Freyd və insan psixologiyasından incilər:
* İnsanın sağlamlığını qoruyan 2 faktor var: İşini sevməsi və həyatı sevməsi.
* Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır.
* Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır.
* Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırmalarıma qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: Qadın nə istər?
* Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi.
* Bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən. Halbuki, nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən.
* Bir obyektə duyulan sevgi ona sahib olmaq istəyindən irəli gəlir.
* Bir insan bir yerə baxırsa orada maraqlandığı bir şey vardır. Bir insan bir yerə heç baxmırsa orada maraqlandığı bir şey mütləq vardır.
* Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə, ilk əvəz edəcəyi insan siz olarsınız.
* Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun… Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir.
* Bilik xəzinələrinə çatan insanların sayı nə qədər artarsa, dini inanclardan qopmaq da o qədər asanlaşar.
* Buraxın ədalət yerini tapsın, istəsə qiyamət qopsun.
* Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin düşünə bildiyi mənasını vermir.
* Ədaləti ağılın köməyi olmadan istifadə etmək qeyri-mümkündür.
* Əgər insan həyatın mənasıyla maraqlanmağa başlayırsa, deməli, o xəstədir.
* Ər demək olar ki, həmişə sevimli kişinin əvəzedicisi rolunu oynayır.
* Sevginizi ehtimal üzərində qurarsınızsa, xəyanətlə sona çatar.
* Kişilər sevişmək, qadınlar isə məhəbbət arzusundadırlar.
* Əlindəki daşı atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi saymaq olar.
* Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər vaxt oradadırlar.
* Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
Hazırladı: Psixoloq R_M
Çox gözəl sözlərdir. Təşəkkür edirəm!