Albert Eynşteynin 135 ili münasibətilə 14 mart 2014- cü ildə Gazeta Ru-nun toplayıb hazırladığı alimin 25 hikmətini sizə təqdim edirik.
- İnsan nə qədər ağıllıdırsa, öz ağılsızlığını bir o qədər daha asan etiraf edir.
- Elmi ixtiraların inkişafı – əslində dayanmadan möcüzələrdən qaçmaqdır.
- 3-cü dünya müharibəsində deyə bilmərəm hansı silahlardan istifadə olunacaq, ancaq 4-cüdə daş və taxtalardan istifadə olunacaq.
- Öyrənməyimə mane olan tək şey öz-özümdən təhsil almağımdır.
- Bütün ömrünü suda üzən balıq su haqqında nə bilə bilər?
- Milliyətçilik uşaq xəstəliyidir. Bu insanlığın qızılcasıdır.
- Məni dalana dirəyən sual: “ Mən ağılsızammı, yoxsa başqa hər şey?”
- Müasir zamanda azad insan, krossvord həllini tapmağa çalışan sərbəst insana bənzəyir. Hansı ki, nəzəri olaraq hər hansı bir sözü yaza bilər, gərçəkdə isə krossvordun həlli üçün yalnız bir söz yazılmalıdır.
- Sağlam düşüncə – 18 yaşa qədər toplanmış xurafatın cəmidir.
- Anlaşılmaz hədəflərdə mükəmməl vasitələr – zəmanəmizin tipik xüsusiyyətləridir.
- Dinsiz elm axsaq, elmsiz din isə kordur.
- Təsəvvür bilgidən daha vacibdir. Bilgi məhdudlaşdIqda məhz təsəvvür bütün dünyanı fəth edər, inkişafı stimullaşdırar və təkamülü artırar.
- Kəbin – təsadüfi epizodu uzunmüddətli bir heçə çevirmənin uğursuz cəhdidir.
- Gəncliyimdə ayağımda baş barmağımın gec-tez corabı dəlməsini aşkar etdim. Buna görə də bir daha corab geyməməyə qərar verdim.
- İntelLekti ilahiləşdirmək mənasızdır. Çünki, onun qüdrətli əzələləri olsa da sifətsizdir.
- Qayda – qanun və nizam – intizam səfehlər üçün qaçılmazdır, axı dahilər xaos üzərində hökmdarlıq edir.
- Hər şey çox sadədir. Bütün insanlar bir şeyin mümkünsüz olduğunu düşünərkən, onlarla razılaşmayan bir cəsur tapılır.
- Biz nə qədər çox bilirik və nə qədər az anlayırıq.
- Nə qədər yüngüldür (asan) bacardığın qədər et, ancaq yüngül (asan) etmə.
- Həyatda məna daşımaq üçün səy et, uğur əldə etmək üçün deyil.
- Hər bir insan ən azı dünyadan aldığını, dünyaya qaytarmağa məcburdur.
- Tanrı anonimliyini təsadüflər vasitəsilə qoruyur.
- İnsanları öyrətməyin tək yolu, onlara nümunələr göstərməkdir.
- İmkansızları dəf edən kəslər absurd cəhdlərə üstələnənlərdir.
- Yalnız kainat və insanın ağılsızlığı sonsuzdur. Hərçənd birinciyə şübhələrim var.
Hazırladı: Qüdrət Hidayətov