Rituallar, üst beyinin (iradə) alt beyin (eqo) üzərindəki kontrol qabiliyyətini formalaşdırmaq və gücləndirmək üçün bir növ gübrə rolu oynayır.
İnsan daim öz ruh halına varır, onu sadəcə düşüncələrində gizləməyərək Yaradanla kontakta, iradəsi ilə tanışlıq üçün müxtəlif vasitələrə, formalara baş vurur. Bu müxtəlif formalara rituallar da deyirik. Bu, məzmunun anlaşılması və ifadə olunması üçün istifadə olunan mətnə bənzəyər. İnsan daha fərqli hal və düşüncə sərgiləmək üçün iradəsini daha çox istifadə etmək istər, o üzdən sanki özünü zora salmış hala gələr. Ritual, bir zorluqdur. Məcburi deyil, könüllü zorluq. Onun həzzi, huşusu isə bu zorluğu anlamaqdır. Anladıqca daha da gözəl və faydalı nəticələr əldə edir. Günümüzdə ritualların çirkin obraz yaratmasının səbəbi də onun zorluq kəsb etməsi deyil, zorluğunun anlaşılmamasıdır.
Şübhəsiz hər bir çətinliklə bərabər bir asanlıq vardır. 94/5
Quran da ritualları belə adlandırır və vacib görür. Özümüzü çətinliyə salmadan, onunla tanış olmadan asanlıq arzulamamız haqsızlıqdır məncə. Hətta asanlıq deyə bir şeylər icad etsək də onu anlamayacağıq. Çünki anlamaq, zora düşməkdən keçir. Bu vaciblik insanın bioloji ehtiyacından daha çox, bu ehtiyacların mənəvi halı ilə uyum təmin etməsi, yəni iradənin onun nəfsinin nə qədər kontrolunda saxladığını təyin etmək və gücləndirmək üçündür. Düşünən və kontrol etmək istəyən insan mütləq ki, nə cürsə bir ritual formalaşdırıb özünü sistemə salacaqdır.
Müəllif: Vüsaləddin Rüstəmov
Imtahan rituali necedi
Bunun ən gözəl ritualı sistemli çalışaraq oxumaqdır 🙂
Salam siz ritual üzrə mütəxəssisiz?
Xeyr, mən smetaçı mühəndisəm
Imtahandan kecmek ucun ritual yazin