AĞIL VƏ VƏHY

ağıl-və-vəhy
Ağıl hər insana birbaşa verilmiş , vəhy isə xüsusi olaraq qazanılmışdır.

Hz. Məhəmməd, Uca Allahdan vəhy gələnə qədər sağlam fikiri və səlim ağılına görə hərəkət etdi, iş gördü və təşviq etdi. Aldığı vəhy məlumatı, ağlı xaricində yeni bir məlumat qaynağı gətirmiş və səlim ağılının məlumatını da dəstəkləmişdir. Bu şəkildə, insan iki məlumat qaynağına sahib olmuş olur. Biri təbii məlumat qaynağı olan ağıl, digəri şifahi məlumat qaynağı olan vəhy. Ağıl ümumi məlumat qaynağı, vəhy isə xüsusi məlumat qaynağıdır. Ağıl hər insana birbaşa verilmiş, vəhy isə xüsusi olaraq qazanılmışdır. Bu nöqtədə ağıl ilə vəhy arasında məsuliyyət baxımından bu fərqlilik var:

İnsan doğuşdan zəruri olaraq ağla görə məsuldur. Vəhyə görə məsul olmaq, doğuşdan deyil, iradə azadlığından asılıdır. Buradakı məsuliyyət iradə azadlığının istifadəsindən asılıdır. Vəhy məlumatının bütün gücü və vəzifəsi ağılı dəstəkləmək və ağılı yan təsirlərdən qurtarıb saf, özünə görə hərəkət etməsini və hökm verməsini təmin etməyə yönəltməkdir. Vəhy saf ağılın doğru dediyinə doğru, səhv dediyinə də səhv deyərək onu dəstəkləyir. Beləcə vəhy bir tərəfdən ağılın hökmlərində stabilliyi təmin edir, digər tərəfdən də iradəni istiqamətləndirərək iman gücüylə hərəkətə keçməyə sövq edir. Vəhy, iradəni istiqamətləndirər, amma ona təzyiq etməz.

HZ. MƏHƏMMƏDİN İKİ MƏLUMAT QAYNAĞI

Hz. Məhəmmədə vəhy gəlməyə başladıqdan sonra da ağıl öz funksiyasını itirməmiş, daha da azad və təzyiqsiz bir şəkildə fəaliyyətə başlamışdır. Çünki vəhy, ağılın önünə qoyulan maneələri aşmasında ona yol və üsul göstərməyə gəlmişdir, yoxsa onu insana yol göstərməkdən  kənar etməmişdir. Vəhy gəlincə ağıl iki işlə yüklənmişdir. Biri vəhyi anlamaq və digəri də vəhyin xaricində qalan xüsuslarda yol tapmağa davam etməkdir. Ağıl necə ki, beş duyğu ilə əldə etdiyi məlumatlardan və təcrübələrdən istifadə etmiş isə, vəhydən də üç şey qazanmışdır. Məlumat qaynağı olaraq yeni bir məlumat, üsul və məqsəd . Quran, məlumat verərkən onun məqsədini və istifadə tərzini, yolunu da göstərir .

AĞIL VƏ VƏHY ƏL-ƏLƏ

Hz. Məhəmməd vəhy almağa başladıqdan sonra, İslam dini iki qaynağa: ağıl və vəhyə söykənərək formalaşmağa başladı. Bunlardan birini digərindən daha üstün və daha müqəddəs tutmaq, İslamın təməlinə dinamit qoymaqla eynidir. Ancaq bu var ki, birinin tıxandığı yerdə o biri ona kömək etmişdir. Bunun üçün heç bir zaman biri öndər vəziyyətində olmamış, biri sıxışan kimi o birinə müraciət etmişdir. Çünki hər ikisi də Allah nemətidir. Bir-birlərini tamamlayırlar. Quranın ağla çox dəyər verdiyini yenə ağıl ortaya qoyar və anlar. Vəhyin xaricində Hz. Məhəmmədin bütün işləri və hərəkətləri ağıl tərəfindən tənzim edilmişdir.

Müəllif: Prof. Dr. Hüseyn ATAY
Tərcümə edən: Vüsaləddin Rüstəmov

Beyenmeler
1   15  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın