Vitaminlər, bədənimizin normal funksiyalarını yerinə yetirə bilməsi üçün gərəkli olan orqanik maddələrdir. Kalori ehtiva etmirlər. Bədəndə sintezlənmələri azdır ya da heç sintezlənməzlər. Bu səbəblə xaricdən qidalar yolu ilə təmin edilirlər. Vitaminlər olmadan bir çox həyati funksiya yerinə yetirilə bilməyəcəyi üçün vitaminlərin insan bədəni üçün önəmi müzakirə olunmazdır . Bu səbəblə, vitamin əskikliyi yaşamamaq və sağlam bir bədənə sahib olmaq üçün sağlam və balanslı şəkildə qidalanmada vitaminlərin önəmi böyükdür.
Vitaminlər, ərimə özəlliklərinə görə:
Yağda əriyən vitaminlər və Suda əriyən vitaminlər olaraq iki yerə ayrılır.
Yağda əriyən vitaminlər A, D, E, K vitaminləridir və bu vitaminlər bədəndə yığıla bilir.
Suda əriyən vitaminlər isə B qrupu vitaminlər və C vitaminidir. Bu vitaminlər bədəndə kifayət qədər yığılmadığı üçün qidalar yolu ilə nizamlı olaraq qəbul edilməlidirlər.
«A» vitamini.
A vitamininin faydaları:
A vitamini, bədən toxumalarının və dərinin sağlam olmasını və immunitet sisteminin güclənməsini təmin edir. Sağlam bir sümük quruluşu üçün də lazımlıdır. A vitamini, antioksidant olaraq fəaliyyət göstərərək hüceyrələri xərçəngə və digər xəstəliklərə qarşı qoruyur, yaşlanma müddətini yavaşıdır, yağ yığılmasına köməkçi olur. A vitamininin bədən baxımından digər bir əhəmiyyəti də, zülalların A vitamini olmadan istifadə olunmamasıdır. Bundan başqa, görmə duyğusu üçün də faydalıdır. Xüsusilə, ana bətnindəki körpənin sağlam inkişafı üçün hamilələrin kifayət qədər A vitamini qəbul etməsi lazımdır.
A vitamini nələrdə var:
Heyvani qidalarda daha bol olur. Başda balıq yağı və qaraciyər olmaqla, böyrək, süd, yumurta sarısı, buğda, kök , göbələk, paxlalılar, fıstıq, qoz və pomidor A vitaminini tərkibində daşıyan qidalar arasındadır. Bundan başqa, şirin kartof, ispanaq, şalğam, balqabaq, mərcimək, qovun, qırmızı bibər, qeryfurt, noxud, qarpız, qaysı, brüssel kələmi, keşniş də A vitamini ehtiva edən qidalardır.
A vitamini əskikliyi :
Normal şərtlərdə çatışmazlığına çox rast gəlinməsə də qeyri-kafi və balanssız qidalanma nəticəsində ortaya çıxa biləcəyi kimi spirt istifadəsi , bəzi dərmanlar və E vitamini əskikliyi A vitamininin sovurulmasını azaldaraq A vitamini çatışmazlığına səbəb ola bilər. Əskikliyində, tez və asanlıqla xəstələnmə, dəri quruluğu, saçlarda kəpək, ağızda yara, gecə korluğu, halsızlıq, iştahsızlıq, diş əti xəstəlikləri kimi sağlamlıq problemləri görülür. Bundan başqa, xüsusilə uşaqlarda kilo ala bilməmə və boyun uzanmaması qeyri-kafi A vitamini qəbul edilməsinin nəticəsi ola bilər.
“E” vitamini.
E vitamininin faydaları:
E Vitamini çox güclü bir antioksidantdır. Hüceyrə quruluşunun pozulmasına mane olur. Yaraların yaxşılaşmasını sürətləndirir. Xərçəngə qarşı qoruyucudur. Damar sərtliyinə və tıxanmalarına mane olur. Dərini gözəlləşdirir . İmmunitet sistemini gücləndirir. Göz sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Bədənə qəbul edilən ağır metallar, zəhərli birləşmələr, radiasiya və bəzi dərmanların yaratdığı toksinlərə qarşı qorunmanı təmin edir. Yaşlanma ilə bağlı yaddaş itkilərinin (Alzheimer) qarşısının alınmasında müsbət təsiri olduğu sübut edilmişdir.
E vitamini nələrdə var:
Başda taxıllar olmaq üzrə ispanaq, balqabaq, kələm, kahı kimi yaşıl tərəvəzlərdə , zeytun yağı, balıq yağı, fındıq, qoz, yumurta sarısı, pomidor və kartofda bol miqdardadır. Əsasən də bir ovuc fındıq gündəlik E vitamini ehtiyacını ən yaxşı şəkildə qarşılayır.
E vitamini əskikliyi:
Son dərəcə nadir hallarda görülməklə birlikdə, həm də E vitamini çatışmazlığından; başda qansızlıq və göz pozğunluqları olmaq üzrə, asanlıqla yorulma, yaraların gec sağalması, sonsuzluq ortaya çıxa bilər. E Vitamini çatımazlığı ürək xəstəlikləri və xərçəng riskini də artırır. Bundan başqa, bədəndə su toplanması səbəbiylə şişkinliklər də görülə bilər. Xüsusilə yetkinlik dövründə E Vitamini ehtiyacı kifayət qədər qarşılanmalıdır.
“C” vitamini.
C vitamininin faydaları:
Bədəndə sümüklərin , dişlərin , dərinin və oynaqların inkişafını və güclənməsini təmin edir. Yaraları yaxşılaşdırır və toxumaları yeniləyir. Xərçəng və ürək xəstəliklərinə qarşı qoruyucudur. İmmunitet sistemini gücləndirir. Xəstəliklərə qarşı müqaviməti artırır. Enerji istehsalında və stressə qarşı hormonların istehsalında vəzifəlidir. Xüsusilə uşaqlar üçün böyüməyə və inkişafa kömək olur. Qanı zəhərlərdən təmizləyir. Təzyiqi salır . Qandakı şəkər miqdarını azaldır.
C vitamini nələrdə var?
Ehtiyac duyulan C vitamininin hamısı xaricdən alınmaq məcburiyyətindədir. Başda sitrus bitkiləri olmaqla, yaşıl yarpaqlı təzə tərəvəzlərdə, cəfəridə, balqabaqda, soğanda və pomidorda bol miqdardadır.
C vitamini əskikliyi :
C vitamini immunitet sistemini dəstəklədiyi üçün kifayət qədər alınmadığı təqdirdə immun sistemi zəifləyir və tez xəstələnməyə gətirib çıxarır. Bundan başqa, enerji azlığı , bədənin asanlıqla göyərməsi , burun qanaması , yaraların gec sağalması, dişəti qanamaları kimi problemlər görülür.
“D” vitamini:
D vitamininin faydaları:
Kalsium və fosfor sorulmasını düzənləyərək sümüklərin və dişlərin güclənməsini təmin edir. Raxit xəstəliyinin qarşısını alır. Sümük və diş inkişafı üzərindəki təsirləri səbəbiylə xüsusilə körpələrdə və böyümə dövründəki uşaqlarda D vitamini ehtiyacını qarşılamaq önəmlidir. Həzm sisteminə yaxşı təsir edir, bağırsaqların nizamlı işləməsini təmin edir. Əzələlər, cild və mədəaltı vəzi üçün də faydaları vardır. Tiroit funksiyaları və normal qan laxtalanması üçün gərəklidir.
D vitamini nələrdə var?
Normalda kifayət qədər günəş işığı alan yetkin insanlarda və uşaqlarda D vitamini bədən tərəfindən kifayət qədər istehsal edilir. Bununla birlikdə yeni doğulan körpələrdə, böyümə dövründəki uşaqlarda, hamiləlikdə və süd əmizdirən qadınlarda D vitamini ehtiyacı artdığı üçün qidalarla xaricdən daha çox miqdarda alınmağı lazımdır. Günəş, başlıca D vitamini qaynağı olmaqla yanaşı D vitamini hansı qidalarda var, desək.. balıq əti, balıq yağı, süd və yumurta sarısı, D vitamini ehtiva edən qidalar olaraq sayıla bilər.
D vitamini əskikliyi:
Əskikliyi sümük və diş quruluşunun pozulmasına, sümüklərin gücünü və sərtliyini itirməsinə səbəb olur. Uşaqlarda raxit deyilən sümüklərdə inkişaf pozğunluğu və dişlərin gec çıxması kimi xəstəlik və şikayətlərə səbəb ola bilər. Yetkin insanlarda isə sümük yumşalması, diş çürüməsi, narahatlıq, yuxu pozğunluqları D vitamini əskiklikləri əlamətləri arasındadır.
“K” vitamini:
K vitamininin faydaları:
Qanın laxtalanmasında vəzifə alan vitamin olaraq önə çıxır və ən önəmli vəzifəsi də budur, yəni qanın laxtalanmasını təmin etməsidir.
K vitamini nələrdə var?
Tərəvəzlərin yaşıl hissələri, ispanaq, balqabaq, kələm, Brüssel kələmi, gül kələm, kahı, yaşıl pomidor, paxla, noxud, qatıq, yumurta sarısı, kartof, yaşıl bibər və yaşıl çay bol miqdarda K vitamini daşıyan qidalar arasındadır. K vitamini insan bağırsağındakı yararlı bakteriyalar tərəfindən də istehsal edilir. K vitamininin sadəcə kiçik bir bölümü qaraciyərdə yığılır.
K vitamini əskikliyi:
K vitamini kifayət qədər alınmazsa, qanın laxtalanma özəlliyi azalır və bunun nəticəsi olaraq da diş ətlərində, həzm sistemində, sidik yollarında, ağciyərlərdə və dəridə qanamalar müşahidə edilir. K vitamini əskikliyi, burun qanaması, menstruasiya zamanı aşırı qanama kimi nəticələr doğura bilər.
Mənbə: tr.mydearbody.com
Hazırladı: Fidan Aslanova