YAŞ ANLAYIŞI VƏ ONUN NÖVLƏRİ

Yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaş.İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır. Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, davranışda impulsiv hallar), həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi baş verir və psixi inkişaf müəyyən dövrlər və mərhələlər keçərək öz xüsusiyyətləri ilə biri digərindən fərqlənir.
İnsanın ömrü mütləq yaş (xronoloji), fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə ifadə olunur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.

1. XRONOLOJİ, yəni pasport yaşı
2. BİOLOJİ və ya funksional yaş
3. SOSİAL, yaxud vətəndaşlıq yaşı
4. PSİXOLOJİ, yaxud psixi yaş

Bu yaş kateqoriyaları həm rəngarəng insan həyatını, həm onun mənalı ömür yolunun fiziki obyektini, həm də bioloji orqanizm olan sosial şəxsiyyətin mənəvi aləminin zənginliklərini əks etdirir. Həmin yaş növləri bir-birilə dialektik vəhdətdə inkişaf edir, biri digəri üçün zəmin rolunu oynayır.

Yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaş.Xronoloji (təqvim) yaşla insanın ömrü aylara, illərə, mərhələlərə ayrılır, onunla ömür yaşı – mütləq yaşı müəyyənləşdirilir. Bu, uşaq anadan olan gündən hesablanır. Elə buna görədir ki, şagirdlərin komplektləşdirilməsi doğum haqqında şəhadətnamədə göstərilən təvəllüd tarixinə əsasən aparılır. Pasport yaşı ilə insanın vətəndaşlıq hüququ, həddi-buluğa çatdığı da təsdiqlənir.
Fərdin inkişaf mərhələləri isə şərti yaş məfhumu ilə xarakterizə olunur. Fərdin yaşının real hüdudlarını mütləq yaşla (xronoloji) təyin etmək mümkün deyil. Çünki çağalığın, körpəliyin, cavanlığın , qocalığın hansı gündə, hansı saatda başlanıb-qurtaracağını dəqiq müəyyənləşdirmək mümkün deyil. Ona görə də şəxsiyyətin fərdi inkişafının bioloji, sosial və psixoloji olmaqla üç istiqamətini, yəni yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaşı fərqləndirmək elmi cəhətdən daha məqsədəuyğundur.

Bioloji yaşın göstəricisi kimi bədənin böyüməsini, süd dişinin çıxmasını, fizioloji amilləri, cinsi yetişgənliyi, orqanizmin inkişafının daxili ritm və sürətini əsas götürürlər, bəziləri isə ontogenez inkişafa filogenez inkişafın təkrarı kimi baxırlar.
Uşaq və gənclərdə boyun, dərinin sümüyün, əzələ sisteminin, daxili sekresiya vəzilərinin, sinir sisteminin, analizatorların, ümumi somatikanın, cinsiyyətin inkişafının diferensial getməsi, kamillik yaşına kimi müxtəlif variantlarda birinin digərindən fərqli yetişməsi bioloji yaşı səciyyələndirir. Bioloji yaş orqanizmin inkişafı,yetkinləşməsi, qocalması – psixoloji yaşın formalaşması üçün təbii zəmin rolunu oynayır.

Sosial yaş isə insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən fərdin şəxsiyyətə çevrilməsi, başqa sözlə, şəxsiyyətin formalaşması və inkişafını sosial cəhətdən şərtləndirən həyat yolu, insanın qrupdakı mövqeyi, cəmiyyətdəki fəaliyyəti ilə bağlıdır. Həyat yolu ailə və ictimai təcrübədə, insanın cəmiyyətdəki mövqeyində, sinfi statusunda, fəaliyyətin əsas mərhələlərində, tarixi inkişafın gedişində dəyişir, kamilləşir, şəxsiyyətin təşəkkül tarixi olur.

Yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaş.Psixoloji yaş isə digər yaş növlərindən fərqli olaraq, birinci növbədə insanın fəaliyyəti ilə xarakterizə olunub, onun daxili hesablama sistemilə ölçülür. Burada insanın psixoloji yaşını müəyyənləşdirmək üçün onun psixoloji vaxtının fərdi xüsusiyyətlərini bilmək lazımdır.
İkincisi, insan öz gələcəyinin, gələcəkdə qazanacağı nailiyyətlərin,tutacağı mövqeyin, nüfuzun samballılığı, onların genişlənməsi hesabına, psixoloji baxımdan, mənən cavanlaşa, yaxud əksinə, acınacaqlı keçmiş hesabına daxilən xeyli qocala bilər.
Üçüncüsü, psixoloji yaş bir qədər çoxcəhətli məfhum olduğundan bəzən o, insan həyatının bütün sahələrinə uyğun gəlməyə də bilər. Məsələn, adam ailədə bütün düşünülmüş həyat planlarını tam surətdə yerinə yetirdiyi halda, peşə, sənət, ixtisas sahəsində psixoloji imkanları hələ sərf edilməmiş qala bilər.
Beləliklə, şəxsiyyətin psixoloji yaşı onun psixoloji vaxtının sərf olunması ilə müəyyən edilməklə, bioqrafik miqyasda, şəxsiyyətin psixoloji xarakteristikası ilə, insanın daxili mənəvi inkişaf mənzərəsilə; psixoloji vaxtının səmərəli planlaşdırılması, həmin vaxtdan faydalı istifadəsi, şəxsiyyətin əldə etdiyi yüksəliş, uğurlar və bunların onun həyatında necə iz buraxması ilə müəyyənləşdirilir.

Psixologiyada xronoloji, psixoloji, sosial yaşın keyfiyyəti kimi ağıl yaşı (ingilis dilində Mental Age) anlayışı da işlənir. Ağıl yaşı uşağın həmyaşıdlarının icra etdiyi tapşırıqlara uyğun məsələləri yaş norması çərçivəsində həll edə bilməsi ilə müəyyənləşdirilir. Ağıl yaşı -MA xronoloji yaşa, başqa sözlə, yaş normasına uyğun gəlirsə uşağın (insanın) əqli normal inkişaf etmiş hesab olunur.

Mənbə : Ələddin Qədirov “Yaş Psixologiyası”
Hazırladı : Psixoloq R_M

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +26 (from 30 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın