Həqiqət varmı?
Həqiqət nədir?
Həqiqət mütləqdir, yoxsa nisbi?
Həqiqəti axtarmaq, aramaq var. Bəlkə də axtarmağın özüdür, həqiqət. Həqiqəti aramaq, onun fərqində olmaq və yola dönüşdürməkdir. Yolun hər qarışında onu hiss edə bilməkdir. Həqiqət tapıldısa, o həqiqət deyil. Həqiqət bir zirvə deyil, zirvəyə gedən yoldur. Yol… Arayışı olan yol.
Həqiqət özü sabitdir, amma zaman, insan və kainat sabit qalmaz, dəyişər. O üzdən həqiqətin sabit forması zamanla fərqli ölçülərdə təzahür edər. Ona görə bu fərqliliyin fərqində olmaq lazımdır, bu prosesi yola çevirmək lazımdır, yolçuluq etmək lazımdır. Bəlkə də elə ən böyük həqiqət dəyişmənin- dinamikanın olmasını etiraf etməkdir. Hər şey hərəkətlilik halında, olaylarda anlam qazanır və özünü ifadə edir, öz yerini tapır.
Həqiqət özlüyündə sabitdir, amma biz dəyişik olduğumuz üçün onu da fərqli biçimlərdə qavrayır və transformasiya edirik. O üzdən “hər şey nisbidir” deyirik. Həqiqət, elə hər şeyin nisbi olması və həqiqətin özünə çatmanın dinamik olmasıdır, məncə.
Həqiqət mütləq və nisbi olaraq ikiyə bölünməz. Çünki bölünməsi doğru deyil. Bir cür həqiqət var və ÖZ olaraq mütləqdir. Biz onun ÖZ-ü ilə deyil, təzahürü, yansıması ilə məşğuluq. Yəni bizim həqiqət haqqında təsəvvürlərimiz onun təzahürü (yansıması) ilə formalaşır. Nisbi olan da bizim həqiqət haqqında olan təsəvvürlərimizdir.
Kiçicik bir şübhə, böyük bir həqiqətin açılmasına gətirib çıxara bilər. Bir insanın həyatı qədər önəmli olan bir həqiqətin…
İnsanlar bir şey haqqında sadəcə fikirlər yürüdürlər. O şey haqqında ən yaxşı, ən məntiqli və cəlbedici dəlillər əsas alınır. Amma bu da o şey haqqında həqiqət sayımayla bilər. Eyni Tanrı və Tanrı təsəvvürləri kimi. Hamı onun haqqında danışır. Amma o bunlardan hansıdır? Bəlkə də heç biri…
Müəllif: Vüsaləddin Rüstəmov
Heqiqet sabit olar, gerçekler değişken….her gerçek heqiqet değildir kısacası…
eladi insan gerek hemise heqiqeti desin
siz hec heqiqeti demisisiniz?
Daim buna çalışmışam. Amma bəzən onu gizlətmişəm də.
Cox gözəldir