SİMVOL VƏ BÜT
Həyatımız – zamanla formalaşmış və hal hazırda davam edən, gələcək üçün cızdığımız toplu simvollar, bu simvollar üzrə oxuyub ifadə etdiklərimizin cəmidir. Onların oxunaraq ifadə olunduğu prosesə hadisə dedik. Hadisələr, olaylar baş vermədikcə dinamikanı hiss edə, durumumuzun fərqində ola bilmərik. O üzdən insan olaylarda özünü sınamalı, yeni hadisələrdən qaçmamalı və dəyişikliyinin fərqinə varacaq bir dinamika ilə irəli doğru davam etməlidir.
İnsan zaman-zaman ortaya çıxardığı, kəşf etdiyi anlam və dəyərləri, maddi və mənəvi bütün nemətləri simvollaşdıraraq, konservlə
Dahi insanların işi də elə budur. Bu qalıblaşmış simvolları açmaq. Bu bilirsiz nəyə bənzəyir? Bir məsəl-bənzətmə verim:
Təsəvvür edək ki, bir qrup insan mövsimi bitkilərdən toplayıb digər mövsüm üçün, yəni gələcək üçün konservlər hazırlayır, tədarük edirlər. Lobya, pomidor, qurudulmuş ət və meyvə, sonradan qidaya çevrilə biləcək bir çox şeylər. Bəli, qış gəlir. Ərzaq yoxdur. Aclıqdır. İnsanlar isə konservləşmiş ləvazimatların sadəcə şəklinə baxır, onların qablarını yalayır, öpür və sanki doyurmuş kimi özlərini aparırlar. Hamı onların ağzını açmaqdan çəkinir. Və bir gün bu acınacaqlı halı görən və dözməyən daha cəsarətli birisi ortaya çıxır, hamının qorxaraq etmədiyi bir işi edir. Konservləri açır. Onları qidaya çevirir və insanlar aclıqdan xilas edir. Əvvəlcə bir çox insan qalıblaşmış və eksponata çevrilmiş bu konservlərin açılmasına qarşı çıxsa da, zamanla aclıq problemi həllini tapır və hər kəs bu qəlibdən xilas olur.
Büt – arxasından məqsəd və mahiyyəti çəkilmiş hər bir maddi və mənəvi şeydir.
Büt – insanın öz dəyərini ona verdiyi hər şeydir.
Müəllif: Vüsaləddin Rüstəmov
SİMVOL VƏ BÜT.
Simvollar,məzmunun daim gündəmdə qalması və yenilənərək mənalanması üçün bir vasitədir.
Büt,istənilən maddi və mənəvi simvolların araxasından məzmun və mənanın götürülməsi,vasitə olanın məqsədə çevrilməsidir.
Həyatda gördüyümüz hət bir şeyin ruhu (məzmunu) və cismi (simvolu) var demək olar ki. Bu sanki axırəti və dünyası anlamına da gələr. Yəni hər bir şey özlüyündə bir axirət anlamını daşıyar və cismi ilə dünya varlığını sürər.
Simvollar-dünyada ilk qarşıladığımız və üzərindən fikir yürüdüb arxasında olanları anlamağa çalışdığımız maddı və mənəvi gördüklərimizdir. Hərflər simvollardır,onları bir yerə düzməklə böyük bir fikri,təxəyyülü və təsəvvürü nümayiş etdirmək istəyirik. Və onlar əsrlərdir dəyişmir,ama onlarla milyonlarla fikirlər və kəlamlar səsləndirilir.
Və əgər mahiyyəti bu cisimlərin arxasından çəksək,onlar ölüdür və passivdir. Eyni insanın ruhu onun cismini tərk etiyi kimi.
Və bəzən cisimlərə o qədər bağlanırıq ki,onun mahiyətini və mesajını unuduruq. O zaman cisim vəya hərəkət anlamsızlaşır və sadəcə təkrar olunaraq bütləşdirilir. Bi misal verim:
Bir düşünür verdiyi dərslərin birində tələbələrindən koridorda ora bura toxunaraq səs salan pişiyi bağlamağı xahiş edir. Tələbə belə də edir. Və bu hal artıq hər dərs təkrarlanır. Pişik uzun zamandan sonra “ağıllanmasına” baxmayaraq onu yenə də bağlayırlar və alimin bundan xəbəri olmur. Alim vəfat edir. Tələbələr dərsi başqa forvardla davam etdirilər və pişiyi hələ də bağlamağa davam edirlər. Bir müddətdən sonra pişik də ölür. Amma növbəti tələbələr də başqa bir pişik taparaq ora bağlamağa davam edirlər və bu bir adət halını alır. Zaman-zaman adət halından da çıxaraq ibadət halına gəlir və rituallaşır. Hər kəs bura bağlanan pişiyə xüsusi bir ibadət növü kimi baxmağa başlayır. Baxmayaraq ki,lap əvvəldən məqsəd sadəcə həmən dərsdə pişiyi sakitləşdirmək və dərsə mane olmamasını təmin etmək idi.
BÜT-Məzmunu (ruhunu) itirmiş maddi və mənəvi simvolların hamısıdır.