3…2…1… CHEESEEE..! Çəəə..kiii…rəəəmmm…Çəkirəəəəmmm…Çəkdimmmmm..! yaxşı düşmüsüz, gözəl rəsimdir, heç özünüzə bənzəmir..”, ” ..artiq özünüz ola bilərsiniz..”
Komandir qarşısındakı əsgərə farağat deyər kimi fotoqrafın “xoşbəxtlik ” axtarışında olan bunu yalnız bir anlıq rəsm üçün hiss edə bilən insanlara təlimatı..
Daxili xoşbəxtliyini tapa bilməyib sırf cəmiyyətlə ayaqlaşmaq üçün edilən fədakarlıqlar..
Özünü məhv etdiyini gizləmək üçün uydurulan ” xoşbəxt selfie” axmaqlığı..
Hisslərindən utanan, qorxan, kimsə ürəyindəki sevgini, mərhəməti hiss edər deyə gündən günə qəddarlaşan, ya da qəddarlaşmış kimi görünməyə can atan.. ya da filmlərdəki mənfi obrazları həyatina idol seçən bədbəxt insanlar toplusu.. və ya ” BİZ ” olmağı buraxıb, şəxsiyyətə pərəstiş “MƏN” lik təlatümü kimi psixoloji problemlər və ya cəmiyyətin yeni bəlası “selfie qripi”.. gündən günə mənasızlaşan mənəviyyatlar MI..!? yoxsa gündən günə gözəlləşən simalar MI..?! Selfie qripinin simptonları.. Dilemma: bədbəxtliyini başa düşüb qəbul edərək yaşamaqmı..!? ya da Xoşbəxtlik rolunu “Oscar”lıq oynayıb özünü belə inandırmaqmı..!?
Kimdir müqəssir..!? axmaq xoşbəxtliyə məcbur qalan “Xoşbəxt selfie QURBANLARI ” hiss etmədiyi xoşbəxtliyi göstərməyə məcbur edən “dost var, düşmən var ” ideologiyası ilə məhvə sürüklənən cəmiyyət mi..!? Və nəhayət “Axmaq selfie XOŞBƏXTLİYİ” mi, yoxsa” Xoşbəxt selfie AXMAQLIĞI” mı..!? qərar verə bilmədim.. Qərar verməliyəm mi.!? Bunu da anlamış deyiləm.. Anlamadığım çox şey var hələ.. ya da anlada bilmədiyiniz.. Bəlkə də anlatmaq istəmədiyiniz.. ya da özünüzün belə anlamaqda çətinlik çəkdiyiniz.. Bir də anlada bilmədiklərim.. anlayıb da anlada bilmədiklərim daha çoxdur.. anlamayanlarla da bir işim olmaz anlayıb da anlamazlıqdan gələnləri gördükdən sonra.. anlamamaqda israr edənlərsə xoşbəxtlik oyununuzda UĞURLAR..! Mənim gücüm tükəndi..yoruldum..yordunuz.. Mən yenə gülümsəməyə davam edirəm və edəcəm.. Axı gülümsəmək hər kəsə yaraşır.. Ən çox da “MƏN”Ə.. : ) Axı MəN özünə dəyər verən, axı MəN ən dəyərli olmadığı yerdə qalmayan, axı MəN Zeynəb Xanlarovanın “Esmira” mahnısının çalınmayacağı toya getməyən wink emoticon , axı MəN nə olursa olsun ” I will always SMILE for my MOTHER ” deyə söz verən, sözünü tutmaq üçün hər səhər bunu özünə xatırladan EsmEraldayam.. 🙂
Fotograf : CHEESEEEEE..!
Esmira: Baxım..baxımmm.. Necə düşmüşəm..? ))
Fotograf: Çooox Xoşbəxt..
Esmira: O zaman paylaşa bilərəm.. ;))
Müəllif: Esmira Talıbova