ baxış bucağına sahib olan fərdlər və bu baxış bucağının verdiyi mənfi duyğular ilə özünü sabotaj edər və nəticədə ətalətin yaranmasına zəmin hazırlayar.

5) Passiv müqavimət: Etməyi istəmədiyi bir şeyi etməkdə çətinlik çəkən inanların öz içində göstərdiyi inad və müqavimətin ətalət yaratmasıdır.

6) Öyrənilmiş çarəsizlik: Hədəfinə çatmaq üçün önünə çıxan əngəlləri aşmağa çalışan və hər dəfəsində uğursuzuqla qarşılaşan  insanın, bacaracağına dair inancını itirib ümüdsüzlüyə qapılması nəticəsində bir şey etmək istəməməsindən qaynaqlanan vəziyyətdir.

7) Daxili qaşıdurmalar: Fərd, etməli olduğu işi öz dəyərlərinə, şəxsiyyətinə uyğun hesab etmir, lakin məcburiyyətdən dolayı edirsə, bu vəziyyət insanda daxili qarşıdurma yaradaraq bir müqavimət ortaya çıxarır. Bu müqavimət zamanla ətalətə çevrilir.

8) Doğru öncəlik müəyyən edə bilməmək: Potensialından çox özünə iş yükləmə, intensivlik və gün içində çıxan təcili işlərin, önəmli işlərin yerini alması səbəbiylə yaranan stres ətalətə çevrilir.

Göstərilən bu başlıca səbəblər xaricində də bir çox səbəbə bağlı olaraq ortaya çıxan ətalət, fərqinə varılıb çözümünə gedilmədiyi təqdirdə, insanı günü-gündən ruhi pozulmalara aparan təhlükəli bir həyat tərzidir.

Mənbə: www.bilgiustam.com
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
11   0  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

KANDİDA İLƏ ƏTRAFLI TANIŞLIQ

Xüsusi

Əvvəlcə, Kandidanın nə olduğundan başlamalıyıq:

Kandida nədir?Kandida, bədəndə çoxalan bir göbələk növüdür. Original adı “Candididasis” olub, ona çox bənzəyən kiflər kimi ətrafımızda xeyli miqdarda mövcuddur. Bu sinifdən olan “Candida Albicans” bədəndə mukoza zəri olan hər bölgədə olur. Məsələn bağırsaqlar, gözlər, qulaqlar, sidik kisəsi, mədə, ciyərlər, vagina və s..

Bədənimizdə olan milyardlarla orqanizm kimi bizə fayda verir. Vəzifəsi, zərərli bakteriyaları tapıb yox etmək olan kandida, biz yaşadığımız müddətcə əsla çoxalmamalı və idarədən çıxmamalıdır. Çoxalma işini biz öldükdən sonra gerçəkləşdirib, bədənin parçalanıb yox olmasını təmin etmək vəzifəsi üçün görməlidir.

Kandida bizə necə təsir edir?

Candida Albicans, nəzarət altında olanda heç bir problem yaşamır, ondan yararlanırıq. Lakin, həyat keyfiyyətimizdə yalnışlıqlar olur və biz bunları düzəltmək üçün səy göstərməsək, işlər yolunda getmir və Candida nəzarətdən çıxır.  

Bu zaman bədənimizdə nələr baş verir?

Daxildə və xaricdə bədənimiz reaksiyalar verməyə başlayır. Miqren başda olmaqla, müxtəlif əzələ, sümük və orqan ağrıları , beyində zədə, dırnaq göbələyi, ekzema kimi gözlə görülən əlamətlər, hətta zehni və ruhi çöküntülər bədənimizin bizə göndərdiyi çoxalan Candida göbələyinin siqnallarıdır. Özümüzü çox yaxşı müşahidə edib Candida səviyyəmizi nəzarət alatında saxlaya bilərik.

Kandida çoxalmasının əlamətləri:

Alergiyalar, rütubətli və yağışlı havalarda pisləşən həssaslıqlar və dözümsüzlüklər

Astma
Parfum, qoxu, yumuşaldıcı, ot, it, pişik digər ev heyvanları, siqaret tüstüsü, kimyəvi maddələr, kiflər, toz, çiçək tozu, duman, çən və havada uçuşan maddələrə qarşı allergik reaksiyalar və aşırı həssaslıq
İdmançı ayağı
Körpə uşaqlarda qızartı, səpki
Zərbələr zamanı dərinin asanlıqla göyərməsi
Almacıq sümüklərində və alında həssaslıq və ağrı
Əllərdə və ayaqlarda üşümə, bədən temperaturunun aşağı düşməsi
Soyuqlamış kimi hiss etmək. Sinusların, burun, boğaz və ciyərlərin bəlğəmlə dolması
Asılılıq dərəcəsində şəkər, çörək, makaron kimi yüksək karbohidrat ehtiva edən qidaları, hətta alkoqol istəmək
Boyun, boğaz yumurtalıq bölgəsi, sidik kisəsi  kimi bölgələrdə kist və ya formal dəyişikliklər
Həzm problemləri; ishal, qəbzlik, qarın bölgəsində şişkinlik və ağrı, qaz, nəcisdə bəlğəm, xora və s.
Qulaqlarda cingildəmə, səs eşitmə, iltihablanma, quruluq və qaşıntı, ağrı.. acı hissi, qulaq axıntısı, içəridə maye yığılması, eşitmə pozğunluğu, aşırı qulaq kirinin yığılması
Gözlərdə; görmə pozğunluğu, uçuşan nöqtəciklər, işıq saçması, qızarıqlıq, quruluq, qaşıntı, aşırı göz yaşarması kimi problemlər
Xroniki yorğunluq, enerjisi çəkilmiş kimi hiss etmək, uyuşuqluq, yuxulama
Qrip əlamətləri
Vəzlərdə şişkinlik, ağız quruluğu, tüpürcək vəzlərində tıxanıqlıq, limfa vəzlərində şişkinlik
Saş tökülməsi, kəpək, saç diblərində qaşıntı, ağrı, quruluq
Ürək döyüntüsü, ürəkdə nizamsız vurma
Baş ağrısı, miqren, baş fırlanması
Hemoroid, anus dəliyində qaşıntı və qızarıqlıq
Aşağı şəkər ( hipoqlikemiya )və şəkər xəstəliyi
Hipotiroid, Wilson tiroid sendromu, Haşimato xəstəliyi , hiper tiroid, nizamsız tiroid hərəkətləri və s.
Hüzursuzluq, əsəbilik, panik ataka
Dəridə toxumaların pozulması, bəzən də daxili orqanlarda pozulmalar. Məsələn, beyin toxumasında pozulmalar
Kişilərdə: cinsiyyət orqanlarında qaşınma, cinsi istəkdə azalma, ereksiya problemi, prostat, penis infeksiyaları, sidiyə getmədə çətinlik çəkmə, təcili sidik gəlməsi hissi, cinsi əlaqə zamanı ağrı və ya acı, xaya torbalarında şişkinlik
Qadınlarda: sonsuzluq, pis qoxu, nizamsız və ağrılı menstruasiya, spazmlar,  vaginal axıntı, cinsi əlaqə zamanı ağrı və ya acı, cinsi istəkdə azalma, cinsiyyət orqanlarında şişkinlik və qızarıqlıq, vaginal qaşınma və səpkilər, yanma hissi və ya inadkar infeksiyalar
Dəridə və dırnaqlarda: göbələk infeksiyası, açıq və ya tünd rəngli ləkələr
Oynaq ağrıları, sərtləşmə və ya şişkinlik ( artrit )
Böyrək və sidik kisəsində: infeksiya, sistit, sidiyə tez-tez getmə və ya təcili sidik gəlməsi hissi, az sidik gəlməsi, sidikdə qoxu, sidiyə gedərkən yanma hissi
İştahsızlıq
Ağıl və ruh sağlamlığı: anksiyete krizləri, ağlama krizi, yaddaş itkisi, boşluqda hiss etmək, depressiya ( intihara meyilli olmaq da daxil ) , kosentrasiya pozğunluğu, ruh halının tez-tez dəyişməsi, tərslik etmə
Ağızda: yaralar və ağrılar, nəfəsdən pis qoxu gəlməsi, ağzın içərisndə ağ ləkələr
Əzələlərdə: ağrılar, uyuşuqluq, yanma və va qıdıqlanma hissi, koordinasyada pozulma və güc əksikliyi
Burun tıxanıqığı, burun axıntısı, burunda qaşınma, quruluq
Ayaq qoxusu, yuyunmaqla keçməyən bədən və saçda qoxu problemi
Tənəffüs sistemi: öskürək, bronxit, xırıltı, sinədə ağrı və sxılma hissi, nəfəsin daralması, astma, sətəlcəm
Sinus iltihablanması, şişmə və infeksiyalar
Dəridə: quruluq, qırmızı ləkələr, akne, sızanaq, qızarıqlıq, qaşınma, ekzema, sədəf xəstəliyi, ayaq göbələyi
Mədədə: Heliceobacter pylori infeksiyası ( xoraya səbəb olur ), mədə yanması, həzm problemi, mədə yırtığı, qusma, mədə ağrısı, iynə batması hissi, yeyilən yeməyin mədəyə oturmağı, qaz çıxarma, gəyirmə
Yuxu: Yuxusuzluq tez-tez oyanma, qorxulu yuxu, yuxuda dincələ bilməmək
Boğaz ağrısı, səsdə dolaşıqlıq, boğazda dayanmadan qıcıqlanma, səs itkisi və s. 

Kandidanın idarədən çıxmasının səbəbləri nələrdir?

Sağlam bir orqanizmdə immun sistemi bədəndəki bakteriyaları mukozadakı mikroorqanizmləri rahatlıqla balansda saxlayır. Lakin bəzi vəziyyətlər bu balansı pozur. İmmun sisteminin pozulması çox çeşidli və qarışıq olmaqla bərabər, ən böyük günahkar, həzm sistemindəki bizim üçün faydalı olan mikroorqanizmləri yox edən antibiotiklərdir. 

Bunun səbəbi isə antibiotiklərin Kandida üzərində bir təsirinin olmaması və digər mikroorqanizmlərin balansının pozulmasıyla, Kandidanın bədəni ələ keçirməsidir. Bu mərhələdə, formaları dəyişməyə başlayır və koloniya deyilən geniş qruplar halında çoxalır.

Bu koloniyalarin istehsal etdiyi toksinlər bədənin içində hərəkət etməyə başlayır və immun sisteminin daha da zəifləməsinə səbəb olaraq bədənə zərər verməyə başlayır. Kandida, kökə bənzər bir forKandidamalar yaradır və bunlar bağırsaq divarlarında hərəkət edərək toksinlərin, həzm oluna bilinməyən qidaların və bakteriyaların ilişib qana qarışmasına səbəb olan mikroskopik dəliklər açır. Bu sindrom, qida alergiyası kimi bir çox xəstəliyə səbəb olan “Sızıntılı bağırsaq sendromu” olaraq tanınır.

Bundan başqa, kökə bənzər formaların bağırsaq divarlarına verdiyi bu zərər, qidalardan aldığımız xeyirli şeylərin əmilməsinə də zərər verir. 

Qidaların bağırsaqda düzgün həzm oluna bilməməsi isə immun sistemimizin daha da zəifləməsinə səbəb olur. Bugün, yemək yemə vərdişlərimiz onsuz da ehtiyacımız olan lazımlı qidaları qarşılaya bilmədiyi üçün yaxşı bir immun sistemi təmin edə bilmir. Günümüzdə istehlak edilənlər, aşırı yüksək şəkər ehtiva edən qidalar, karbonhidratlar, hidrogenləşdirilmiş yağlar ( trans yağlar ) , ağ undan hazırlanan qidalar, üzərində işlənmiş qidalar, asılılıq yaradan madələr, qoruyuclar, böcək dərmanları ( kənd təsərrüfatında istifadə olunan dərmalar ) və ağır metallardan ibarətdir. Eyni zamanda bütün bu qidalar “uzun rəf ömrü” təmin edə bilmək üçün radiasiyaya məruz qalmış və onsuz da ən başda heç bir qida dəyəri təmin edə bilməyən torpaqlarda yetişmiş, uzun bir müddət depolanıb daşınmış, evlərimizə girdiyi zaman isə yalnış metodlarla bişirilmiş və ya mikrodalğalı sobaya qoyulmuş olduğundan qida dəyərini çoxdan itirmiş olurlar. Bütün bunlar isə zəif immun sisteminin başlıca səbəbləridir.

Kandida testi evdə necə edilə bilər?

Həkiminiz, daha dəqiq nəticələrə əldə edə biləcəKandidayiniz  Kandiaa testini təbii ki edə bilər. Lakin sadə bir testi evdə özünüz də edə bilərsiniz. Səhər oyananda hələ heç bir şey yeyib içmədən, təmiz bir stəkana otaq temperaturunda içməli su tökün. Ağzınızda yaxşıca tüpürcəyinizi toplayın və suyun içinə tüpürün. Suyu hər 15 dəq-dən bir 1 ssat boyunca müşahidə edin. Əgər suyun üzərində dayanan tüpürcəkdən aşağıya doğru sallanan iplər ( lif kimi ) görürsünüzsə, suyun içində üzən kəfə bənzəyən bir görüntü varsa və ya bu kəfli kimi görünən tüpürcək stəkanın dibinə çökübsə, sizdə də Kandida problemi ola bilər.

Mənbə: www.endogalhakkiniz.com
Hazırladı: Fidan Aslanova

 

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ENERJİNİZİ ARTIRMAQ ÜÇÜN 23 TÖVSİYYƏ

Xüsusi

Enerjinizi yüksək səviyyədə saxlamaq və gün ərzində bunu qorumaq üçün yeməklərinizə diqqət etməli və bir neçə saatınızı özünüzə ayırmalısınız.

1.Cardiff universitetindəki araşdırmaya görə, hər gün 40 qr. buğda, qarğıdalı və s. lifləri qəbul etməlisiniz. Çünki,eneji bu cür liflər enerjini artırır və stressi azaldır.

2.  Səhərlər duş qəbul edərkən,  bir soyuq, bir də isti duş qəbul edin. Əvvəl, ilıq suyun altında dayanın. Ardınca, suyu isidin. Ancaq, başınızı suyun altına salmamağa diqqət edin. 5 – 6 dəqiqə bunu təkrarlasanız, duşdan çıxanda özünüzü daha rahatlanmış hiss edəcəksiniz.

3. Edilən araşdırmalara görə, hər dörd qadından birində dəmir səviyyəsinin aşağı olduğu təyin olunmuşdur. Bu da yorğunluq və halsızlıq yaradır. Buna görə, daha çox dəmir ehtiva edən yaşıl tərəvəz, qurudulmuş meyvə və taxıl qəbul etməlisiniz .

4. Daha çox balıq, toyuq, pendir, paxla və yumurta yeməlisiniz … Çünki, bədən üçün lazımlı omega 3, bu qidalarda var. Balıq yemək, eyni zamanda, bədənin seratonin ifraz etməsini təmin edir. Bu hormon isə,  beyindəki xoşbəxtlik mərkəzini aktiv hala keçirir.

5. Gündə 2 və ya 3 litr su içməlisiniz … Harvard universitetində edilən araşdırmaya görə, bu nisbətlərdə su içmək, dayanıqlılığı artırır, stressin azalmasına köməkçi olur. Ancaq, nəzərə alın; çoxu da zərərlidir …

6. Dik durun. Dik durmamaq, əzələlərin sürətli çalışaraq, yorulmasına səbəb olur. Nəfəs almanızı çətinləşdirər. Dik mövqedə ikən daha rahat nəfəs alınır, oksigen ağciyərlərə dolur və beləcə, qanın daha rahat gəzməsi təmin olunur.

7. Edilən araşdırmalara görə, ən sevdiyiniz musiqiləri dinləmək stressi yüngülləşdirir və yorğunluqla daha rahat mübarizə aparmağınızı təmin edir. Buna görə də , gəzərkən, çalışarkən, iş görərkən musiqi dinləenerjiməyi unutmayın…

8. Bayıra çıxın. Səhər oyandığınız zaman edəcəyiniz ilk iş, bayıra çıxmaq olsun. Amerikalı elm adamları, təbii işığın beyni hərəkətə keçirdiyini və seratonin ifraz etməsinə köməkçi olduğunu söyləyir. Bu da xoşbəxtliyinizi artıracaq.

9. Mütləq gün içərisində yatın … Amerikadakı beyin sağlamlığı tədqiqatçılarına görə, 30 dəqiqəlik qısa bir yuxu belə, insanların performansına müsbət istiqamətdə təsir edir. Çalışarkən qısa da olsa gözlərinizi yumub, biraz istirahət edin…

10. Bədəninizin turşu nisbətini tənzimləməyiniz lazımdır. Gərəyindən çox şəkərli qidalar və pendir, turşuya səbəb olur və enerjini udur. Buna görə də, tərəvəz və meyvə salatlarını daha çox qəbul edin.

11. Həkimlər, həyatınızdakı yaxşı şeyləri xatırlamağınız üçün sizi xoşbəxt edən şeyləri bir dəftərə yazmağınızı tövsiyyə edir. Bunları oxuduqca, sizi nəyin xoşbəxt etdiyini daha yaxşı tapa bilərsiniz.

12. Nizamlı  yemək yeyin. Yeməklər arasındakı uzun aralıqlar, şəkərin düşməsinə, bu səbəbdən enerjinizin azalmasına səbəb olur. Gündə üç dəfə mütləq yemək yeyin. Gün içərisində banan, qoz-fındıq, qatıq yemək idealdır.

13. Əzələlərinizi hiss edərək enerji təmin edin. Məsələn, iki əlinizi sinə xəttində birləşdirin və bir-birinə doğru itələyin. Arenerjidınca, başınızın üstünə qaldırın və bunu 5-10 dəfə təkrarlayın.

14. Günə, yaxşı bir səhər yeməyi ilə başlayın.

15. Nəfəs alıb vermənin əhəmiyyətini mütləq qavrayın. Dərin nəfəs alıb vermək, nəfəs yolunuzu açacaq və daha çox enerji almağınızı təmin edəcək. Hər saat üç və ya dörd dəfə dərin nəfəs alıb verin …

16. Mobil telefonunuzu söndürün … Qoy, günün bir neçə saatı kimsə sizə çata bilməsin. Lazım olanda, iş və ailəniz üçün istifadə edin …

17. Nizamlı olun. Dağınıqlıq, sizi stressə salacaq. Gərəksiz yerə panikaya qapılsanız, bu stresslə işləriniz yolunda getməyəcək. Bu xaosu yaşayıb stressinizi artırmayın …

18. Addımlarınızı artırın. Daha çox piyada gəzin, daha çox pilləkanla çıxın. Mümkün qədər  hərəkətli olmağa diqqət göstərsəniz, qanın sürətli hərəkət etməsini, əzələlərə və orqanlara gedən oksigenin artmasını təmin edərsiniz. Bu da sizi rahatlaşdıracaq.

19. Maqnezium qəbul etməyə diqqət edin. Tərəvəzlərdə, fındıqda və taxıllı çörəklərdə olan bu vitamin sizə gümrahlıq qazandıracaq.

20. Yeməklərdəki enerjinin sürətli sorulmasını təmin edən  coenzyme q10, bədənin istehsal etdiyi antioksidandır. Bu fermentin meydana gəlməsini təmin edən yeməklər də brokoli, qəhvəyi şəkər, kəpəkli məhsullar, soya və fındıqdır.

21. Çox kofein və spirt yuxuya maneə yaradır və enerji verən B vitamininienerji əmir. Həftədə bir neçə dəfə 1 və ya 2 qədəh şərabı keçməməyə, çay və qəhvə istehlakını də ən aza endirməyə diqqət göstərin.

22. Kompüterlə işləyərkən mütləq aralar verin. Yapon araşdırmaçılar, kompüter qarşısında çox oturan insanlarda narahat olma halının artdığını, gözlərdə problem yaşandığını və bədən ağrılarının çoxaldığını söyləyir.

23 Və son olaraq zehni mənada rahatlamaq və yenilənmək üçün özünüzə 20 dəqiqə ayırın və bunları etməyə çalışın …

İlıq, səssiz bir yerdə oturun ya da uzanın. Üzərinizdə rahat paltarlarınız olsun və gözlərinizi bağlayın. Nefes alıb-verişinizə fokuslanın və nəfəsinizin rahat olmasını təmin edin. Özünüzü çay kənarında, yaşıl çəmənlərin üzərində düşünün. Günəş parlayır, quşlar oxuyur və siz suyun axışını eşidirsiniz. Suyun içində ayağa qalxır, üzünüzü günəşə döndərirsiniz. Günəşin sizi enerjiylə doldurduğunu hiss edirsiniz. Dərin bir nəfəs alıb, bu enerjinin içinizə dolmasını təmin edirsiniz. Bədəninizin və düşüncələrinizin müsbətə çevrildiyini hiss etdiyiniz zaman yavaşca gözlərinizi açırsınız …

Hazırladı: Fidan Aslanova
Mənbə: www.hurriyet.com.tr

Beyenmeler
15   1  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ÇƏRƏZLƏRİN FAYDALARI

Günəbaxan toxumu:

Xolestrolu aşağı salır.Çərəzlərin faydaları
Damar sərtliyini aradan qaldırır.
Fikir işçilərinin və zəifləmiş uşaqların gündə 50 qram yeməsi tövsiyyə edilir.
Ürək və sinir xəstəliklərinin qarşısnı alır.
Sidik qovucudur.
Tənəffüs sistemi ilə bağlı narahatlıqlarda yaxşılaşdırıcı təsirə malikdir.

Fındıq:

Dərini gözəlləşdirir.
Varikoza müalicəsində faydalıdır.
Enerji verici və qidalandırıcıdır.
Güc və diqqət tələb edən vəziyyətlərdə yararlıdır.
Böyrəklərdəki qum və daşları tökər, böyrəklə bağlı narahatlıqların müalicəsində istifadə edilir.
Bədəndə artıq maddə buraxmadan protein verir və bədənin normal çalışmasına, zəifləməməsinə köməkçi olur.
İnkişaf dövründəki uşaqların inkişafnı daha yaxşı təmin etmək üçün fındıq verilməlidir.
Yüksək təzyiqdən prostata, ürək  şikayətindən klimaks dövrü problemlərinə qədər bir çox narahatlıqda, fndıq bədəni gücləndirici və sağlamlığınızı qoruyucu bir funksiyanı öz üzərinə götürür.
Edilən bir çox araşdırma, fındığın xolesterolu saldığını və infarkt riskini azaltdığınÇərəzlərin faydalarıı, ehtiva etdiyi yüksək kalsium sayəsində sümükləri və dişləri gücləndirdiyini, cinsiyyət hormonlarını inkişaf etdirdiyini və gündəlik həyatda enerji verdiyini ortaya qoyur.
Hər gün yalnız 25-30 qr fındıq yemək, gündəlik E vitamini ehtiyacının yüzdə 100`nü qarşılayır.
Son zamanlarda edilən araşdırmalar göstərir ki, fındıqda bol miqdarda olan beta sitosterol maddəsi xolestrolu aşağı salmaqda və xərçəng ( bağırsaq, prostat, döş) kimi bir çox xəstəliyin qarşısını almaqda önəmli bir rol oynaya bilir. Bu xüsus, şişlərin böyüməsini əngəlləmə və apoptosis ( proqramlanmış hüceyrə ölümünün ana tiplərindən biri)  xəbərdarlığı üçün də keçərlidir.

Badam:

Sinirləri gücləndirir.
Sinə xəstəliklərinin qarşısını alır.
Bədən və zehin yorğunluğunu aparır.Çərəzlərin faydaları
Hamilə qadınların südünü artırır və körpələrin inkişafına köməkçi olur.
Böyrək və sidik yolları iltihablarını yaxşılaşdırır.
Xolestrolu aşağı salır. İnfarkt riskini azaldır.
Hər gün 42 qr badam və ya fındıq yemək, ürək xəstəliyi riskini azaldır.
Qan şəkəri səviyyəsini nizamlayır; xərçəngə tutulma riskini azaldır.
Baş ağrısı, qaraciyər və böyrək ağrılarını yüngülləşdirir.

Qoz:

Qanda, xolestrolun yüksəlməsinin qarşısını alır.
Beynin işini gücləndirir.
Uşaqların məktəb performanslarını və xatırlamaq bacarıqlarını artırmaq üçün gərəklidir.
Ehtiva etdiyi fosfor və kalsium zehini yorğunluğu aradan qaldırır, sümük və dişləri gücləndirir.
İmmunitet sistemini gücləndirir.
Yaxşı bir antioksidant qaynağı olması səbəbiylə xərçənglə mübarizədə önəmli rolu vardır.
Qoz yeyilməsi, ürək sağlamlığının qorunmasına kömək olur: Qozun tərkibində olan doymaçərəzlərin faydalarımış yağlardakı linoleik turşu, xolestrolu aşağı salır. Tərkibindəki alfalinoleik turşu ilə omeqa 3 yağ turşuları, damar tıxanmalarının qarşısını alır. Edilən araşdırmalar, nizamlı qoz yeyən insanlarda  tac damar xəstəliklərinə tutulma riskinin əhəmiyyətli nisbətdə azaldığını göstərir.
Qansızlığın qarşısını alır.
Şəkər xəstələrində ürək xəstəliyi riskini aşağı salır.
Alzheimer və Parkinson kimi xəstəliklərə qarşı qoruyucudur.
Mədə qazını və həzm pozuqluqlarını aradan qaldırır.
Qırmızı qan hüceyrələrinin formalaşmasına, ağciyər toxumalara oksigen daşınmasına yardımçı olan və qansızlığın qarşısını alan
kalium baxımından olduqca zəngindir. Kalium, sinirlərin xəbərdarlığı və əzələ toxumasının çalışması üçün lazımlıdır.
Öd kisəsi daşının meydana gəlməsini əngəllədiyi müəyyən olunmuşdur.

Kişmiş:

Üzüm məhsullarındakı dəmir, kalsium və kalium minerallarının sümük inkişafı ilə yanaşı, qansızlığı, halsızlığı, zəifliyi və ishalı müalicə edici xüsusiyyəti vardır.
Çəki almaq istəyən də, rejim etmək istəyən də kişmiş yeməlidir, çünkü enerji verir.
Zülal və karbohidrat qaynağıdır. A, B1, B2, B6, C vitaçərəzlərin faydalarıminləri ilə fosfat, kalsium, dəmir, fosfor turşusu, orqanik turşular, qarışqa turşusu minerallarını ehtiva edir. Gündəlik kalsiumun beşdə birini və dəmirin isə üçdə birini qarşılayır. Minerallar halsızlığı, qansızlığı, ishalı və zəifliyi müalicə edir.
Qaraciyər zəifliyinə, öskürəyə, bronxitə yaxşı təsir edir.
Unutqanlığı azaldıcı təsiri olduğu müşahidə edilmişdir.
Diş çürümələrinə mane olar.
Üzümdə öz səviyyəsində və birbaşa qana qarışan şəkər vardır. Bu xüsusiyyəti ilə bədən və zehin gücü ilə çalışan işçilər üçün yaxşı bir qidadır.
Qida şəkli ana südünə bənzəyir. Üzümdə olan bol dəmir qan yaradır.

