Uğurlu biznes liderlər üçün 24 qayda:
1. Müştərilərinizdən məhsullarınız üçün sizin qədər narahat olacaqlarını gözləməyin.
2. Müştərilərinizə onların xərclədiklərindən daha çox dəyər verin. Onda onlar daha da davamlı xərcləyəcəklər.
3. Təbəssüm və müştərinin adını yadda saxlamaq, endirim və ya hər hansı aksiyadan daha effektiv satış strategiyası sayılır.
4. Siz ona görə mövcudsunuz ki, mütərilər mövcuddur.
5. Müştəri saxlanılması üçün ən yaxşı strategiya – əla müştəri xidməti proqramına malik olmaqdır.
6. Əməkdaşlarınız inanmaldırlar ki, onlar mənfəət əldə etməkdən də vacib bir işlə məşğuldurlar.
7. Müştərilər hər zaman nə istədiklərini bilmirlər. Amma bildikləri şeyi deyirlər.
8. Sizin əla ideyanızın olması o demək deyil ki, müştərilər həmən ona meyl edəcəklər. Heç də belə deyil.
9. Gözəl xidmət – sizi müştərilərə bağlayan ən əla vasitədir.
10. Əgər siz hər şey satsaz, müştərilər heç nə almayacaq.
11. Etibarı itirmək asan, qazanmaq isə çətindir. Tezbazar varlanmaq həvəsindən öncə bu haqda düşünün.
12. Sizin qazancınız müştərilər üçün maraqlı deyil. Onlar sadəcə özlərini karlı hiss etmək istəyirlər.
13. Sadə olun. Çətinlik və mürəkkəblik sizə bonus qazandırmayacaq.
14. Müştərilərin xoşbəxt etmək üçün diqqət kəsildiyiniz şeydə heç zaman yanılmazsınız.
15. Dünyanın ən yaxşı marketinqi – Daha bir xoşbəxt alıcı var.
16. Rəqəmsal bonus və hədiyyələr etdiyiniz müştərinin xoşbəxtliyini təsəvvür edə bilməzsiniz.
17. Ən yaxşı satış strategiyası – yaxşı bir marketinq planı və həzzverici xidmət prosesdir.
18. Müştərilər onlar üçün məhz indi etdiklərinizi xatırlayacaqlar. Onlarla əlaqə qurmaq üçün keçdiyiniz bütün prosesləri deyil. Onlar üçün nəticə daha maraqlıdır.
19. Həmişə yeni şirkət və yeni məhsullar vardır. Siz müştəriləri sevindirmədikcə, bunu etmək üçün onlar həmişə hazırdır.
20. Heç bir pulsuz xidmətlər və kompaniyalar şirkətinizin müştərilərlə çirkin ünsiyyətini ört-basdır edə bilməz.
21. Müştəri ilə konflikt zamanı əlinizdə olan doğru olsanız belə, həmişə bu prinsipi xatırlayın: “Bu, mənim günahımdır.”
22. Müştəriləri ruhlandırmaq sadəcə sizinfəaliyyətiniz deyil. Bu, biznesin mahiyyətidir.
23. Müştəri cəlb eləmək üçün sadəcə yaxşı menecerlər kifayət deyil. Onlarla görüş layiqli bir xatirəyə çevrilməlidir.
24. Heç nə öz-özünə qurulub dağılmır. Biznes o zaman dağılmağa başlayır ki, kimsə onun yönləndirilməsinə və qaydasında getməsinə nəzarət etmir.
Mənbə: http://milliarderr.com/
Hazırladı: Vüsaləddin Rüstəmov