Zaman sürətlə axıb gedir və çox vaxt bunun fərqinə belə varmırıq. Lakin, hər gün bir-birindən dəyərlidir və bəzən tək bir dəqiqəsini belə anlamadan keçirdiyimiz günlər, həyatımız boyunca bir çox təcrübə yaşamağımza səhnə olur. Həyatı daha da anlamlı hala gətirmək və həyatda olduğumuz hər günün dəyərini bilmək üçünsə, hər an hərəkətə keçməyə hazır olmaq çox önəmlidir.
Əgər siz də ömrünüzün sonuna gəldiyiniz zaman etmədiyiniz şeylərə görə peşman olmaq istəmirsinizsə, həyatınızı dəyişdirməyə başlaya bilərsiniz. Daha yaxşı bir həyat yaşamaq üçün ölmədən öncə etməli olduğunuz 77 şeyi sizə təqdim edirik:
1. Hər gün səni həyəcanlandıran bir şey et.
2. Klassik romanları oxu.
3. Əsla unuda bilməyəcəyin biri ilə heç tanımadığın bir yerə səyahət et.
4. Uzun müddətli hədəflərini müəyyənləşdir və səni xəyallarına yaxınlaşdıran 3 şeyi hər gün et.
5. Televizoru həyatından çıxar.
6. Gülümsəmə ilə kimisə xoşbəxt et.
7. Bir topluluğa daxil ol.
8. Yad insanlarla danış. Yeni dostlar qazan.
9. Başqalarına kömək et.
10. Formada ol. Hər səhər piyada gəzintiyə çıx.
11. Hər həftə sadə bir hərəkət öyrən.
12. Kiçik xoşbəxtliklərin fərqinə varıb bunlardan həzz al.
13. Yaradıcı ol. Nə qədər kiçik olsa da, sıfırdan bir şey inşa et.
.14. Hər gün bir zarafat öyrənib kimlərəsə anlat.
15. Hər gün bir neçə dəqiqəni səssiz keçir və bu müddət ərzində düşün.
16. Problemlərlə üzləşərək problem həll etmək üçün özünü şərtləndir.
17. Sənin hədəflərinlə oxşar hədəfləri olan pozitiv insanlar əhatəndə olsun.
18. Maraqlandığın bir mövzuda təhsil al və fərqli kurslara qatıl.
19. Ayda bir dəfə ən yaxşı dostlarınla oyun gecəsi təşkil et.
20. Həftədə bir dəfə gün doğumunu izlə.
21. Həftədə bir dəfə gün batımını izlə.
22. Anlamlı bir xobbi tap.
23. Həyat yoldaşınla və ya ən yaxın dostunla iş partnyoru olub kiçik də olsa iş qur.
24. Rəsm, foto, musiqi və ya kino mövzusunda yaradıcılığını inkişaf etdir.
25. Tamamilə yeni bir şey yoxla.
26. Hər zamanki vərdişlərini buraxaraq fərqli musiqilər dinlə.
27. Heyran olduğun insanlardan bir şeylər öyrən.
28. Kiçik bir bağ qurub orda yetişdirdiklərini ye.
29. Həftədə ən az bir dəfə mükəmməl bir sekslə məşğul ol.
30. Uzun zamandır etmək istədiyin şey üçün hərəkətə keç.
31. Sosiallaş, sosiallaş, sosiallaş.
32. Bir neçə ildir görmədiyin dostlarını və ailə üzvlərini ziyarət et.
33. Öz fikirlərinə önəm ver və onları təqib et.
34. Uzun zaman haqqında danışılacaq bir parti təşkil et və hər kəsi dəvət et.
35. Bayırda daha çox vaxt keçir və təbiət anayla qaynayıb qarış.
36. Əgər işinə nifrət edirsənsə, yensini tap. Həyat çox qısadır.
37. Yeni vərdişlər qazan, bunun üçün heç vaxt gec deyil.
38. Çox ciddi olma. Bol-bol gül.
39. Uzun müddətli həyat təcrüblərindən sonra özünə zaman ayır. Öz çevrəndəki dünyanı kəşf et.
40. Surfing öyrən.
41. Tezdən oyan.
42. Mərhəmətli ol.
43. Özünü və yaşdığın yeri səliqəli saxla.
44. Sahib olmadığın şeylər üçün narahat olmaqdan vazkeç və sahib olduqlarından zövq al.
45. Hər səhər özün üçün 3 öncəlik müəyyən et və axşama qədər bunları gerçəkləşdir.
46. Pozitiv olana fokuslan.
47. Romantik ol, partnyorunu təəccübləndir.
48. Çox vacib olmayan işlərə vaxt sərf etmə.
49. Özünə meydan oxu.
50. Bir şeyi təsirli bir şəkildə necə həyata keçirə biləcəyini öyrən.
51. Səvhlərindən dərs al.
52. Bir şeydən qorxmaq əvəzinə, hər zaman ehtimallara qarşı hazırlıqlı ol.
53. Sənə maraqlı olan hər mövzuda özünü öyrət.
54. Yeməyini yavaş ye və hər şeyin dadını al.
55. Yavaşla və rahatla.
56. Zamanını düzgün idarə etməyi öyrən.
57. İşi iş yerində qoy.
58. Mükəmməllik yaxşılığın düşmənidir. Yaxşı bir həyata fokuslan.
59. Gündə ən azı bir yeməyi ailən və ya dostlarınla ye.
60. Kömək istəməyi unutma.
61. Hər zaman sual ver.
62. Yox deməyi öyrən.
63. Özünü, yollardakı əngəllərə yox, zirvəyə fokusla.
64. Dünayaya 1 dəfə gəlirsən, çətin olanı yoxla.
65. Etdiyin şeylərə ayırdığın zamanı azalt.
66. Bir şeyi vaxtında et.
67. Sadələş.
68. Yazmağı unutma.
69. Daha azına sahib olub daha çoxunu et.
70. Xəstəliklərdən qaçın, əllərini daha tez-tez yu.
71. Daha stressiz və güvənli olmaq üçün avtomobili sürətli sürmə.
72. Özünə kifayət etməyi bil.
73. Spontan davran.
74. Verdiyin sözləri daima tut.
75. Yaxşı yat.
76. Tanış olduğun insanların sənə bir çox köməyi dəyə biləcəyini unutma.
77. Özünü xoşbəxt etmək üçün vərdişlər qazan.
Mənbə: www.uplifers.com
Hazırladı: Fidan Aslanova