Qaysı:

Beynin nizamlı işləməsini təmin edər, stressi azaldır.
Qaraciyərin zəzər görmüş qisminin təmirini yerinə yetirir.
Sümüklərin düzgün və sağlam olmasında önəmli rol oynayır.
Qan istehsalını artıraraq, qansızlığa əngəl olur.
Mədə və on iki barmaq bağırsağı xorasının meydana gəlməsinə mane olur, meydana gəlmiş xoraların yaxşılaşmasında rol oÇərəzlərin faydalarıynayır.
Böyrəklərdə daş meydana gəlməsi riskini azaldır.
Çoxalma sistemi üzərində önəmli rolu olub, cinsi gücü artırır.
Xərçəngə qarşı qoruyucu bir təsirə malikdir.
Dişlərin daha sağlam və qüvvətli olmasında önəmli rol oynayır.
Ürək əzələlərini qüvvətləndirir və daha nizamlı işini təmin edir.
Kalium səviyyəsi  yüksək olması səbəbiylə ürək çatışmazlığı, böyrək xəstəlikləri, hepatit və siroz müalicəsində müsbət təsir göstərir.
Saf karbonhidrat ehtiva etdiyi üçün hazir enerji qaynağıdır.
Dəridəki nahamarlıqları  aradan qaldıraraq daha düzgün və canlı görünüş verir.
Ərik A, B, C vitaminləri, zülal, bol miqdarda şəkər və mədən duzları ehtiva edən  bir meyvədir. İştah açır, qan yaradır, fiziki və ruhi yorğunluqları keçirir.
Sinirləri gücləndirir, yuxu verir, qəbzliyə yaxşı təsir edir.

Balqabaq toxumu:

Böyrəkləri gücləndirir.Çərəzlərin faydaları
Böyrək, sidik kisəsi iltihablarının qarşısını alır.
Sidik yollarında yaranan xəstəlikləri aradan qaldırır.
Bağırsaq qurdlarını salır.
Bir çox prostat dərmanının tərkibində balqabaq toxumu vardır.

Duzlu fıstıq:

Çərəzlərin faydalarıZehni və fiziki yorğunluğu aparır. Böyrək və öd kisəsi ağrılarını yüngülləşdirir. Sinəni yumşaldır, öskürək qovucudur. Yalnız olaraq yeyilməli, portağal, alma, armud kimi meyvə və ya tərəvəzlərlə qəbul edilməməlidir.

Püstə:

Gündə 10-12 ədəd yeyilən püstə, bədənin gündəlik yağ ehtiyacını qarşılaya bilir.
Qandakı xolesterol səviyyəsini salır.Tac ürək xəstəliyi risÇərəzlərin faydalarıkini azaldır.
Püstə, şəkər xəstəliyində (diabet mellitus) istifadə edilə bilir.
İncə bağırsaqda qlükoza sorulmasını azaldır və qan şəkərinin yüksəlməsinin qarşısını alır.
Püstə, yaxşılaşma dövrlərində də bədənin dostudur. Bir tərkib içində və ya tək başına qəbul edilə bilən fıstıq, sağalma dövrünün rahat və qısa sürməsini təmin edir, orqanizmi  müqavimətli hala gətirir.
Ağciyərlər üçün yaxşı bir iltihab təmizləyicidir. Sinəni yumşaldır, ağrılarını yüngülləşdirir, öskürəyin keçməsinə köməkçi olur.

Mənbə: www.bilgizenginleri.org
Hazırladı: Fidan Aslanova

Beyenmeler
16   0  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 10 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook