QƏDR GECƏSİ

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!
2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
3. Qədr gecəsi min aydan xeyirlidir.
4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh hər işə görə enirlər.
5. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!  (Qədr surəsi)

Qədr gecəsiQədr gecəsi-hər hansı bir ayənin, həqiqətin sizin həyatınıza nazil olduğu, həyatınızı dəyişdirdiyi və sizi qaranlıqlardan aydınlığa çıxardığı andır.
Qədr gecəsi-Quran ayələrinin nazil olması ilə dəyər qazandı. Yoxsa adi bir günlərdən idi.
Bəs biz? Biz nə vaxt bir anımızı Quranın təsiri ilə dəyərləndirib qədrini biləcəyik? Bizim həyatımıza Quran nazil oldumu? Əks halda biz sadəcə günü dəyərləndirib bəzəyirik. Əslində isə onun mahiyyəti bizə dəyər qatmaqdadır. Quranlı bir həyat, gecədən aydınlığa doğru bir nüzul…

Açaq Quran oxuyaq, üzərində düşünək. Həyatımıza daşıyaq. Olsun bizim Qədr gecəmiz. Allah bu qədər asanlıq verdiyi halda nədən istifadə etməyək? Hansi gün olmagı önəmli deyil, hansı cür olmağı, hansı ayə ilə olmağı önəmlidir.

Ramazana da dəyər qatan elə Quranın nazil olmasıdır.  Vəhy, yenidən dirilişdir. Bu diriliş bizi ölmüş gecəmizdən həyat dolu gündüzümüzə qatır.
Ramazanı seçdi Allah, biz də Ramazana verilən dəyəri seçək. Allah bizə dəyər verdi, biz də bu dəyəri seçək ve dəyərləndirək. Qoy bu aylardan biri, günlərdən biri olsun. Yetər ki, biz Nura boyanaq.
Hamımıza Quran dolu həyat, ayələrin qəlbimizə endiyi gecə, qədrli və dəyərli bir həyat tərzi arzu edirəm. Allah bizi nuruna boyasın, qaranlıqlarımızı sabahlara çevirsin, Amin!

“Qədr”-inizi BİLİN!

Hər şey dəyərini Allahın verdiyi ilə alar. Quran da Allahın Ramazana verdiyi bir dəyərdir. Allahın dəyər verdiyinə dəyər verən özü Allah yanında dəyər qazanar.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +34 (from 34 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın