PAYIZ DEPRESSİYASI

Payız olduqca rəngarəng fəsildir. Təbiət bu fəsildə daha səxavətlidir. Payızda bütün fəsillərə nisbətən bolluq, bərəkət özünü göstərir.
Yaradıcı insanlar payızı daha çox sevir, daha məhsuldar olurlar.
Lakin bütün bunlarla yanaşı, payızda bir hüzün, bir kədər də var. Romantikanın ən bol olduğu fəsildir payız.
Payız təbiətin xəzan çağıdır. İnsan ömrünün də qürub çağını payıza bənzədirlər.
Baharda canlanan, oyanan təbiət bu duyğuları insana da yaşadır. Günəşli, uzun günlər insanı da canlandırır. Bunların əksinə payızda günlərin qısalması, günəşin daha az görünməsi, çiskinli, küləkli günlər insanı kədərləndirir. Təbiətin kədəri insanın da ruhuna hopur.

payız depressiyası
Təbiətin kədəri insanın da ruhuna hopur.

“Payız depressiyası” məhz bu zaman özünü göstərir. Günəşin daha az görünməsi ilə orqanizmdə melotonin hormonu artır, “xoşbəxtlik hormonu” sayılan serotonin isə azalır. Heyvanlarda da yuxunun və oyaq qalma vaxtının melotonin hormonu ilə tənzimləndiyi məlumdur. Bu hormon yalnız qaranlıqda ifraz olunur, işıqda isə azalır. Yayda gecələr qısa olduğu üçün melotonin ifrazı azaldığı halda, uzun payız və qış gecələrində daha çox ifraz olunur.
Depressiyaya tez-tez düşən insanlar, payız depressiyasına da asanlıqla yaxalanırlar. Qadınlar depressiyaya meylli olduqlarından, payız depressiyasına da ən çox qadınlarda rast gəlinir. Dünyada hər beş nəfərdən biri bu depressiya növündən əziyyət çəkir.

Əsas əlamətlər:

Sabah yuxudan oyanmaqda çətinlik çəkmə;
Həddən artıq yatma istəyi;
Ümumi yorğunluq;
İştahsızlıq;
Hər şeyə marağın itməsi;
Depressiya ilə bağlı yaranan yorgunluq, fikrini bir yerə cəm edə bilməmə, tez özündən çıxma, enerji azalması və s. əlamətlər mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Ola bilər ki, bu heç depressiv əlamət deyil, hansısa bir xəstəliyin əlamətidir. Yaxud da başqa bir psixoloji problemin başlanğıcı ola bilər.
Bu zaman insan bədəninə lazım olan  enerjini toplamaq üçün rejimlə qidalanmalı, gün ərzində yarım və ya bir saat gəzintidə olmalıdır.İdmanla məşğul olmaq olduqca faydalıdır. Buludlu havada gəzintiyə marağın olmaması, istəksizliyin olmasına baxmayaraq, açıq hava, oksigen insanın əhvalını xeyli yaxşılaşdırır.
Hər günə gözəl bir səhər yeməyi ilə başlamaq, iş yerində yorulduqca fasilələr vermək lazımdır.
Qida rasionu önəmlidir. Ağ şəkərdən bacardıqca az istifadə etmək lazımdır.Çünki  ağ şəkər qan şəkərini sürətlə qaldırır və eyni zamanda sürətlə aşağı salır. Bu da yorğunluq hissini artırır. Əvəzinə isə bol şəkildə meyvə, tərəvəz istifadə etmək lazımdır. Şirniyyatdan, tortdan, şokoladdan az istifadə edin. Bu qidalar vitaminlə zəngin deyil.
payız depressiyasıNəzərə alın ki, payız depressiyası bir xəstəlik deyil, yalnız bir psixoloji qərarsızlıq halıdır və daha çox boş-bekar insanların qapısını döyə bilər. Çalışın özününzə faydalı məşğuliyyətlər tapasınız. Qadınlar mətbəxdə daha fəal ola bilər, toxuma, tikiş bacarıqlarından faydalana bilərlər. Dil öyrənmək, kitab oxumaq, rəsm çəkməklə məşğul olmaq lazımdır. Ən əsası dostlarla ünsiyyətdə olun, bərabər istirahət edin. İdmanla məşğul olsanız stressinizi atmış olarsınız. Stress qanda adrenalinin parçalanmasını sürətləndirir, depressiv əlamətləri artırır. İdmanla məşğul olan zaman isə beynin qanla təchizatı güclənir, mənimsəmə qabiliyyəti artır. Səhərlər qaçmaq əhval-ruhiyyəni yaxşılaşdırır, endorfin hormonunun artmasına səbəb olur. Endorfinin artması insanın özünü sevincli, xoşbəxt hiss etməsinə səbəb olur.
Əlamətlər kəskin şəkildə özünü göstərərsə, mütəxəssisə müraciət etmək, dərman və ya psixoterapiya müalicəsindən yararlanmaq olar.

Müəllif: Psixoloq R_M

 

Beyenmeler
13   1  
VN:F [1.9.16_1159]
Rating: +33 (from 37 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın