PLASEBO EFFEKTİ

plasebo-5Plasebo– heç bir dərman təsiri olmayan, lakin təcrübədə istifadə edilib, dərmanın təsirlərini ortaya çıxaran bir haldır.
Plasebo- “məmnun edəcəyəm” anlamına gəlir.
Əslində plasebonun fiziki, farmakoloji baxımdan müalicəyə təsir edə biləcək bir tərəfi yoxdur. Mənası isə yalançı preparat və prosedurların vasitəsilə xəstədə özünü inandırma nəticəsində müsbət müalicəvi effekt verməsidir. Plasebo təsiri beyinlə fiziki bədən arasında möhtəşəm əlaqənin ən sadə sübutudur.

I Dünya Müharibəsində yaralılıar çox olduğu üçün dərman çatışmamazlığı yaranmışdı. Cərrahlardan biri çıxış yolu olmadığını görüb yaralılara heç olmasa mənəvi dəstək olmaq üçün morfin əvəzinə adi su vururdu. Təəccüblü olan o idi ki, bu adi su əsl narkotik effekti yaradır, xəstələr özlərini yaxşı hiss etməyə başlayırdılar.

Almaniyada vərəm dispanserində belə bir söhbət yayılmağa başlamışdı ki, bir qrup alim vərəmi sağaldan preparat hazırlayıblar. Bir müddət həblər haqqında, onun keyfiyyəti və möcüzəvi təsiri haqqında danışıldı. Sonra xəstələr bu həblərin klinika tərəfindən alındığı məlumatını aldılar. Həbləri qəbul edən xəstələrin 90%-i sağalmağa başladı. Əslində bu həblər adi aspirin idi. Amma xəstələri həb yox, ona olan inam sağaltmışdı.

Duanın özündə də plasebo təsiri var. İnsan həyata keçməsini arzu etdiyi hər şeyi dua vasitəsilə Allahdan istəyir, daxilən bir rahatlıq tapır.
Bəzi zamanlar heç bir xəstəliyi olmayan, lakin tez-tez müxtəlif şikayətlərlə həkimə müraciət edən “xəstəlik xəstələri”nin də tək dərmanı plasebodur.
Bu gün plasebonun həyata keçməsinə təsir göstərən mexanizmlər tam aydın olmasa da, bu aydındır ki, tək bir mexanizm deyil, bir neçə mexanizmin birləşməsi sayəsində plasebo meydana çıxır. Gözləntilər, əndişəni azaltma mexanizmləri, beyindəki mükafatlandırma sistemlərinin işə başlaması beyindəki neyrikimyəvi mexanizmləri həyata keçirərək xəstələrdə plasebo effektinin yaranmasına səbəb olur.
Plasebo effektini yaradan faktorlar arasında başlıca yeri gözlənti tutur. Xəstələr onlara verilən dərman və müalicə tapşırıqları səbəbiylə yaxşılaşacaqlırıyla bağlı gözləntilər yaşayırlar. Müalicə aparan həkimin həbin işə yarayacağına dair təlqini, xəstənin verilən dərmanın çox təsirli olduğunu düşünməsi  simptomların psixoloji olaraq, hətta qismən fizioloji olaraq da geriləməsinə səbəb olur. Ağ xalatlı həkimin “Bu dərmanlar sizə kömək edəcək, bir neçə günə bir şeyiniz qalmaz” deməsi ilə plasebo alan xəstələr, müalicə seansından sonra özlərini daha yaxşı hiss etməyə başlayırlar.
Bir xəstəyə ilkin olaraq plasebo tətbiq etdiyinizdə əvvəlcə plasebo effekti güclü olmur. İlk olaraq lazımı müalicə üsullarından istifadə edib, daha sonra plasebo tətbiq edilərsə daha yaxşı nəticə əldə olunar. Məsələn, ağrı kəsici kimi həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı morfin istifadə edib, cümə günü adi sudan ibarət inyeksiyadan istifadə etdikdə ağrıların azalmasının şahidi olunub. Beləliklə, plasebonun necə yaranması tam məlim olmasa da, hansı durumlarda plasebo effektinin daha güclü olması artıq məlumdur.

plasebo effekti1Amerikalı alimlər bu sahədə apardıqları tədqiqatlar zamanı, xəstələrin plaseboya qarşı həssas olan genini müəyyən ediblər.
Tədqiqatçılar SOMT geninin müxtəlif variantlarına sahib olan insanlarda plasebo effektinin dərəcəsini araşdırıblar.O dofamin neyromediatorunun katobolizmində iştirak edən katexol-O- metiltransferaza zülalını kodlaşdırır. Dofamin öz növbəsində həzz və mükafatlandırma hissinə cavabdehdir. Dofaminin çox miqdarda istehsalı müsbət həyəcanlar zamanı baş verir.

Plosebonun tam tərsi olan nosebo haqqında da danışmaq istərdim.
“Nosebo” latın dilində “zərər verəcəyəm” deməkdir. Nosebo effekti zamanı insan ona zərər verə biləcəyini düşündüyü təsirə məruz qaldığında, bu təsir ona zərər verməsə belə, beyində artıq stimulyasiya olunaraq zərər verdiyini düşünməsidir. Qəbul etdiyimiz tam sağlam bir qida haqqında, bu qidanın kimisə zəhərlədiyini eşitdikdən sonra həqiqətən də, zəhərlənmiş kimi bir hal yaşaya bilərik. Zəhərli sarmaşığa qarşı allergiyası olan bir insanın qoluna adi bir yarpaq sürtüb, bunun sarmaşıq olduğunu desək, yarpaq toxunan nahiyədə qızartılar və qaşınma yaranacaq.
Əgər hər hansı bir dərmanın qəbulundan sonra heç bir əks təsir görməmisinizsə, lakin dərmanın təlimatını oxuyarkən əlavə təsir olaraq baş gicəllənmə, ürəkbulanma, qaşınma ola biləcəyini oxuyursunuzsa və sizdə bu təsirlər baş verirsə ,deməli, siz də nosebo effektini yaşadınız.

Müəllif:  Psixoloq R_M

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +25 (from 27 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

One comment

  1. Orta əsrlərdə fərqli düşünən insanlara qarşı inkvizisiya tətbiq olunurdu. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onların hamısını edam etməyə zaman çatmırdı. Bunun üçün belə bir üsuldan istifadə edirdilər: əslində tərkibi tabaşir tozundan olan məhlulu dustaqlara içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. İnsanlar bu tozu içib həqiqətən də ölürdülər. Meyiti incələyəndə məlum olurdu ki, orqanizmində zəhərləyici maddə var! Yəni, beynin təsirindən mədəaltı vəzi lazımı zəhəri ifraz edirmiş.
    Almaniyada vərəm dispanserində belə bir şayiə yayıldı ki, bir qrup alim vərəmi sağaldan möcüzəvi dərman hazırlayıb. Xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb. Həbləri qəbul edən xəstələrin 90 faizi sağalmağa başladı. Əslində isə heç bir möcüzə həb icad edilməmişdi – onlar adi aspirin idi. Demək, onları sağaldan həb deyil, həbə olan inanc idi. Bu zadın adını psixologiyada placebo qoyublar.

Bir cavab yazın