Yuxunun patolojik bir məhsul, isterik simptomları içinə alan bir saplantı, sayıqlamaya oxşar bir düşüncə olduğunu ehtimal edirlər. Amma görünür görünməz itməsi və hazırki yaşayışın şərtləri daxilində görünməməsi onu xəstəlik əlamətlərindən ayırır.
Aristotelə görə, yuxu yatanda ruhsal yaşamın fəaliyyətini davam etdirməsidir. Yatarkən xarici dünyadan ayrılırıq və beləcə psixozun inkişafı üçün lazımi şərtlər ortaya çıxır. Bu zaman ya şüursuz içətıxma çox güclü olur və gerçəyə bağlı bilinci əzər, ya da çox çətin, dözülməz gerçəyin önündə sıxışdırılan “Mən” şüursuz içətıxmanın qollarında irəli atılır. Yuxunun zərərsiz psixozu, xarici dünyadan şüurla istənmiş anlıq bir vazgeçişdir. Bu proses dünya ilə bağlar qurulan kimi itir.
Yuxu zamanı psixi enerjinin bölünüb dağılmasında bir dəyişiklik olur. İnsan yatarkən şüursuzluq halına keçir. Yuxu prosesində içətıxmalar azadlıqlarından istifadə etməyə çalışarkən, hərəkət etmə yolunun bağlanmış olduğunu görür və halusinasyon bir doyumla qənaətlənmək məcburiyyətində qalır. Yuxu bu zaman qurulur. Yuxunun var olması, yuxu zamanı belə hələ də, içətıxmalardan irəli gələn az-çox dirənmənin olduğunu göstərir.
Yuxunun oluşum prosesi bizə büsbütün yeni, öncədən bildiklərimizə heç bənzərliyi olmayan bir şey kimi görünür. Bu proses şüursuzluq sistemində keçən hadisələrə göz atmamıza şərait yaradır və onların şüurlu düşüncələrimizin tanıtdıqlarından çox fərqli olduğunu göstərir. Buna görə də şüur onların səhv olduğu qərarını verir.
Bəzən insanlar gizli düşüncələrin yuxuya çevrildiyini qəbul edə bilmir. Yuxu görənin davranışının onun gizli düşüncələri ilə eyni olmadığını görürük. Bunu müşahidə etmək vacibdir. Çünki yuxu görən yuxudakı düşüncələridən çoxunu tanıyır. İndi yaxud başqa zaman bu fikrə sahib olacağını özlüyündə qəbul edir. Buna qarşılıq bir düşüncə baş qaldırır və özünə yad, hətta iyrənc görünür. Onu özündən qovub uzaqlaşdırır (yenidən içətıxma).
Bu fikirlər oyanıqlıq müddətində ortaya çıxmış və gün içində alqılanmışdır. Fikir, daha doğrusu, atılmış olan həyəcan gecənin qonağıdır, yatanın şüursuzluğunun malıdır. Gecələr başıboş buraxıldığına görə həyəcan(fikir) hər hansı bir donda özünü göstərə bilmişdir və bizə gücdən düşmüş, başqalaşmış, qılıq dəyişdirmiş görünür.
Içətıxılmış fikirlər, şüursuzluq halındakı həyəcan yuxunun gərçək yaradıcısıdır və onun hazırlanmasında lazımi enerjini təmin edir. Butun başqa hissi impluslar kimi burda da içətıxılmış fikirlər öz doyumu məqsədini güdür. Hər yuxuda dürtücü bir istək gərçəkləşir. Fikirlər yuxu sırasında vizual təsvirlər şəklində görünür və gizli düşüncələr biçimlənmiş, rənglənmiş olur.
Yuxu çox zaman mistik dünyaya açılan qapı sayılmışdır və bu gün də çox adam onu gizli şeylər bilgisi olaraq görməktədir. Yuxunun gizliliklə( okkultizm) bağlantıları olduğunu və yuxu ilə qaranlıq olqular arasında bir ya da bir çox bağ olduğunu inkar edə bilmərik.
Nə anlayırıq bu sözlərdən? Bundan nə anlamaq lazımdırsa ümumi və qarışıq şəkildə bilirik. Bunda, anlaşılan və elmin bizim üçün qurmuş olduğu sərt qaydalarla idarə olunan dünyadan fərqli dünyadır.
Ənənələrin, müqəddəs kitabların möcüzə hekayələri ilə dolub daşdığını və dinlərin gərəkli inancı təmin etmək üçün bu qeyri-adi hadisələrə istinad etdiyini yada salaq. Adı keçən hadisələrdə dünyaüstü güclərin fəaliyyətinin isbatlarını tapırlar. Bəs gizliliyin doğurduğu maraq ilə dinsəl şeylərə yönəldilən maraq arasında eynilik yoxdurmu? Çünki gizliliyin qapalı məqsədlərindən birinin, elmi düşüncənin irəliləməsilə sıxışdırılan dinin köməyinə gəlmək olduğunu təxmin edirik .
Mənbə: Ziqmund Freyd “Psixoanaliz üzərinə”
Hazırladı: Şahanə Nuriyeva