REY DUQLAS BREDBERİ–“451DƏRƏCƏ FARANHEYT”

451 dərəcə Faranheyt-Rey BredberiRey Duqlas Bredberi ( 1920-2012)  elmi-fantastik janrlarda yazan məşhur Amerikalı  yazıçıdır. Yazıçının,  1953-cü ildə nəşr edilmiş “451 dərəcə Faranheyt” romanı olduqca məşhurdur. 451 dərəcə faranheyt — kağızın alışdığı və yanmağa başladığı temperaturdur. Romanda, kitab oxumağın qadağan edildiyi, yanğınsöndürənlərin peşəsinin kitab yandırmaq olduğu, hətta kitabları evdə saxlamağın belə cinayət olduğu, düşünməyin lazımsız hesab edildiyi bir cəmiyyət təsvir edilir. Əsərin baş qəhrəmanı olan yanğınsöndürən Monteq, Klariss adlı gənc qızla tanış olduqdan sonra fikirləri dəyişir, sorğulamağa başlayır və kitabları qorumaq yollarını axtarır.

KİTABDAN SEÇMƏLƏR:

«Mən hər şeyə baxmaqdan, onların qoxusunu almaqdan həzz alıram və hərdən elə olur ki, mən beləcə bütün gecəni keçirirəm və günəşin doğuşunu qarşılayıram.»

«Məktəbdəkilər deyirlər ki, mən ünsiyyətcil deyiləm. Guya ki, mən insanlarla pis yola gedirəm. Qəribədir. Çünki əslində mən çox ünsiyyətciləm. Sadəcə, bu, onların ünsiyyət adı altında nə anladıqlarından asılıdır.»

«Mən insanlarla bir yerdə olmağı sevirəm. Ancaq hamını bir yerə toplayıb və heç kimi söz deməyə imkan verməmək – axı bu necə ünsiyyətdir? Bilirsinizmi, biz məktəbdə heç vaxt sual vermirik. Ən azından çoxumuz. Sakit otururuq, onlar isə üzərimizə bomba kimi cavablar yağdırırlar – trax, trax, trax… Bunun nəyi ünsiyyətdir? Onlar günün axırına qədər bizi o qədər yorurlar ki, ya yıxılıb yatırıq, ya da əyləncə parklarına yollanırıq.”

«Siz fikir vermisiniz ki, bu günlərdə insanlar bir-birini necə incidirlər?»

«Mən yenə də insanları müşahidə etməyi sevirəm. Hərdən mən bütün günü metroda gedirəm, insanlara baxıram, onların söhbətlərinə qulaq verirəm. Mən onların kim olduğunu, nə istədiklərini, hara getdiklərini bilmək istəyirəm.»

«Hərdən mən metrodakı danışıqlara qulaq asıram.Və yaxudda bağdakı fontanların ətrafındakı danışıqları dinləyirəm.Və bilirsiniz,  nə müşahidə etmişəm?
-Nə?
İnsanlar heç nə barədə danışmırlar.
-Yox, bu ola bilməz!
Hə, hə, onlar doğrudan da heç nə barədə danışmırlar. Bir çox avtomobillərin və geyimlərin ,ya da hovuzların adını çəkirlər və onların necə möhtəşəm olduğunu deyirlər. Lakin onlar hamısı eyni şeyləri təkrarlayır və heç bir yeni söz demirlər.Vaxtlarının çoxunu öz mağaralarındakı zarafat qutusundakı təkrar zarafatlara dəfələrlə qulaq asmaqla və ya musiqili divarın rəngli naxışlarının yuxarı-aşağı qaçışlarına baxmaqla keçirirlər.»

«Müxtəlif müsabiqələr təşkil edin: məsələn, məhşur mahnıların sözlərini kim daha yaxşı xatırlayır, ştatların ən önəmli şəhərlərini kim saya bilər və ya Ayova ştatında keçən il nə qədər taxıl yığıldığından kimin xəbəri var. İnsanların beynini lazımsız rəqəmlər, lazımsız faktlarla doldurun. Onlar bir müddət sonra bundan bezəcəklər, lakin eybi yox, əvəzində onlara elə gələcək ki, onlar çox savadlıdırlar. Onlara elə gələcək ki, onlar düşünürlər, irəliyə doğru hərəkət edirlər. Lakin əslində, onlar elə yerlərində də sayacaqlar. Özlərini xoşbəxt hiss edəcəklər, çünki öyrəndikləri faktlar dəyişilməzdir, sabitdir. Onlara fəlsəfə və sosiologiya kimi güvənilməz, dəyişkən şeylər oxumağa icazə verməyin. Belə şeyləri oxumaqla, çox düşünərək nəsə bir nəticəyə gəlmək fikrinə düşə bilərlər.»

«Biz dostluğun hansı məqamda yarandığını deyə bilmərik. Bu, tası damla-damla su ilə doldurmaq kimidir, bir son damla olur ki, həmin qabı daşırır.»

«Eynilə kitablar kimi televiziya və radio da hər xırdalığa qarşı diqqətli, ətraflı və maarifləndirici ola bilərdi, lakin elə deyillər.»

«Yox, yox, sizin axtardığınız şey qətiyyən təkcə kitablardan ibarət deyil! Tapa biləcəyiniz hər yerdən bunu götürün, bunu sizi əhatə edən təbiətdə və özünüzdə axtarın.»

«Mərhəmətli olun, Monteq. Onlara sataşmayın, ələ salmayın.Unutmayın ki,yaxın keçmişdə siz də onlardan biri idiniz. Onlar bütün bunların hər zaman belə davam edəcəyindən çox əmindirlər.Onlar bütün bunların nəhəng alovlu meteora bənzədiyini anlamırlar. Meteor səmada möhtəşəm parıltı yaratsa da, bir gün o mütləq bir yerə çırpılmalıdır.Onlar da bir vaxt siz gördüyünüz kimi, ancaq parıltını, möhtəşəm atəşi görürlər.»

«Siz səhv etməkdən qorxursunuz, başa düşürəm. Qorxmayın. Səhvlər bəzən daha xeyirli olur.»

«Onlar Klarissin evinə çatanda bütün pəncərələrdən parlaq işıqlar ətrafa saçılırdı.
-Burda nə baş verir? – Monteq çox nadir hallarda yaşayış evində belə parlaq işıqlar görmüşdü.
-Heç nə. Sadəcə anam, atam və dayım oturub söhbət edirlər. İndiki zəmanədə bu da piyada gəzmək kimi nadir hadisəyə çevrilib.”

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

2 comments

Bir cavab yazın