TEMPERAMENTİN TƏDQİQİ TESTİ

Xüsusi

Beyenmeler
0   7  
VN:F [1.9.16_1159]
Rating: +121 (from 169 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın

  1. Salam. Bəli, mümkündür ki, hər iki temperament tipi eyni səviyyədə özünü göstərsin. Melonxolik ən zəif, xolerik isə ən güclü sinir sistemi tipidir. Onların eyni dərəcədə sizdə olması bir tarazlıq yaradır.

      • Fleqmatik – bu tip insanlar isə qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara “yerəbaxan” deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanındakıların gülməkdən ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq müşküldən müşküldür. İstənilən halda hamıdan gec reaksiya verir.

        Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.

  2. Men tam 70% sangvinikem.diger xolerik 10%,melonxolik ve fleqmatik ise 5% dir ki,bunlar artiq nezere alinmir..70% sangvinik olmaq mence o qeder de yaxwi deyil

    • Bu tip insanlar sakit ancaq həssasdırlar.Onlar heç nəyə biganə qalmırlar.Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər.Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər.Dönə-dönə bu hadisəni xatırlayırlar,kədərlənirlər,öz aləmlərində ölçüb-biçirlər.Heç bir tip onlar qədər “yüz ölç bir biç”məsləhətinə riayət etmir.Bu dünyada ən çox özlərindən narazıdırlar.Özlərinin heç bir bacarığını dəyərləndirmirlər.Özlərinə tənqidi yanaşırlar.Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər.Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq başladıqları iş yarımçıq qalır.

    • Salam. Sanqvinik tip üstünlük təşkil edir.
      Sanqvinik-
      Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir.
      Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək
      fəallığa malik olduğuna görə çox işgüzar olurlar,
      hər bir yeni işə dərhal girişir, həmişə birinci
      olmağa çalışır, yorulmadan uzun müddət işləyə
      bilir. Sanqviniklər həddən artıq qayda-qanuna əməl
      edən olurlar. Hissləri asanlıqla bir-birini əvəz edir.
      Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast
      gəldikləri insanlarla asanlıqla ünsiyyətə girə bilir,
      bir işdən digərinə asanlıqla keçə bilirlər. Bu tipə aid
      insanlar emosional, zirək və diribaş olurlar. O
      qədər zirəkdirlər ki, onları 1 dəqiqə bir yerdə
      saxlamaq qeyri-mümkündür. Həmişə hara isə
      tələsir, gedir, gəlirlər. Oturaq iş onlarlıq deyil.
      Onların maraqları davamsız və qeyri-sabitdir.elə
      ona görə də böyük həvəslə, coşqunluqla
      başladıqları işdən son dərəcə süstlüklə də əl
      çəkirlər. Son dərəcə emosional olsalar da
      yaddaşları zəifdir. Onlar üçün yalnız bu gün, bu an,
      bu saat var. Bu tip insanlar təsir altına tez
      düşürlər. Elə buna görə də bu insanlardan bəziləri
      son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə
      olaraq, intizamlıdırlar.