XOŞBƏXTLİYİN FƏRQİNDƏ OLMAQ

Normalda, beyin  hər zaman acının fərqinə varar, xoşbəxtliyin fərqinə varmaz. Başın ağrısa, bunun fərqində olarsan. Başın ağrımadığı zaman, başının yaxşı olduğunun fərqində olmazsan. Bədənin acıdığı zaman bunun şüurunda olarsan, amma bədən sapsağlam ikən sağlamlığın şüurunda olmazsan.
Niyə bu  qədər bədbəxt hiss etməyimizin təməlində bu səbəb var : bütün şüurumuz acıya fokuslanıb. Sadəcə tikanları sayarıq – heç çiçəklərə baxmarıq. Bir şəkildə tikanlara ilişib qalar və çiçəkləri göz ardı edərik. Əgər yaralı və davamlı olaraq acı içindəyiksə, bu normaldır; elə olmalıdır. Bir bioloji səbəblə bu baş verib: təbiət səni acıdan xəbərdar edər ki, ondan qaçına biləsən. Yoxsa, əlin yanmaqda ola bilər və sən heç bunun şüurunda olmaya bilərsən və həyatda qalmaq çətin olar. Beləcə, təbiət, acının şüurunda olmağı, şərt və qaçınılmaz edib. Amma təbiət zövqün, sevincin, coşğunun şüurunda olmağın üçün bir mexanizm yaratmayıb.
Bu andan etibarən, təbii olmayan şeylərin fərqinə varmağa başla. Məsələn, bədənin tamamilə sağlamdır: səssizcə otur, bunun şüurunda ol. Yaxşı olmağın keyfini çıxar. Heç bir problem yoxdur – zövq al! Bunun şüurunda olmaq üçün səy göstər! Qarnın doydu və bədənin qane oldu; bunun şüurunda ol.
Ac olduğun zaman təbiət səni xəbərdar edir, lakin təbitəin, tamamilə doyduğun zaman səni xəbərdar edəcək bir sistemi yoxdur; bunun inkişaf etdirilməsi lazımdır. Təbiət bunu inkişaf etdirmək məcburiyyətində deyil, çünki təbiət, həyatda qalmağa fokuslanıb; bundan artığı lüksə keçir. Xoşbəxtlik lüksdür, ən böyük lüks.
       Mənim, insanların niyə bu qədər bədbəxt hiss etdikləri haqqındakı müşahidələrim belədir: əslində, göründükləri qədər bədbəxt deyillər. Böyük coşğu duyduqları anlar olur, amma o anlar keçib gedir; heç fərqinə varmırlar. Anıları, acı və yaralarla dolur. Beyinləri kabuslarla dolur. Gözəl  röyalar və şeir kimi görüntülər olmadığına görə yox – onlar da var, lakin fərqinə varacaq heç kim yoxdur. İyirmi dörd saat boyunca Tanrıya şükür etməyini gərəkdirəcək minlərlə şey olur, amma sən heç diqqət etmirsən!
 Bu andan etibarən, diqqət etməyə başlamalısan. Beləcə, xoşbəxtliyin, gündən-günə çoxaldığını görüb təəccüblənəcəksən və eyni səviyyədə acı və bədbəxtlik getdikcə azalacaq. Və, həyatın, hardasa, bir bayrama çevrildiyi bir an gələcək. Acı sadəcə arada bir yaşanar və bu da oyunun bir parçasıdır. Bundan dolayı diqqət dağılmaz, narahat olunmaz. Bu qəbul edilər.
Əgər yemək yedikdən sonra gələn doyma hissindən zövq alırsansa, təbii olaraq bilərsən ki, ac ikən biraz acı olacaq… və bu yaxşı bir şeydir. Bir gecə yaxşı bir yuxu yatmısansa və səhər təptəzə, yenilənmiş halda oyanmısansa, təbii olaraq bir gecə heç gözünə yuxu getmədiyi zaman biraz iztirab olacaq, amma bu da oyunun bir parçasıdır.
Mənim təcrübəmə görə, həyat 99 faiz xoşbəxtlikdən və 1 faiz acıdan ibarətdir. Amma insanlarda 99 faiz acı və 1 faiz xoşbəxtlik olur; hər şey tərsinə çevrilmiş vəziyyətdədir. 
       Zövqün, sevincin, müsbət şeylərin, çiçəklərin, fırtına buludlarının arxasındakı göy qurşağının getdikcə daha çox fərqində ol.

 

Mənbə:         Osho – “Beden ile Zihni dengelemek” kitabı
Hazıradı:       Fidan Aslanova 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın